Göyçay Qadın Resurs Mərkəzi

Göyçay Qadın Resurs Mərkəzi 2020-ci ilin sentyabr ayında "Göyçayda qadınların məşğulluğuna və mikro sahibkarlığına dəsdək" layihəsi çərçivəsində fəaliyyətə başlayıb. Mərkəzin 28 nəfər üzvü var. Onlar hər biri öz məşğulluqlarına dair müxtəlif avadanlıqlarla təmin olunub və bəziləri kiçik bizneslərini qurub. Üzvlərə "Liderlik bacarıqları", "Biznesin idarə olunması", "Marketinq" təlimləri, "Dərzilik", "Saç ustası", "Xalça toxuculuğu" üzrə master klasslar keçilib. 3 ilə yaxın fəaliyyət göstərən Göyçay Qadın Resurs Mərkəzinə 150-ə yaxın qadın müraciət edib, müraciətləri üzrə müxtəlif dövlət orqanlarına yönləndirilib. Mərkəzdə gənc qızlar və oğlanlar arasında müxtəlif maarifləndirici tədbirlər həyata keçirilir. Orta məktəb şagirdləri, kollec və peşə liseyi tələbəri arasında "Narkomaniya", "Erkən nikah", "Məişət zorakılığı" əleyhinə görüşlər və tədbirlər keçirilir.

Ünvan: Göyçay şəhəri, N.Nərimanov küçəsi 90, H.Əliyev Mərkəzi, II mərtəbə.

Əlaqə nömrəsi: 051 614 02 29

Elektron poçt: goycayqrm1120@gmail.com , vmemmedova815@gmail.com