Biləsuvar Qadın Resurs Mərkəzi

Biləsuvar Qadın Resurs mərkəzi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin beynəlxalq təşkilatlarla əməkdaşlığı ilə “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində 2016-cı il avqust ayının 1-dən  fəaliyyətə başlayıb. Mərkəzin 348 nəfər üzvü var.

LAYİHƏLƏR:

1.    2016-2018 “Gender Bərabərliyinin və Qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi

2.    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə keçirdiyi 2020-ci ildə qrant müsabiqəsinin qalibi olaraq   “Covid -19 pandemiyası ilə bağlı aztəminatlı ailələrə hüquqi, psixoloji, sosial xidmətlərin göstərilməsi” layihəsi;

3.    2020-ci ildən USAİD-in dəstəyi ilə BMTİP-nın icra etdiyi “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsinin Gender-əsaslı zorakılığın aradan qaldırılması komponenti; (Layihə bu gün də davam edir).

4.    2021-2022 ci illərdə (Niderland Krallığı, AQUPDK, BMTİP) maliyyə dəstəyi ilə həyata keçirilən “İcma əsaslı təşəbbüslərə dəstək” layihəsi;

5.    “Məişət zorakılığına məruz qalan şəxslərin müraciətlərinə baxılmasında ədliyyə, polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə hüquqi maarifləndirmə işinin təşkili” layihəsi;

6.    “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində elan edilmiş qrant müsabiqəsinin qalibi olaraq “Su qıtlığından əziyyət çəkən həssas qrupların yeni təsərrüfat sahəsi vərdişlərinə yiyələnmə və iqtisadi güclənmə” layihəsi (dətəkçilər Aİ-BMTİP).

7.     BMTİP-nin “Azərbaycanda İnstitusional potensialın gücləndirilməsi vasitəsilə insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması” layihəsi (2022-2023 avqust);

8.    2020-ci ildən BMTİP-nın USAİD-in maliyyə  dəstəyi ilə icra etdiyi “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsinin Gender-əsaslı zorakılığın aradan qaldırılması  komponentinin icrasında birgə əməkdaşlıq;

9.    Azərbaycanda institusional potensialın gücləndirilməsi vasitəsilə insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması” layihəsi (2022- 2023).

Üzvlər, eləcə də rayon sakinləri müxtəlif sahələri əhatə edən peşə kurslarına, təlim və seminarlara cəlb olunurlar. Keçirilən təlimlərdə 331 nəfər iştirak edib, biznes təlimlərində isə iştirak edən 100 nəfərdən 53-ü qalib gəlib və lazımi avadanlıqla təmin edilib. Mərkəzə müraciət edənlərə psixoloji, hüquqi yardım göstərilir, eyni zamanda müxtəlif mövzularda sərgilər keçirilir.

  

Ünvan: Biləsuvar şəhəri, M.İbrahimov küç. 213, Heydər Əliyev Mərkəzi, 3-cü mərtəbə.

Elektron poçt:bilasuvarqrm@gmail.com

Əlaqə nömrəsi: (+994) 51 205 99 46

Facebook səhifəsi:  https://www.facebook.com/BilasuvarQRM