Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilmiş vəzifələrin partiya üzvlərinə çatdırılması və partiya fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının VIII Qurultayından sonra ideoloji işin təbliği, qurultayda müəyyənləşdirilmiş vəzifələrin partiya üzvlərinə çatdırılması və partiya fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə tədbir keçirilib. Zəfər günü ərəfəsində 3 noyabr 2026-cı il tarixində təşkil edilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının rəhbərliyi və əməkdaşları, Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərinin rəhbərləri, həmçinin “Ailəm Könüllüləri” iştirak edib.  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Davamında Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsi sükutla yad edilib. Salamlama nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanın bugünkü uğurlarının təməlində Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş müstəqillik və suverenlik siyasətinin dayandığını vurğulayıb. Bildirib ki, Ulu Öndərin siyasi və ideoloji irsi əsasında formalaşan Yeni Azərbaycan Partiyası ölkənin vətənpərvər ziyalılarını, gənclərini və dövlətçilik ideyalarına sadiq insanlarını bir araya gətirən mühüm siyasi qüvvəyə çevrilib.   O, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək, Yeni Azərbaycan Partiyasının regionun ən güclü və nüfuzlu siyasi təşkilatlarından biri kimi mövqeyini xüsusi vurğulayıb. Yeni Azərbaycan Partiyasının dövlətçilik ideyalarının təşviqində və ölkənin strateji hədəflərinin reallaşdırılmasında mühüm rolunu qeyd edib.   Bahar Muradova, həmçinin VIII Qurultayda müəyyənləşdirilmiş vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin fəallığının və məsuliyyətinin vacibliyini vurğulayaraq, müasir dövrdə ideoloji təhlükələrə qarşı milli-mənəvi dəyərlərin və dövlətçilik maraqlarının qorunmasının əhəmiyyətinə diqqət çəkib.   Bahar Muradova çıxışında müasir dövrdə təkcə Azərbaycan üçün deyil, bütün dünya ölkələri üçün təhdid yaradan proseslərə diqqət çəkib. O, xalqların birgə və yanaşı yaşamasına, sülhün və qarşılıqlı anlaşmanın təmin olunmasına mane olan tendensiyaların müşahidə edildiyini bildirib. O, bu gün Azərbaycanı təhdid edən çağırışların Yeni Azərbaycan Partiyasının (YAP) keçirilən qurultayında Prezident İlham Əliyevin nitqində ətraflı şəkildə diqqətə çatdırıldığını vurğulayıb. Qeyd edib ki, həmin məsələlər hər kəs tərəfindən gündəlik fəaliyyətin siyasi və ideoloji əsası kimi qəbul edilməli, həyata keçirilən işlərdə əsas istiqamət kimi rəhbər tutulmalıdır. Təşkilatın fəaliyyətində Yeni Azərbaycan Partiyasının Nizamnaməsində, proqram sənədlərində və son qurultayda müəyyən edilmiş yeni hədəf və vəzifələrin əsas götürülməsinin vacibliyi vurğulanıb. Bildirib ki, əsas məqsəd partiyanın müəyyən etdiyi hədəflərə nail olmaqla yanaşı, bilavasitə aid olduqları sahənin inkişafına töhfə verməkdir. Bahar Muradova qeyd edib ki, YAP üzvlüyü formal xarakter daşımamalı, partiyanın siyasi və ideoloji xətti gündəlik fəaliyyətin bütün istiqamətlərində qorunmalı və rəhbər tutulmalıdır. O, partiya üzvlərinin öz fəaliyyətlərinə məhz bu mövqedən yanaşmalı olduqlarını, siyasi prinsiplərin yalnız partiya iclaslarında və müzakirələrdə deyil, gündəlik iş prosesində də ardıcıl şəkildə tətbiq edilməsinin vacibliyini diqqətə çatdırıb. Çıxışında partiyanın yaradılmasında və inkişafında iştirak etmiş şəxslərin roluna da toxunan Bahar Muradova bildirib ki, təşkilatda YAP-ın quruculuğunda iştirak etmiş şəxslərin təmsil olunması xüsusi əhəmiyyət daşıyır. O, bu insanların partiyanın dəyərlərinin qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynadıqlarını qeyd edib. Bahar Muradova təşkilatın fəaliyyətində könüllülərin iştirakını da yüksək qiymətləndirib. O, mürəkkəb və məsuliyyətli fəaliyyət istiqamətlərinə malik bir qurumda