Komitə
Apellyasiya şurası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Apellyasiya Şurası “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 03 fevral tarixli Fərmanı ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması ilə bağlı göstəriş verilmiş və Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnaməsi təsdiq edilmişdir.
Azərbaycan Respublikası Prezindetinin “Azərbaycan Respublikasının Mərkəzi icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 03 fevral 2016-cı il tarixli Fərmanına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində aşağdakı tərkibdə Apellyasiya Şurası və Apellyasiya Şurasının Katibliyi yaradılmışdır.
Şuranın sədri: Sədaqət Qəhrəmanova - sədr müavini
Şuranın üzvləri: Ceyran Rəhmətullayeva - aparat rəhbəri
Taliyə İbrahimova – Hüquqi-təminat şöbəsinin müdiri
Gülnarə Məmmədova – Ailə problemləri şöbəsinin müdiri
Cəmilə Bağırova - Uşaq problemləri şöbəsinin müdiri
Elgün Səfərov - İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri
Səbinə Talışinskaya – Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini
Katibliyin rəhbəri:
Elmira Qurbanlı - Kadr və kargüzarlıq şöbəsinin müdiri
Katibliyin üzvləri:
Seymur Məmmədov – Hüquqi-təminat şöbəsinin müdir müavini
Roza Şamıyeva - Kadr və kargüzarlıq şöbəsinin Daxili nəzarət sektorunun baş məsləhətçisi