Xəzər rayonu Qadın Resurs Mərkəzi
Xəzər rayonu Qadın Resurs Mərkəzi 2018-ci ilin dekabr ayından “Cənubi Qafqazda qadınların iqtisadi səlahiyyətlərinin artırılması” lahiyəsi çərçivəsində fəaliyyətə başlayıb. Layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin beynəlxalq təşkilatlarla əməkdaşlığı çərçivəsində həyata keçirilib. Layihənin I fazası (2018-2021-ci illər) uğurla icra olunduğuna görə, 2022-ci ilin yanvarından etibarən Mərkəzdə layihənin II fazası icra olunur (2022-2025). Layihənin əsas məqsədi rayonda qadınların sosial iqtisadi inkişafına dəstək olmaqdır.
Mərkəzin 535 nəfər üzvü var.
2020-ci ilin sentyabr ayından Xəzər rayonu QRM-də “Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsinin "Gender əsaslı zorakılığın aradan qaldırılmasına icma dəstəyi" komponenti (2020-2024) icra olunur. Bu layihənin əsas məqsədi gender əsaslı zorakılığa məruz qalan qadınlara hüquqi və psixoloji dəstək göstərmək, qadınların sosial həyatda iştirakına mane olan amillərin aradan qaldırılması, zorakılıqdan uzaq həyat yaşamalarını hədəfləyir. Lahiyə çərçivəsində həmçinin peşə təlimləri, müxtəlif kurslar və özünəməşgulluq istiqamətində dəstəklər həyata keçirilir.
2022-ci ilin sentyabr ayından Mərkəzdə “Azərbaycanda institusional potensialın gücləndirilməsi vasitəsilə insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması” layihəsi də icra olunur. Layihədə sosial cəhətdən zəif insanlara ödənişsiz hüquqi yardım xidmətləri nəzərdə tutulub. Bu günə qədər bu layihədən 102 nəfər insan yararlanıb.
İcra olunan layihələr çərçivəsində ümumi olaraq 23 istiqamət üzrə: biznes, kompüter bacarıqları, maliyyə savadlılığı, CV yazmaq və iş axtarmaq bacarıqları, QHT idarə olunması, karyeranın inkişafı, vergi, risklərin təhlili və idarə edilməsi, reklam, kommunikasiya, marketinq bacarıqları, paketləmə və markalama mövzusunda təlimlər, eləcə də boya ustası, dərzilik, şirniyyatçılıq, saç ustası, manikürçülük kimi peşə kursları, eləcə də dil kursları təşkil edilib. Eyni zamanda müraciət edənlərə psixoloji və hüquqi dəstək göstərilib.
Təlimlərdə ümumi olaraq 485 nəfər iştirak edib.
İcra olunan layihələr çərçivəsində sahibkarlıq fəaliyyətinə başlayan qadınların sayı 68-dir.
2020-ci ildən etibarən Mərkəzin fəal üzvləri “Xəzər rayonunda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyini təsis ediblər. İB 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin (QHTDDA) maliyyə dəstəyi ilə "Qadın hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili" lahiyəsini icra edib. 2023-cü ildə isə QHTDDA-nın maliyyə dəstəyi ilə “Xəzər rayonunda həssas qrupdan olan qadın və qızlar üçün kiçik sahibkarlıq və özünəməşğulluq fəaliyyətləri barədə maarifləndirmə tədbirlərinin təşkili” layihəsi icra edilib.
Ünvan: Xəzər rayonu, Şüvəlan qəs, A.İldırım küç 54A ( Xəzər Gənclər evi-III mərtəbə)
Mərkəzin koordinatoru: Cəfərova Lalə
Əlaqə nömrəsi: (+994) 051 205 99 49
Elektron poçt:khazarqrm@gmail.com
FB səhifəsi: https://www.facebook.com/XezerQRM/