könüllü fəaliyyət göstərən gənclərin insanlara, Azərbaycan vətəndaşlarına xidmət missiyasını seçmələrinin təqdirəlayiq olduğunu bildirərək onlara təşəkkürünü çatdırıb. Sonda o, hazırkı dövrdə insan kapitalının inkişafı, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və sosial təminat məsələlərinin dövlət qarşısında duran əsas prioritetlərdən olduğunu diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək partiyanın ölkənin siyasi həyatındakı mühüm rolundan, əldə olunan nailiyyətlərdən və qarşıda duran hədəflərdən bəhs edib. O, partiyanın ideoloji xəttinin, milli dövlətçilik prinsiplərinin qorunmasında və möhkəmləndirilməsindəki əhəmiyyətini vurğulayıb. Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklər, ölkədə mövcud olan siyasi və iqtisadi böhran, torpaqlarımızın işğalı, xalqın məcburi köçkünlük həyatı yaşaması və dövlətçiliyimizə qarşı yönəlmiş təhdidlər barədə ətraflı danışan M.Nağıyev bildirib ki, məhz belə mürəkkəb tarixi şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması zərurəti meydana çıxmışdır. Partiyanın yaranması ölkənin gələcək taleyi, milli maraqların və dövlət müstəqilliyinin qorunması baxımından mühüm tarixi hadisə olmuşdur. Çıxışda Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının Azərbaycanın müstəqilliyinin qorunmasında, ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsində və dövlət quruculuğu prosesinin möhkəmləndirilməsində həlledici rol oynadığı qeyd edilib. Bildirilib ki, həmin dövrdə xalqın iradəsinə, milli birliyə və güclü liderliyə əsaslanan siyasət nəticəsində ölkəmiz üzləşdiyi çətinlikləri arxada qoyaraq inkişaf yoluna qədəm qoyub. M.Nağıyev, həmçinin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən bəhs edərək, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun ərazi bütövlüyümüzü bərpa etdiyini və xalqımızın uzun illər gözlədiyi tarixi ədalətin təmin olunduğunu vurğulayıb. Sonda Azərbaycanın qarşısında duran əsas hədəflərin iqtisadi, hərbi və sosial inkişafın davam etdirilməsi, dövlətimizin beynəlxalq mövqeyinin daha da gücləndirilməsi və ölkəmizin qüdrətli dövlət kimi gələcək inkişafının təmin olunması olduğu diqqətə çatdırılıb. Yeni Azərbaycan Partiyası Səbail rayon Ü. Hacıbəyli 80 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova çıxış edərək, Partiyanın VIII Qurultayından sonra qəbul edilmiş mühüm qərarlara, YAP-ın yeni Proqramının əsas hədəflərinə, eləcə də Komitənin fəaliyyətinin partiyanın siyasi prioritetləri ilə uzlaşmasına diqqət çəkib. O bildirib ki, partiyanın yeni proqramı güclü dövlət, vətəndaş iştirakçılığı və uzunmüddətli inkişaf prinsiplərinə əsaslanır. T. İbrahimova Dövlət Komitəsinin kollektivində 36 nəfərin Yeni Azərbaycan Partiyasının üzvü olduğunu, onlardan 21-nin qadın, 17-nin isə rəhbər vəzifələrdə çalışan şəxslər olduğunu diqqətə çatdırıb. VIII Qurultaydan sonra partiyaya üzv olmaq istəyən əməkdaşların sayının artmasının partiyanın ideya və prinsiplərinə marağın, ictimai-siyasi proseslərdə iştirak istəyinin göstəricisi olduğunu vurğulayıb. O, kollektivin partiyanın fəaliyyətində, rayon təşkilatının keçirdiyi tədbirlərdə, seçki proseslərində və müxtəlif ictimai təşəbbüslərdə fəal iştirak etdiyini vurğulayıb. Qeyd edib ki, kollektiv üzvləri, o cümlədən partiya üzvü olmayan əməkdaşlar da keçirilən tədbirlərdə böyük həvəs və məsuliyyətlə iştirak ediblər. Xüsusilə gənclərlə iş, şəhid ailələrinin və qazilərin ailə üzvlərinin dəstəklənməsi istiqamətində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb. Qəbələ rayonu Uşaq və Ailələrə Dəstək mərkəzinin direktoru Nərmin Cabbarlı Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərdən, dövlətçilik siyasətinin davamlılığından, milli-mənəvi dəyərlərin və ideoloji təhlükəsizliyin qorunmasının əhəmiyyətindən bəhs edib. O, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında