İctimai şura
Tərkib
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununa, Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 24 aprel 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya keçirilən seçkinin yekunu olaraq 7 nəfərdən ibarət yeni tərkibi seçilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın tərkibi
Şuranın sədri: Rəsulova Firuzə Həmdəm qızı –“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi
Şuranın sədr müavini: Əsgərova Venera Yusif qızı - “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyi
Şuranın katibi: Məmmədov Müslüm Çingiz oğlu - “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyi
Şuranın üzvləri:
Sadıqov Şəmil Kamil oğlu - “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi
Cavadlı Qəmərxanım Aydın qızı - Qafqaz Müsəlmanları İdarəsi
Məcidova Məryəm Teymur qızı - AR Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender HUB’’ İctimai Birliyi
Əliyev Ülvi Məmmədəli oğlu - “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyi