Resurs mərkəzləri
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Qadın Resurs Mərkəzləri (QRM) yaratmışdır. Hazırda Komitənin 17 rayonda (Sabirabad, Biləsuvar, Neftçala, Masallı, Salyan, Qusar, Zaqatala, Xaçmaz, Bakı şəhərinin Xəzər rayonu, Füzuli, Ağcabədi, Tərtər, Cəlilabad, Sumqayıt, Bərdə, Tovuz, Göyçay) Qadın Resurs Mərkəzləri fəaliyyət göstərir.
Qadın Resurs Mərkəzləri məsləhətləşmə, mentorluq, şəbəkələşmə, gücləndirmə, təhlükəsiz məkan, səmərəli ünsiyyət və təbliğat daxil olmaqla, qadınlara geniş xidmət göstərən texniki qurum kimi fəaliyyət göstərir.
Qadın Resurs Mərkəzləri tərəfindən icmalarda, məktəblərdə erkən nikahların, qızların təhsildən yayınmasının, məişət zorakılığının, insan alverinin qarşısının alınması, gender bərabərliyi, insan hüquqları, narkomaniyanın fəsadları, maliyyə savadlılığı, QHT yaratmaq, CV yazmaq, reproduktiv sağlamlıq, selektiv abort və onun fəsadları, ailə büdcəsinin idarə edilməsi, biznes bacarıqlarının artırılması, sahibkarlıq fəaliyyətinin gücləndirilməsi, liderlik bacarıqlarının inkişaf etdirilməsi barədə şagirdlərin, valideyn-müəllim kollektivlərinin, eyni zamanda icma üzvlərinin iştirakı ilə maarifləndirici görüşlər keçirilir, komputer və peşə kursları təşkil olunur.
Layihələr yekunlaşdıqdan sonra QRM-lərın fəaliyyətinin davamlılığını təmin etmək məqsədilə Komitə tərəfindən Mərkəzlərin hüquqi qeydiyyatdan keçərək QHT kimi fəaliyyət göstərməsi təmin edilmişdir. 9 Qadın Resurs Mərkəzi (Neftçala, Biləsuvar, Sabirabad, Salyan, Masallı, Zaqatala, Qusar, Xəzər, Göyçay Qadın Resurs Mərkəzləri) qeydiyyatdan keçərək QHT statusu almışdır. Mərkəzlər QHT kimi yerli və beynəlxalq təşkilatlardan qrant alaraq layihələr həyata keçirirlər.

Tovuz Qadın Resurs Mərkəzi

Salyan Qadın Resurs Mərkəzi

Cəlilabad Qadın Resurs Mərkəzi

Tərtər Qadın Resurs Mərkəzi

Sumqayıt Qadın Resurs Mərkəzi

Neftçala Qadın Resurs Mərkəzi

Füzuli Resurs Mərkəzi

Ağcabədi Qadın Resurs Mərkəzi

Biləsuvar Qadın Resurs Mərkəzi

Bərdə Qadın Resurs Mərkəzi

Göyçay Qadın Resurs Mərkəzi

Masallı Qadın Resurs Mərkəzi

Qusar Qadın Resurs Mərkəzi

Sabirabad Qadın Resurs Mərkəzi

Xaçmaz Qadın Resurs Mərkəzi

Xəzər rayonu Qadın Resurs Mərkəzi
