Komitə
Rəhbərlik
Sədaqət Məmmədyar qızı Qəhrəmanova - Sədr müavini
1949-cu il martın 1-də Şəmkir rayonunda anadan olub. 1968-1971-ci illərdə Bakı Axşam Neft Texnikumunda iqtisadiyyat, 1973-1977-ci illərdə Bakı Ali Partiya Məktəbində politologiya ixtisasları üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə 1966-cı ildə Əli-Bayramlı şəhər 1 saylı məktəbdə başlayıb, 1967-1970-ci illərdə Əli-Bayramlı şəhər Partiya Komitəsində texniki katibə vəzifəsində çalışıb. 1970-1973-cü illərdə Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsində Ümumi şöbənin müdiri, 1973-cü ildən Əli-Bayramlı şəhər Partiya Komitəsinin Sənaye və Təşkilat işləri şöbəsində təlimatçı vəzifəsində çalışıb. 1978-ci ildən Şəhər Qarışıq Mallar Ticarət İdarəsində rəis vəzifəsinə təyin edilib, həmin ildən də Əli-Bayramlı Partiya Komitəsinin İdeoloji məsələlər üzrə katibi seçilib. 1983-cü ildə Əli-Bayramlı şəhər Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsinə, 1991-ci ildə isə Əli-Bayramlı şəhər Statistika İdarəsinin rəisi vəzifəsinə təyin edilib, altı ay bu vəzifədə çalışdıqdan sonra həmin ilin sonundan 1995-ci ilədək Əli-Bayramlı şəhər Xalq Deputatları Sovetinin sədri olub. Şəhər üzrə "Qarabağa yardım" Təşkilatının sədri olub. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1995-ci ildə Əli-Bayramlı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib və 2005-ci ilədək bu vəzifədə çalışıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini təyin edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini təyin edilib. 2007-ci ildən “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvüdür. 2009-cu ildən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvüdür. “İşıq-qadın” jurnalının 2011-ci ildən baş redaktorudur.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Həmin ildən Yeni Azərbaycan Partiyasının Əli-Bayramlı şəhər Təşkilatının sədri olub. Partiyanın VII qurultayında (5 mart 2021-ci il) YAP Veteranlar Şurasının sədr müavini seçilib. Ailəlidir, dörd övladı var.
Təltiflər:
2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.
2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar dövlət qulluqçusu” fəxri adı alıb.
2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
2024-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.