Xaçmaz Qadın Resurs Mərkəzi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komitəsinin beynəlxalq təşkilatlarla əməkdaşlığı ilə ”Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsi çərçivəsində  Xaçmaz Qadın Resurs Mərkəzi 2019-cu ildə fəaliyyətə başlayıb.

Mərkəzin ümumilikdə 350 üzvü var.

Layihə çərçivəsində 200 nəfərə yaxın iştirakçı psixoloji və hüquqi dəstək alıb. 35 nəfər biznes layihələrin qalibi olaraq, sahibkarlıq fəaliyyətinə cəlb olunub. Hazırda daha 9 nəfər xanım qalib olub və biznes layihəsi üzərində işləyir. Biznes qalibləri üçün  “Gəlirlərin hesablanması” üzrə təlim keçirilib.

Mərkəz üzvləri, eləcə də digər rayon sakinləri rəqəmsal marketinq, qrafik dizayn, mühasibatlıq, şirniyyatçılıq, kompüter bilikləri və gözəllik xidmətləri üzrə və s. sahələri əhatə edən peşə kurslarına, təlim və seminarlara cəlb olunurlar. Ümumilikdə Xaçmaz Qadın Resurs Mərkəzində baş tutan təlimlərdə 500 nəfər, tədbirlərlərdə isə 700 nəfər iştirak edib.

Ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev Mərkəzi, 1ci mərtəbə.

Əlaqə nömrəsi: 051 205 99 63

Elektron poçt: khachmazqrm@gmail.com