dövlət başçısının proqram xarakterli nitqinə diqqət çəkərək, bildirib ki, xarici ideoloji təsirlərə və mənəvi təhdidlərə qarşı yeganə və ən güclü qalxanımız — milli-mənəvi dəyərlərimizdir. Biz gənc nəslin yalnız bilikli və savadlı deyil, ilk növbədə öz kökünə, adət-ənənələrinə, dövlətinə və milli ideallarına sadiq vətəndaş kimi yetişməsinə cavabdehik. Milli-mənəvi dəyərlərimiz bizim kimliyimizdir və bu dəyərlərin saflığını qorumaq həm dövlət, həm də cəmiyyət olaraq mənəvi borcumuzdur. Mərkəz direktoru ailə institutunun cəmiyyətin mənəvi dayanıqlığının formalaşmasında mühüm rolunu xüsusi qeyd edərək, ailə dəyərlərinin qorunmasının, sağlam ailə mühitinin yaradılmasının, ailədaxili münasibətlərdə mənəvi-psixoloji dayanıqlığın təmin edilməsinin vacibliyini vurğulayıb. Qadınların cəmiyyətdə rolunun artırılması, uşaqların fiziki və mənəvi təhlükəsizliyinin qorunması, həssas kateqoriyadan olan ailələrə diqqət və qayğının göstərilməsinin ailə institutunun möhkəmləndirilməsinə xidmət etdiyini bildirib. Tədbir çərçivəsində Prezident İlham Əliyevin 2026-cı il 23 iyun tarixli Sərəncamına əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kadr və kargüzarlıq şöbəsinin əməkdaşı Roza Şamıyevaya dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub. O? çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi Zəfərin xalqımızın milli birliyinin, həmrəyliyinin təcəssümü olmasından bəhs edib. O, göstərilən diqqət və etimada görə təşəkkürünü bildirərək dövlət qulluğunda fəaliyyətini bundan sonra da məsuliyyətlə davam etdirəcəyini vurğulayıb. Tədbir “Ailəm Könüllüləri”, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin nümayəndələri, eləcə də Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə müzakirələrlə davam edib. Çıxış edənlər Yeni Azərbaycan Partiyasının gənc nəslin inkişafında, vətənpərvərlik ruhunda yetişməsində, milli-mənəvi dəyərlərin qorunmasında və gənclərin ictimai-siyasi fəallığının artırılmasında rolundan bəhs ediblər. Həmçinin gənclərin təşəbbüskarlığının dəstəklənməsi, onların cəmiyyət həyatında fəal iştirakının təşviqi və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.  

Ətraflı
“Güclü cəmiyyətin zərif simaları” layihəsinin yekun konfransı keçirilib

2 noyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Güclü cəmiyyətin zərif simaları” layihəsinin yekun konfransı keçirilib. Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Layihəyə həsr olunmuş videoçarx nümayiş etdirilib, daha sonra açılış nitqləri dinlənilib. Çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva cəmiyyətin davamlı inkişafında insan kapitalının gücləndirilməsinin və hər kəs üçün bərabər imkanların yaradılmasının əhəmiyyətini vurğulayıb. O, bu sahədə həyata keçirilən dövlət siyasətinin qadın və qızların potensialının reallaşdırılması, onların cəmiyyət həyatında fəal iştirakının dəstəklənməsi baxımından mühüm rol oynadığını qeyd edib. Qadınların təhsil, məşğulluq, sahibkarlıq və qərarvermə proseslərində iştirakının genişləndirilməsinin ölkənin inkişafına mühüm töhfə verdiyini bildirib. Dövlət Komitəsinin dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirən A.Sofiyeva RİİB ilə birgə həyata keçirilən layihələri dövlət-vətəndaş cəmiyyəti tərəfdaşlığının uğurlu nümunəsi kimi dəyərləndirib. O, “Güclü cəmiyyətin zərif simaları” layihəsinin qızların bilik və bacarıqlarının, liderlik keyfiyyətlərinin və özünəinamının inkişafına, ictimai fəallıqlarının artırılmasına xidmət etdiyini diqqətə çatdırıb. A.Sofiyeva layihənin əhəmiyyətinin yalnız iştirakçıların fərdi inkişafı ilə məhdudlaşmadığını, qadınların potensialının reallaşdırılmasının bütövlükdə cəmiyyətin sosial-iqtisadi tərəqqisinə və güclənməsinə töhfə verdiyini vurğulayıb. Daha sonra “Regional İnkişaf” İctimai Birliyinin Təlim, inkişaf və innovasiya