Zaqatala Qadın Resurs Mərkəzi

Zaqatala Qadın Resurs Mərkəzi  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin beynəlxalq təşkilatlarla əməkdaşlığı ilə “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsi çərçivəsində 2018-ci ilin oktyabr ayından fəaliyyətə başlayıb. Mərkəzin 490 nəfərdən çox üzvü var.

LAYİHƏLƏR:

1.2018-2022-ci illəri əhatə edən “Sahibkarlığa və Məşğulluğa İqtisadi dəstək” layihəsi.

2. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə keçirdiyi qrant müsabiqəsinin qalibi olan   “Covid -19 pandemiyası ilə bağlı əlil övladları olan az təminatlı ailələrə yardım göstərilməsi” layihəsi.

3. 2020-ci ildən bugünədək davam edən və USAİD-in maliyyə dəstəyi ilə BMTİP-nın icra etdiyi “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsinin Gender-əsaslı zorakılığın aradan qaldırılması komponenti.

4. 2023-cü ildə “Məişət zorakılığına məruz qalan şəxslərin müraciətlərinə baxılmasında ədliyyə, polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə hüquqi maarifləndirmə işinin təşkili” layihəsi.

5. 2023-cü ildə “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində elan edilmiş qrant müsabiqəsinin qalibi olaraq “Su qıtlığından əziyyət çəkən həssas qrupların yeni təsərrüfat sahəsi vərdişlərinə yiyələnmə və iqtisadi güclənmə” layihəsi.

6. 2022-ci ildə qadın hüquqları ilə bağlı marifləndirmə layihəsi.

7. 2023-cü il sentyabr ayı ərzində “Gender bərabərliyinin qorunması istiqamətində təşəbüslər” layihəsi.

8.2023-cü il dekabr ayında “Azərbaycanda İnstitusional potensialın gücləndirilməsi vasitəsilə insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması” layihəsi.

 

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış, Zaqatala və Biləsuvar Qadın Resurs Mərkəzlərinin icra etdiyi layihələr çərçivəsində olan fəaliyyətlər icra edilib.

2020-ci ildən icra edilən “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsinin Gender-əsaslı zorakılığın aradan qaldırılması  komponentinin icrasında birgə əməkdaşlıq çərçivəsində tədbirlər həyata keçirilib.

Mərkəzin keçirdiyi biznes təlimlərində 100 nəfərdən çox qadın iştirak edib, 70 nəfəri qalib olub.  Təlimlərdə isə ümumilikdə 340 nəfər iştirak edib.

Eyni zamanda Mərkəzdə müxtəlif sahələrə aid peşə təlimləri keçirilir, sərgilər, tədbirlər təşkil edilir, psixoloji və hüquqi dəstək göstərilir.

 

Ünvan: Zaqatala rayonu, Car küçəsi 1, Heydər Əliyev Mərkəzi, 1ci mərtəbə.

Əlaqə nömrəsi: 051 205 99 40

Elektron poçt: zaqatalaqrm@gmail.com