Sabirabad Qadın Resurs Mərkəzi

Sabirabad Qadın Resurs Mərkəzi 2013-cü ildən fəaliyyətə başlayıb. Bu günədək 1442 nəfər qadın müraciət edərək Mərkəzə üzv olub.

Mərkəzdə aşağıdakı layihələr çərçivəsində müxtəlif təlim və tədbirlər həyata keçirilib:

• 2013-2015-“Kənd və rayon yerlərində yaşayan qadınlarıniqtisadi və sosial həyatda iştirakının təşviqi”;

• 2016-2018-“Gender bərabərliyi və qadın hüquqlarının müdafiəsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi”;

• 2019-“Kəndli qadınların məlumata və xidmətlərə çıxışının gücləndirilməsi”;

• 2019-2024“Cənubi Qafqazda qadınların iqtisadi səlahiyyətlərinin artırılması”;

• 2021-2024 “Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsinin “Gender-əsaslı zorakılığın aradan qaldırılmasına icma dəstəyi komponenti”;

• 2022-2023 “Azərbaycanda institusional potensialın gücləndirilməsi vasitəsilə insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması”. Layihələr çərçivəsində biznes, kompüter bacarıqları, maliyyə savadlılığı, CV yazmaq və iş axtarmaq bacarıqları, QHT idarə olunması, karyeranın inkişafı, vergi, risklərin təhlili və idarə edilməsi, reklam, kommunikasiya, marketinq bacarıqları, paketləmə və markalama mövzusunda təlimlər, eləcə də boya ustası, dərzilik, şirniyyatçılıq, saç ustası, manikürçülük kimi peşə kursları, eləcə də dil kursları təşkil edilib. Təlimlərdə 1300 nəfər qadın iştirak edib. Onlardan qalib gələn 78 nəfər qadına avadanlıq təhvil verilib və hazırda oonlar sahibkar olaraq biznes fəaliyyətinə başlayıblar. 16 nəfər qadına isə 2023-2024-cü il müddətində avadanlıq təhvil veriləcək. Eyni zamanda müraciət edənlərə psixoloji və hüquqi dəstək göstərilib. Üç dəfə xarici ölkəyə səfər edilərək təcrübə mübadiləsi aparılıb. 2017-ci ildə Qadın Resurs Mərkəzinin nəzdində ”Sabirabadda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyi yaradılıb. İB 5 il ərzində 4 layihə icra edib. Hazırda Mərkəzdə 2 layihə icra olunur: 1. “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması-II faza” layihəsi; 2. “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsinin “Gender əsaslı zorakılığın aradan qaldırılmasına icma dəstəyi” komponenti layihəsi.

Ünvan: Sabirabad rayon, İ.İsgəndərov 9, Dövlət Sosial Müdafiə Fondunun binası, 3-cü mərtəbə.

Mərkəzin koordinatoru: Aygün Əliyeva

Əlaqə nömrələri: 050-540-26-99; 051-205-99-43. 

Elektron poçt: sabirabadqrm@gmail.com