şöbəsinin müdiri Pərvanə Hacıyeva, Dövlət Komitəsi ilə birgə ailə institutunun möhkəmləndirilməsi və qadınların, uşaqların hüquqlarının müdafiəsi istiqamətində mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirildiyini bildirib. O, Erkən Uşaqlıq Dövründə İnkişaf Kampaniyası, “Çempion ailələr”, Ailə festivalı və “Hüquqlarınla parla” layihəsi kimi təşəbbüslərin bu əməkdaşlığın uğurlu nümunələrindən olduğunu qeyd edib. Həyata keçirilən təşəbbüslərin dövlət siyasətinə dəstək olmaqla yanaşı, cəmiyyətdə maarifləndirmənin genişləndirilməsinə və bu sahələrə diqqətin artırılmasına xidmət etdiyini deyib. Konfrans çərçivəsində Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva layihənin təqdimatını edib. O, 2024-cü ildən etibarən icra olunan “Güclü cəmiyyətin zərif simaları” layihəsinin qızların bilik və bacarıqlarının, liderlik keyfiyyətlərinin və özünəinamının inkişafına, həmçinin ictimai fəallıqlarının artırılmasına xidmət etdiyini qeyd edib. Bildirib ki, üç il ərzində layihə 20 şəhər və rayonu əhatə edib, 31 qadın ekspert prosesə cəlb olunub və görüşlərdə 4000-ə yaxın qız və qadın iştirak edib.Ardınca layihə ekspertləri çıxış edərək layihə ilə bağlı təəssüratlarını bölüşüb, təşəbbüsün əhəmiyyətini vurğulayıblar. Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini, millət vəkili Könül Nurullayeva, Azərbaycan qadınının təkcə ictimai-siyasi fəaliyyəti ilə deyil, eyni zamanda dövlətçiliyin və milli-mənəvi dəyərlərin qorunmasında hər zaman mühüm rol oynayan güc mərkəzi olduğunu bildirib.  O, müasir dövrdə qadınların elm, incəsənət, texnologiya və iqtisadiyyatın müxtəlif sahələrində aktiv təmsil olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini qeyd edib.  Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini, “Yüksəliş” müsabiqəsinin qalibi Xanım Daşdəmirova layihədə uğurlarla yanaşı uğursuzluqların da müzakirə olunduğunu, bunun qızlarda böyük motivasiya yaradaraq onlara çətinliklərə qalib gəlməyə dəstək olduğunu deyib. O qeyd edib ki, hər bir xanım öz həyat hekayəsini, arzularını və qarşılaşdıqları çətinlikləri bölüşərək bir-birlərinə dəstək olublar. ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova, bu təşəbbüsün gənclərə həm peşəkar, həm də şəxsi inkişafda mühüm dəstək olacağını bildirib. O, belə layihələrin gənclərin bacarıqlarını inkişaf etdirilməsində, potensialının reallaşdırılmasında böyük rol oynayacağını deyib. Konfransın sonunda layihənin həyata keçirilməsinə verdikləri töhfəyə görə ekspertlər mükafatlandırılıblar. Tədbir bədii proqramla başa çatıb.

Ətraflı
Bakı şəhəri və regionlarda növbəti “Açıq qapı” günü keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 28 oktyabr 2026-cı il tarixində Mərkəzlərin psixoloq, sosial işçiləri və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkillərinin birgə iştirakı ilə növbəti səyyar “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi, İsmayıllı rayonunun Qalacıq, Goranboy rayonunun Azad, Göygöl rayonunun Şəhriyar, Qəbələ rayonunun Kötüklü, Ağdam rayonunun Mahrızlı, Saatlı rayonunun Soltanabad, Sabirabad rayonunun Qaratəpə, Hacıqabul rayonunun Meyniman, Zaqatala rayonunun Üçüncü Tala, Zərdab rayonunun Bıçaqçı kənd və qəsəbələrini əhatə edib. “Açıq qapı” günündə UADM-lərin xidmətləri (psixoloji konsultasiya, Denver II qiymətləndirmə testi), Mərkəzlərlə əməkdaşlıq, maarifləndirmə tədbirlərinin təşkili, uşaqlarda davranış problemləri, boşanma, müalicə və sosial müavinətlər, işlə təminat, özünüməşğulluq proqramı, hüquqi məsələlər üzrə 66 nəfər vətəndaşın müraciəti dinlənilib, müraciətlərin bir qismi təmin edilib, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, həlli araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb, eyni zamanda vəkillər tərəfindən sosial cəhətdən həssas qruplardan olan qadınlara hüquqi yardım göstərilib.

