Qusar Qadın Resurs Mərkəzi

Qusar Qadın Resurs Mərkəzi 2018-ci ilin oktyabr ayından fəaliyyətə başlayıb. Bu günə kimi 600-ə yaxın qadın müraciət edərək, üzv olub.

Mərkəzdə keçirilən təlimlərdə 500 nəfər qadın iştirak edib. Həmçinin mövcud biznesini inkişaf etdirmək istəyən və ya biznes qurmaq istəyən qadınlar üçün keçirilən təlimlərdə iştirak edərək qalib gələn 49 nəfər qadına avadanlıq təqdim edilib və onlar sahibkar olaraq biznes fəaliyyətinə başlayıblar. Daha 25 nəfərə də 2023-2024-cü il müddətində avadanlıq veriləcək.

Mərkəzdə "Biznesini qur və inkişaf etdir", "Kompüter bacarıqları", "Maliyyə savadı", "CV yazmaq və iş axtarmaq bacarıqları", "QHT idarə olunması", "Peşə kursları", "Dərzilik", "Şirniyyatçılıq", "Saç ustası", "Manikür ustası", "Karyeranın inkişafı", "Vergi və VÖEN haqqında", "Risklərin təhlili və idarə edilməsi", "Paketləmə və markalama", "Dayanıqlı biznes", "Onlayn satış portalının məqsədi və imkanları", "Sosial media və menecerlik", "Məlumat bazasının yaradılması və təhlili", "Qeyri formal təhsil metodu olan sosial teatr", "Fərdi inkişaf planının hazırlanması", "Həyati bacarıqlar" və s. kimi təlimlər keçirilib, dil kursları təşkil olunub. Eyni zamanda müraciət edən şəxslərə psixoloji, hüquqi dəstək göstərilib. Layihələr 2018-ci ildən bu günə kimi 3 layihə icra olunur: 1. “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması-II faza” layihəsi; 2. “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsinin “Gender əsaslı zorakılığın aradan qaldırılmasına icma dəstəyi” komponenti; 3. “Azərbaycanda institusional potensialın gücləndirilməsi vasitəsilə insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması” layihəsi. 

Ünvan: Qusar şəhəri M.Vəliyev küçəsi, H.Əliyev Mərkəzi, II mərtəbə.

Əlaqə nömrələri: 023-38-5-56-95; 051-205-99-58

Elektron poçt: qusarqrm@gmail.com