Füzuli Resurs Mərkəzi

Mərkəz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin beynəlxalq təşkilatlarla əməkdaşlığı çərçivəsində 2022-ci ilin yanvar ayında fəaliyyətə başlayıb.  2023-cü ilin oktyabr ayının sonuna kimi Resurs Mərkəzinə 386 nəfər qadın  müraciət edərək Mərkəzə üzv olub.

Mərkəzin fəaliyyət dövrü ərzində keçirilən 4 biznes təlimində 50 nəfər qadın iştirak edib. Təlim keçmiş qadınların 23 nəfəri biznes avadanlıqları ilə təmin olunub, sahibkar kimi fəaliyyət göstərmələri üçün onlara şərait yaradılıb. 

Mərkəzdə keçirilən peşə kurslarında 147 nəfər qadın iştirak edib.  Peşə təlimindən yararlanan qadınlardan bir qismi öyrəndikləri peşə üzrə fəaliyyət göstərərək ailələrinə maliyyə dəstəyi verirlər. Xanımların bir qismi isə əmək müqaviləli işlərə cəlb ediliblər.

Mərkəzdə təşkil edilən peşə təlimləri:

 ● Karyera inkişafı və həyat bacarıqları;                      ●Bərbər və vizajist

 ●Vergi təlimləri;                                                           ●Dərzi

 ●Kompüter bacarıqlarının artırılması;                        ●Ərzaq saxlanılması

 ●Gəlir və xərclər hesabatı                                           ●Dırnaq dizaynı

 ●Şirniyyatçı;                                                                

Mərkəzin üzvləri  keçirilən tədbirlərdə, sərgi və yarmarkalarda  iştirak edir və təcrübə mübadiləsi aparırlar.

 Ünvan: Horadiz şəhəri,  Heydər Əliyev pr., Füzuli Gənclər evi, 2 –ci mərtəbə.

 Elektron poçt: fuzuliqrm@gmail.com

Əlaqə nömrələri +994 50 222 09 71;  +994 50 992 10 19