Ətraflı
Reproduktiv saqlamlıq və ailə planlaşdırılması mövzusunda görüşlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Elm və Təhsil Nazirliyinin dəstəyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ekspertlərinin iştirakı ilə reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzusuna həsr olunmuş görüşlər təşkil edilib. Tədbirlər 26–27 oktyabr 2026-cı il tarixlərində Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, 27 oktyabr tarixində Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, 29–30 oktyabr tarixlərində isə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilib. Görüşlərdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva və  baş məsləhətçisi Rafiq Mahmudov sağlam nəslin formalaşması və ailə sağlamlığının qorunması istiqamətində ölkədə görülən tədbirlər barədə danışıblar. İSİM-in həkim-metodistləri Zümrüd Kazımova və Teymur Ağazadə reproduktiv sağlamlığa təsir edən amillər və fərdi gigiyena qaydaları haqqında ətraflı məlumat təqdim ediblər. Görüşlərin sonunda tələbələrin sualları cavablandırılıb. Ümumilikdə tədbirlərdən 900 nəfər yararlanıb.  

Ətraflı
Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə süni intellekt proqramı tərəfindən uşaqlara pilot təlim keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə süni intellekt proqramı tərəfindən uşaqlara uşaq hüquqları mövzusunda pilot təlim keçirilib. Təlimdə iştirak edən uşaqlar “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş təhsil hüququ, həyat və sağlamlığın qorunması hüququ, hüquq bərabərliyi, şərəf və ləyaqətin müdafiəsi hüququ, fikir və söz azadlığı, məlumat azadlığı və vicdan azadlığı mövzularında yeni biliklər əldə edib, süni intellekt proqramı ilə interaktiv fikir mübadiləsi aparıb, verilən tapşırıqları və oyunları yerinə yetiriblər. Təlimin bu formatda keçirilməsində əsas məqsəd uşaqlarda süni intellekt proqramları ilə öyrənmə və davranış vərdişlərinin formalaşdırılması, həmçinin gələcəkdə maarifləndirmə işlərinin daha səmərəli, optimal və əhatəli aparılmasıdır.

Ətraflı
Uşaqların zərərli informasiyadan qorunması məqsədilə monitorinqlər həyata keçirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə aidiyyəti dövlət qurumları ilə birgə uşaqların zərərli informasiyadan qorunması məqsədilə monitorinqlər həyata keçirilir. 29 oktyabr 2026-cı il tarixində Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Sumqayıt şəhərində fəaliyyət göstərən əyləncə mərkəzlərinə, oyun zallarına baxış keçirilmiş, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin tələbləri barədə sahibkarlara tövsiyələr verilmiş, “Uşaqları zərərli informasiyadan qoruyaq!” adlı maarifləndirici vəsait təqdim olunub. 

Ətraflı
Şəhid ailələri ilə görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura və Bakı 29 saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələri ilə görüş keçirilib. Tədbirdə şəhidlərin ailə üzvləri, ziyalılar, vəkillər, mediatorlar, hüquqşünaslar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Görüşün əsas məqsədi Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək, onların ailələrinə mənəvi dəstək göstərmək və cəmiyyətin daim şəhid ailələrinin yanında olduğunu bir daha ifadə etmək olub. Çıxışlarda şəhidlərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdikləri qəhrəmanlıqdan, onların xatirəsinin yaşadılmasının, ailələrinə diqqət və qayğının davamlı olmasının vacibliyindən bəhs edilib. Şəhid ailələrinin üzvləri göstərilən ehtirama, diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.  

Ətraflı
“Çəhrayı oktyabr” kampaniyasının yekun tədbiri keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva “Gender Hub” İctimai Birliyinin təşkilatçılığı ilə təşkil edilən “Çəhrayı oktyabr” - süd vəzi xərçəngi ilə mübarizə və qadın sağlamlığına dəstək kampaniyasının yekun tədbirində iştirak edib. Tədbirdə çıxış edən C. Rəhmətullayeva süd vəzi xərçəngi zamanı psixososial dəstəyin vacibliyindən danışıb. Qadın sağlamlığının ailə rifahı və cəmiyyətin dayanıqlı inkişafı baxımından əhəmiyyətini vurğulayaraq, süd vəzi xərçənginin erkən aşkarlanmasının vacibliyini qeyd edib. Bildirib ki, maarifləndirmənin artırılması, tibbi xidmətlərə bərabər çıxışın təmin olunması və qadınların vaxtında müayinələrə təşviqi bu sahədə əsas istiqamətlərdəndir. O, Dövlət Komitəsinin qadınların sağlamlığının qorunması, sağlam həyat tərzinin təşviqi və reproduktiv sağlamlıq üzrə maarifləndirmə tədbirləri həyata keçirdiyini diqqətə çatdırıb. Xüsusilə regionlarda yaşayan və sosial baxımdan həssas vəziyyətdə olan qadınların dəstəklənməsinin əhəmiyyətini vurğulayıb. Çıxışda, həmçinin Pekin Fəaliyyət Platformasının və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin qadınların sağlamlığının qorunması, səhiyyə xidmətlərinə bərabər çıxışının təmin edilməsi baxımından müəyyən etdiyi hədəflərin əhəmiyyəti vurğulanıb. Daha sonra “Süd vəzi xərçəngi ilə mübarizədə erkən aşkarlama, psixoloji dəstək və cəmiyyətin rolu” mövzusunda panel müzakirə keçirilib. Paneldə ÜST-nin Azərbaycan nümayəndəsi Dr. Hande Harmancı və onkoloq mütəxəssislər çıxış edərək erkən diaqnostikanın, psixoloji dəstəyin və ictimai maarifləndirmənin əhəmiyyətini vurğulayıblar. Qeyd edək ki, kampaniyanın əsas məqsədi süd vəzi xərçəngi barədə məlumatlılığı artırmaq, erkən diaqnostikanı təşviq etmək və həssas sosial qruplardan olan qadınların tibbi xidmətlərə çıxışını dəstəkləməkdir.

Ətraflı
Sumqayıtda “Uşaqdan-uşağa” layihəsi çərçivəsində təlimlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 29 oktyabr 2026-cı il tarixində Uşaq Səfirlər Məclisinin Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonları üzrə nümayəndələri və fəalları üçün “Liderlik bacarıqları” və “İnternetdən təhlükəsiz istifadə edək!” mövzularında təlim proqramları təşkil edilib. Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova uşaqların iştirakçılıq hüququnun təmin edilməsinin, onların təşəbbüskarlığının dəstəklənməsinin və həmyaşıdları arasında bilik və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, “Uşaqdan-uşağa” prinsipi əsasında təşkil olunan təlimlər uşaqların bilik və bacarıqlarının inkişafına, fəal vətəndaşlıq mövqeyinin formalaşmasına, eləcə də onların ictimai proseslərdə iştirakının genişləndirilməsinə xidmət edir. O qeyd edib ki, layihə çərçivəsində keçirilən təlimlərin əsas məqsədi uşaqlarda təhlükəsiz internet istifadəsi və fərdi məlumatların qorunması ilə bağlı bilikləri artırmaq, inkişaf hüquqlarının təşviqində təşəbbüskarlığı və iştirakçılıq bacarıqlarını, eləcə də liderlik və komanda ilə işləmək qabiliyyətlərini inkişaf etdirməkdir. Abşeron-Xızı Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi Fidan İbrahimova çıxışında layihənin uşaqların həmyaşıdlarından öyrənməsi, sosial bacarıqlarının inkişafı və fəal vətəndaşlıq mövqeyinin formalaşması baxımından əhəmiyyətini qeyd edib, iştirakçıların fəallığını və təşəbbüskarlığını yüksək qiymətləndirib. Təlim proqramı çərçivəsində “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov internetdən təhlükəsiz istifadə, fərdi məlumatların qorunması və rəqəmsal mühitdə təhlükəsizlik qaydaları barədə iştirakçılara məlumat verib. Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri Tərlan Əhədzadə və Fatimə Sultanlı tərəfindən liderlik, komandada işləmək və əməkdaşlıq bacarıqlarının inkişafına həsr olunmuş interaktiv təlim keçirilib. Təlimlərin davamında iştirakçılar komandalara bölünərək intellektual oyunda bilik və bacarıqlarını nümayiş etdiriblər.  Sonda təlimlərdə fəal iştirak edən uşaqlara sertifikatlar təqdim edilib.

Ətraflı