Tərtər Qadın Resurs Mərkəzi
Mərkəz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin beynəlxalq təşkilatlarlaəməkdaşlığı çərçivəsində fəaliyyət göstərir. Mərkəz 2021-ci ilin yanvar ayında Tərtər İcma Resurs Mərkəzi kimi fəaliyyətə başlayıb və həmin ilin dekabr ayından etibarən Tərtər Qadın Resurs Mərkəzi kimi fəalliyyətini bu gün də davam etdirir.
Mərkəzin əsas məqsədi qadınların bacarıqlarının artırılması, onlar üçün bərabər imkanların yaradılması, əlverişli mühitin gücləndirilməsi, qadınların sosial və sahibkarlıq bacarıqlarının artırılması, məşğulluq və karyera seçimləri üçün fəaliyyətlər, xidmət proqramlarının təklif edilməsidir.
Mərkəz güclü platforma olaraq, icmalarda qadınlar üçün gender bərabərliyini inkişaf etdirmək üçün imkan yaradır, özünə məşğulluq imkanlarını və rəsmi əmək sektoruna qoşulmaq üçün geniş spektrli biliklərdən, iqtisadi imkanlar, məsləhət və dəstək xidmətlərindən faydalanmaq üçün resurs mənbəyi rolu oynayır.
Mərkəz “İqsadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənən, həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması (SABİY) lahiyəsini icra edib.
Fəaliyyətə başladığı gündən indiyə kimi Mərkəzdə 254 qadına hüquqi, 388 qadına psixoloji, 234 qadına sosial xidmətlər üzrə dəstək göstərilib.
Hazırda Mərkəzin 500-ə yaxın qadın üzvü var.
Mərkəz həmçinin qadınların iqtisadi müstəqilliyinə dəstək olmaq üçün biznes təlimləri təşkil edir. Bu günə qədər təlimləri uğurla başa vurmuş 40 nəfər qadın artıq öz biznesini qurub və inkişaf etdirməkdədir.
Mərkəzdə qadınlar üçün peşə təlimləri təşkil edilir. Bu günə qədər 160-dan çox qadın bu təlimlərə qoşulub. Təlim istiqamətləri:
- Kompüter bilikləri,
- Mühasibatlıq,
- Dərzilik,
- Kargüzarlıq kursları,
- Arıçılıq,
- Gözəllik ustası.
Digər təlimlər:
- Biznes inkişafı,
- Psixo-sosial dəstək,
- Liderlik və özünə inam,
- Sosial sahibkarlıq,
- Hekayəni dəyiş (KVEST),
- Karyera inkişafı,
- Mediasiya, qadınlar, sülh və təhlükəsizlik,
- Gender bərabərliyi,
- QHT,
- Brendləşmə, marketinq, qablaşdırma,
- Psixoloji dəstək,
- Özünəyardım qruplarının yaradılması,
- Datanın toplanması
- Reproduktiv sağlamlıq,
- Abortların qadınların reproduktiv sağlamlığına mənfi təsiri,
- Gender, gender bərabərliyində travma və sosial normaların müəyyən olunması.
Ünvan: Tərtər şəh. H.Əliyev pr. 12, Tərtər Olimpiya İdman Kompleksi
Elektron poçt: terterqrm@gmail.com
Əlaqə nömrəsi: 050 489 83 34
Əlaqədar şəxs: Koordinator, Qumru Şəmilova
Facebook səhifəsi: https://www.facebook.com/