Sumqayıt Qadın Resurs Mərkəzi

Mərkəz 28 yanvar 2022-ci il tarixində Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin beynəlxalq təşkilatlarla əməkdaşlığı ilə “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsi çərçivəsində yaradılıb.

      Mərkəzin hazırda 130 üzvü var. Onların hər biri sosial, psixoloji, hüquqi dəstəklə təmin olunub.

     Mərkəzdə hər ay qadın və qızlar üçün müxtəlif mövzuları əhatə edən təlimlər və tədbirlər təşkil olunur. Eyni zamanda Komitə tərəfindən ayda 1 dəfə təşkil olunan “Açıq Qapı” günləri keçirilir. Açıq Qapı günündə müraciət edən hər bir vətəndaşa hüquqi, psixoloji, sosial xidmətlər göstərilir. İşlə təmin olunmaq istəyən qadınların işlə təminatına dəstək göstərilir.

     2023-ci ilin yanvar-may ayları ərzində Mərkəzdə mühasibatlıq, komputer, liderlik bacarıqları üzrə peşə təlimləri keçirilib. Bu təlimləri bitirən gender-əsaslı zorakılığa məruz qalmış 30 nəfər  qadın sertifikatla təltif olunub.

     Mühasibatlıq kursunu bitirmiş 5 nəfər qadın “The Institute of Certified Bookkeepers ICB UK” tərəfindən keçirilən beynəlxalq imtahanda iştirak etmək üçün vəsiqə qazanmışdır. Bu qadınlardan 3 nəfəri imtahandan yüksək bal toplayaraq beynəlxalq sertifikat qazanıblar.

      Gələcəkdə Mərkəzdə biznes təlimlər və müxtəlif peşə kurslarının keçirilməsi nəzərdə tutulub.

      2023-ci ilin iyun ayında “İnsan Hüquqları” ayı çərçivəsində Dövlət Komitəsi və ARPA təşkilatı tərəfindən Mərkəzdə ödənişsiz hüquqi yardım kampaniyası təşkil olunub.

      2023-ci ilin iyul ayında Dövlət Komitəsi  Mərkəzlə birlikdə  “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması, selektiv abortlar” mövzusunda maarifləndirici tədbir keçirilib.

Facebook səhifəsi: https://www.facebook.com/SumqayitQRM