Komitə

Haqqımızda

Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idarəetmə orqanının təşkilini şərtləndirmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin, Komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə

 AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparatının işçilərinin say həddi 77 ştat vahidi müəyyən edilsin. [1]

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

4.1. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bu Fərmandan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 avqust 2006-cı il

№ 444

"Azərbaycan Respublikasının Hökuməti və Amerika Birləşmiş Ştatlarının "Uşaqların Xilası" ("Save the Children") Təşkilatı arasında Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təhvili haqqında Saziş"i imzalamaq səlahiyyətinin verilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. "Azərbaycan Respublikasının Hökuməti və Amerika Birləşmiş Ştatlarının "Uşaqların Xilası" ("Save the Children") Təşkilatı arasında Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təhvili haqqında Saziş"i Azərbaycan Respublikasının Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Kamran qızı Hüseynovaya verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi Azərbaycan Respublikasının Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Kamran qızı Hüseynovaya verilməsi barədə Amerika Birləşmiş Ştatları tərəfinə müvafiq bildiriş göndərsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2007-ci il

№ 2179

"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatlarının "Uşaqların Xilası" ("Save the Children") Təşkilatı arasında Uşaq və Ailələrə Dəstək mərkəzlərinin təhvili haqqında Saziş"i imzalamaq səlahiyyətinin verilməsi barədə

 AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatlarının "Uşaqların Xilası" ("Save the Children") Təşkilatı arasında Uşaq və Ailələrə Dəstək mərkəzlərinin təhvili haqqında Saziş"i Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Kamran qızı Hüseynovaya verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Kamran qızı Hüseynovaya verilməsi barədə Amerika Birləşmiş Ştatları tərəfinə müvafiq bildiriş göndərsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2010-cu il

№ 1252