“Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi” mövzusunda maarifləndirici görüşlər keçirilib

Paylaş:
14 may 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin 234 və 97 nömrəli tam orta məktəblərində şagirdlər və valideynlərlə “Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi” mövzusunda maarifləndirici görüşlər keçirilib.
Görüşlərdə Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşı Rafiq Mahmudov fişinq hücumları, kibertəhlükələr və sosial mühəndislik üsullarından danışıb, uşaqların və valideynlərin bu hallardan qorunma yollarını izah edib.
“Ailəm könüllüləri” proqramının üzvü Gülgün Şəfiyeva isə onlayn davranış qaydaları, valideyn nəzarətinin əhəmiyyəti və sosial mediada təhlükəli məzmunların tanınması barədə təqdimatla çıxış edib.
Hər iki görüşdə interaktiv diskussiyalar aparılıb, iştirakçıların sualları cavablandırılıb və “Təhlükəsiz internet” adlı sosial çarx nümayiş olunub.