Tovuz Qadın Resurs Mərkəzi

Mərkəz 2021-ci ilin mart ayında “Qadınların iqtisadi gücünün artırılması və mikro sahibkarlıq fəaliyyətinə dəstək layihəsi” çərçivəsində fəaliyyətə başlayıb.

Mərkəzin 210 nəfər üzvü var.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Sağlam Həyat Naminə” İctimai Birliyinin birgə əməkdaşlığı və “British Petroleum” Şirkətinin maliyyə dəstəyi Tovuz rayonunda “Qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək məqsədi ilə İcmada Ailəyə Dəstək Klubunun yaradılması” adlı layihə həyata keçirilib. Layihədə iştirak edən 60 qadın biznes planına uyğun olaraq, avadanlıqla təmin olunub.

Qadınlarmız üçün vacib olan “Özünü təqdimetmə bacarıqları”, “Liderlik bacarıqlarının inkişaf etdirilməsi”, “Gender bərabərliyi və insan hüquqları”, “Erkən nikah və məişət zorakılığı” “Maliyyə savadlılığı”, “Ailə büdcəsinin idarə olunması”, “Biznesin təşkili və idarə olunması” və s. kimi təlimlər keçirilib.

Ünvan: Tovuz şəhəri Aşıq Alı küçəsi, Lalə uşaq bağçasının yanı

Əlaqə nömrəsi: 051 722 40 30

Elektron poçt: tovuzqadinresursmerkezi@gmail.com

Facebook:https://www.facebook.com/TovuzQadinResursMerkezi?mibextid=9R9pXO