Bərdə Qadın Resurs Mərkəzi

Bərdə Qadın Resurs Mərkəzi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin beynəlxalq təşkilatlarla əməkdaşlığı çərçivəsində “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması” ( SABİY) lahiyəsinə əsasən 2021- ci il dekabr ayından fəaliyyətə başlayıb. Mərkəzin rəsmi açılışı 2022 ci il may ayının 23- də keçirilib.

Hazırda Mərkəzin 667 üzvü var.

Fəaliyyətə başladığı gündən Mərkəzdə biznes, gender bərabərliyi, sosial sahibkarlıq, liderlik, karyera inkişafı və s. mövzularda təlimlər, qısa müddətli kompüter və mühasibatlıq kursları, eləcə də 3 aylıq peşə kursları təşkil olunub. Bu günə qədər keçirilmiş 14  təlimdə 260 qadın iştirak edib.Biznes təlimlərində qalib olan qadınlar avadanlıqla təmin olunub və öz biznesini qurublar.Bundan əlavə, Mərkəzdə maarifləndirici görüşlər,  məlumatlandırma sessiyaları, seminarlar, açıq qapı günləri keçirilib, icmalara səfərlər təşkil olunub. Mərkəz rayonda fəaliyyət göstərən müxtəlif dövlət və özəl qurumlar, vətəndaş cəmiyyəti institutları, təhsil müəssisələri ilə əməkdaşlıq edir.

 

Ünvan: Heydər Əliyev prospekti 99, İcra Hakimiyyətinin köhnə qonaq evi.

Əlaqə nömrəsi: +994 50 973 95 17

Elektron poçt: bardaqrm@gmail.com