Cəlilabad Qadın Resurs Mərkəzi
Cəlilabad Qadın Resurs Mərkəzi 2022-ci ilin fevral ayından fəaliyyətə başlayıb. Bu günədək Mərkəzə 320 qadın müraciət edərək Mərkəzə üzv olub və müxtəlif təlimlərdən yararlanıb. Mərkəzdə keçirilən müxtəlif təlim və tədbirlərdə 100 dən cox qadın iştirak edərək, sertifikatla təmin olunub. Həmçinin Mərkəzdə mövcud biznesini inkişaf etdirmək istəyən 100 nəfər qadın “Biznes və sahibkarlıq bacarıqlarının inkişafı “ təlimlərində iştirak edib, sahibkarlıq bacarıqlarına yiyələnib, 18 nəfər uğurlu biznes plan yazaraq, avadanlıqla təmin olunub. Hazırda avadanlıqla təmin olunan qadınlar Sahibkar olaraq biznes fəaliyyətinə başlayıblar və sahibkar bacarıqlarını daha da inkişaf etdirirlər.
Mərkəzdə təşkil olunan təlimlər:
"Kompüter bacarıqları və kompüter bilikləri kursu", "QHT-nin idarə olunmasının əsasları", “Biznes təlimləri”, “Sahibkarlıq və biznes bacarıqlarının inkişaf etdirilməsi”, “Marketinq, rəqəmsal marketinq, bredinq, satıq və bazara çıxışın əsasları”, “Təşkilati inkişaf və layihənin idarə olunması”, “ COVİD -19 infeksiyası təhlükəsi dövründə su sanitariyası və gigiyena sahəsində qabaqcıl tədbirləyici tədbirlərin görülməsi”, “Reproduktiv sağlamlıq. Menstrual sağlamlıq və gigiyena təlimi”, “ Su sanitariya, gigiyena kulubunun yaradılması və təlimçilərin təlimi”, “Sadə mühasibatlıq” təlimləri, “Ümumdünya Kənd qadınları günü görüşü” və “Orta məktəblərdə sanitar qovşaq təmirini “ də əlavə etmək olar və s. kimi təlimlər Mərkəzdə, məktəblərdə həyata keçirilib və qadınlar bu sadalanan təlimlərdən yararlanıblar. Hazırda Mərkəzdə müxtəlif peşə təlimləri keçirilir və qadınların inkişafına dəstək göstərilir.
Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin(KOBİA) dəstəyi ilə cənub bölgəsində qadın sahibkarlarının bacarıqlarının artırılması və satış imkanlarının genişləndirilməsi məqsədilə “Sapla Academy”-nin rəhbəri təlim keçirilib.
Ünvan: Cəlilabad rayonu, Heydər Əliyev prospekti 242, Heydər Əliyev Mərkəzi.
Əlaqə nömrəsi: +994 50 967 13 68
Elektron poçt: jalilabadqrm@gmail.com
Facebook səhifəsi: https://www.