Komitə
Rəhbərlik
Bahar Əvəz qızı Muradova
Sədr1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub. 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə bitirib. 1984-1990-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1994-2000-ci illərdə “Azərbaycan” Universitetində hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsil alıb. 2009-cu ildə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in rolu" mövzusunda dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Siyasi institutlar və sistemlər” ixtisası üzrə “Azərbaycan Respublikası Milli Məclisinin xarici-siyasi əlaqələri: İkitərəfli və çoxtərəfli əməkdaşlıq” mövzusunda elmlər doktoru proqramı üzrə dissertantdır. Əmək fəaliyyətinə 1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində başlayıb, 1989 - 1992-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992 - 1993-cü illərdə “Qayğı” Cəmiyyətinin Yasamal rayon təşkilatının məsul katibi, 1993 - 1995-ci illərdə isə Yasamal Rayon İcra Hakimiyyətində təlimatçı vəzifələrində çalışıb. 1995 - 2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsində referent vəzifəsində çalışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1994 - 1999-cu illərdə YAP Yasamal rayonu təşkilatı İdarə Heyətinin üzvü, 1995 - 2009-cu illərdə YAP Qadınlar Şurası sədrinin müavini olub. 1999-cu ildə keçirilən Yeni Azərbaycan Partiyasının I qurultayında Siyasi Şuranın və İdarə Heyətinin üzvü seçilib, 2005-ci ilədək isə YAP icra katibinin müavini olaraq çalışıb. 2013 - 2021-ci illərdə YAP Beynəlxalq Əlaqələr komissiyasının sədri olub. YAP-ın 2021-ci ilin mart ayında keçirilən qurultayında yenidən İdarə Heyətinin üzvü seçilib. II, III, IV və V çağırışlarda Yeni Azərbaycan Partiyasından Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 2000 - 2005–ci illərdə Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının üzvü, eyni zamanda Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvü olub. 2005 - 2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, 2015 - 2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin İnsan Hüquqları Komitəsinin sədri olub. 2005 - 2020-ci illərdə ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, 2008-2020-ci illərdə isə Milli Məclisin Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri olub. 2006-cı ildən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür. 2015-2020-ci illərdə isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 12 mart 2020-ci il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ailəlidir, bir övladı var. Təltiflər: 2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. 2012-ci ildə ölkəmizdə parlamentarizmin inkişafında və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə Milli Məclisin Fəxri medalı ilə təltif olunub. 2018-ci ildə “Azərbaycan ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub. 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub. 2022-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 2023-cü ildə "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Bir sıra yerli və beynəlxalq mükafatların laureatıdır.
Ətraflı
Sədaqət Məmmədyar qızı Qəhrəmanova
Sədr müavini1949-cu il martın 1-də Şəmkir rayonunda anadan olub. 1968-1971-ci illərdə Bakı Axşam Neft Texnikumunda iqtisadiyyat, 1973-1977-ci illərdə Bakı Ali Partiya Məktəbində politologiya ixtisasları üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə 1966-cı ildə Əli-Bayramlı şəhər 1 saylı məktəbdə başlayıb, 1967-1970-ci illərdə Əli-Bayramlı şəhər Partiya Komitəsində texniki katibə vəzifəsində çalışıb. 1970-1973-cü illərdə Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsində Ümumi şöbənin müdiri, 1973-cü ildən Əli-Bayramlı şəhər Partiya Komitəsinin Sənaye və Təşkilat işləri şöbəsində təlimatçı vəzifəsində çalışıb. 1978-ci ildən Şəhər Qarışıq Mallar Ticarət İdarəsində rəis vəzifəsinə təyin edilib, həmin ildən də Əli-Bayramlı Partiya Komitəsinin İdeoloji məsələlər üzrə katibi seçilib. 1983-cü ildə Əli-Bayramlı şəhər Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsinə, 1991-ci ildə isə Əli-Bayramlı şəhər Statistika İdarəsinin rəisi vəzifəsinə təyin edilib, altı ay bu vəzifədə çalışdıqdan sonra həmin ilin sonundan 1995-ci ilədək Əli-Bayramlı şəhər Xalq Deputatları Sovetinin sədri olub. Şəhər üzrə "Qarabağa yardım" Təşkilatının sədri olub. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1995-ci ildə Əli-Bayramlı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib və 2005-ci ilədək bu vəzifədə çalışıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini təyin edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini təyin edilib. 2007-ci ildən “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvüdür. 2009-cu ildən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvüdür. “İşıq-qadın” jurnalının 2011-ci ildən baş redaktorudur. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Həmin ildən Yeni Azərbaycan Partiyasının Əli-Bayramlı şəhər Təşkilatının sədri olub. Partiyanın VII qurultayında (5 mart 2021-ci il) YAP Veteranlar Şurasının sədr müavini seçilib. Ailəlidir, dörd övladı var. Təltiflər: 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib. 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar dövlət qulluqçusu” fəxri adı alıb. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Ətraflı
Aynur Məmmədiyyə qızı Sofiyeva
Sədr müavini1970-ci il iyulun 19-da Qax rayonunda anadan olub. 1986-cı ildə orta məktəbi qızıl medalla bitirərək Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub, 1991-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirib. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsil alıb. 1998-2000-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş hüquq məsləhətçisi vəzifəsində çalışıb. 2000-2005-ci illərdə İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2002-2007-ci illərdə Azərbaycan Şahmat Federasiyasının Prezidenti olub. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2007-ci ildə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsinə təyin edilib. 2016-cı ildən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvüdür. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Partiyanın VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. 1974-cü ildən idmanın şahmat növü ilə məşğul olub. 6 yaşında gənclər arasında rayon çempionu, 14 yaşında qızlar arasında, 15 yaşında qadınlar arasında Azərbaycan çempionu, 16 yaşında qızlar arasında SSRİ çempionu adını qazanıb. 20 yaşında tələbələr arasında dünya çempionu (2 qızıl medal), həmin ildə 20 yaşadək qızlar arasında dünya çempionatının gümüş medal, 1993-cü ildə Azərbaycan komandasının tərkibində 26 yaşadək gənclər arasında dünya çempionatında gümüş medal qazanıb, bir çox beynəlxalq turnirlərin qalibi olub. 1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanıb. Ailəlidir, iki övladı var. Təltiflər: 1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.