Vətəndaşlar üçün

860 – Dəstək xətti

860 Gender- əsaslı zorakılıqla bağlı Dəstək Xəttin fəaliyyətinə dair xülasə

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Dəstək Xətt pilot layihəsinin icrasına başlanmışdır. Pilot layihə olan 860 Gender-əsaslı zorakılıqla bağlı Dəstək Xətti 01.11.2020-ci ildən fəaliyyətə başlayıb və 01.12.2020-ci ildən etibarən məişət zorakılığından zərər çəkən şəxslərin zənglərini qəbul edir. Dəstək Xəttinin icrası “Genesis Psychology” təşkilatı tərəfindən həyata keçirilir. Dəstək Xəttinin heyəti 1-i menecer, 3-ü operator olmaqla 4 nəfərdən ibarətdir. Pilot layihə çərçivəsində operatorlar tərəfindən zənglər 09:00-18:00 arası qəbul edilir.

Məqsəd:

Zəng edən şəxsi məlumatlandırmaqla yanaşı, onu dəstəkləmək, mümkün həll yollarına istiqamətləndirmək və təlimatlarla təmin etməkdir. 

860 Gender-əsaslı zorakılıqla bağlı Dəstək Xəttin məqsəd və vəzifələri:

1) Məişət zorakılığını qiymətləndirilmək;

2) Böhrana müdaxilə və şəxsi təhlükəsizlik planlaşdırılmasını həyata keçirmək;

3) Məişət zorakılığı haqqında maarifləndirmək;

4) Zəng edən şəxsə xidmət təminatçıları ilə bağlı məlumat vermək;

5) Konsultanta yönləndirmək.

860 Gender-əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 2023-cü il üzrə müraciətlərin təhlili

860 Gender-əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 2022-ci il ərzində daxil olan  müraciətlərin təhlili