Salyan Qadın Resurs Mərkəzi
Qadın Resurs Mərkəzi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin beynəlxalq təşkilatlarla birgə layihəsi çərçivəsində 2017-ci ildə yaradılıb.
2017-ci il tarixində icra edilən "Kənd və rayonqadınlarının və gənclərinin iqtisadivə sosialhəyatda iştirakının təşviqi” layihəsi, 2019-2020-ci illərdə “Kəndliqadınlarınməlumatlaravəxidmətlərə çıxışınıngücləndirilməsi”layihəsi icra olunub. 2020–ci ildə başlayan “Sahibkarlığavəməşğulluğaiqtisadidəstək”layihəsi bu gün də davam edir.
2017- ci ildən bugünədək icra olunmuş layihələr zamanı 673 nəfər QRM üzvlüyünə müraciət edib.
Təşkilati inkişaf üzrə güclü imkanların yaradılması məqsədilə təlimin təşkili, təqdimat bacarıqları, məlumat axını, əlaqə yaratmaq bacarıqları, gənc təlimçilərin təlimi, kənd və şəhərətrafı ərazilərdə qadınların ictimai həyatda iştirakının gücləndirilməsi üzrə təlim, biznes təlimləri, maliyyə savadlılığı mövzularında 17 təlim təşkil olunub və həmin təlimlərdə 242 nəfər qadın iştirak edib. Biznes layihəsini təqdim etmiş 30 nəfər avadanlıqla təmin olunaraq, biznesini yaradıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin beynəlxalq təşkilatlarla birgə həyata keçirdiyi “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsinin icrasına 2019-cu ildə başlanılıb. Layihə Bakı, Salyan və Masallı rayonlarını əhatə edib. Layihə çərçivəsində 60 nəfərə biznes qurmaq üçün dəstək göstərilib.
Bu günədək Mərkəz tərəfindən 200-ə yaxın qadına psixoloji dəstək göstərilib. “Azərbaycanda İnstitusional potensialın gücləndirilməsi vasitəsilə insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması” layihəsi çərçivəsində 254 nəfər hüquqi xidmətdən yararlanıb.
Ünvan: T. Xəlilbəyli küçəsi, Heydər Əliyev Parkı, Heydər Əliyev Mərkəzi
Əlaqə nömrəsi: +994 51 205 99 61
Elektron poçt: salyanqrm.1@gmail.com
Facebook səhifəsi: https://www.facebook.com/