Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
İsmayıllıda vətəndaş qəbulu keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 31 avqust 2026-cı il tarixində, saat 11:00-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.Qəbulda İsmayıllı və Ağsu rayon sakinlərinin müraciətlərinə baxılacaq.

Ətraflı
Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması məqsədilə tədbirlər keçirilib

  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 10-14 avqust 2026-cı il tarixlərində uşaqların doğulanadək cins seçiminin qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsi məqsədilə tədbirlər keçirilib. Rayonların kənd və qəsəbələrində keçirilən görüşlərdə Mərkəzlərin əməkdaşları, tibb işçiləri və icmadan olan sakinlər iştirak ediblər. Tədbirlərdə Mərkəzlərin əməkdaşları çıxış edərək mövzunun aktuallığını vurğulayıb, uşaqların doğulanadək cins seçiminin (selektiv abort) qarşısının alınması istiqamətində ölkəmizdə görülən işlərdən bəhs ediblər. Ekspertlər selektiv abortların fəsadlarından danışıblar. Qeyd edilib ki, təbii cinsi tarazlığın pozulması demoqrafik vəziyyətə, qadınların və gələcəkdə doğulacaq uşaqların sağlamlığına  ciddi təsir edir. Həmçinin iştirakçılara ailə planlaması və hamiləlikdən qorunmaq üsulları barədə tövsiyələr verilib. İnteraktiv şəkildə keçirilən tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirici materiallar paylanılıb.

Ətraflı
Uşaq Səfirlər Məclisinin məzunları və yeni üzvləri ilə görüş keçirilib

12 avqust 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Uşaq Səfirlər Məclisinin məzunları və yeni seçilmiş üzvləri ilə görüşüb. Görüşdə Məclisin fəaliyyəti, əldə olunan nəticələr, uşaqların hüquqlarının müdafiəsi və onların ictimai həyatda fəal iştirakının təmin edilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Aynur Sofiyeva Uşaq Səfirlər Məclisinin uşaqların şəxsi inkişafı, liderlik keyfiyyətlərinin formalaşması və yeni təcrübələr qazanması baxımından Dövlət Komitəsinin ən uğurlu layihələrindən biri olduğunu vurğulayıb. O, Məclisin hər bir üzvünün Azərbaycan gəncinin parlaq və layiqli nümunəsi olduğunu qeyd edərək, məzunların burada qazandıqları bilik və təcrübənin gələcək həyatlarında mühüm rol oynayacağına diqqət çəkib. Məclisdə fəaliyyəti başa çatmış səfirlərə gələcək fəaliyyətlərində uğurlar arzulayan A. Sofiyeva onlara öz potensiallarını reallaşdırmaq üçün yaradılan imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib. Daha sonra Məclisin fəaliyyətinə verdikləri mühüm töhfəyə görə məzunlara təşəkkürnamələr təqdim edilib. Qeyd edək ki, Uşaq Səfirlər Məclisində fəaliyyətini başa çatdırmış məzun səfirlərin hər biri dünyanın nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıb. Onlardan üçü “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın” iştirakçısı adını qazanıblar.  Görüşün davamında sınaq müddətini uğurla başa vuraraq Uşaq Səfirlər Məclisinin yeni üzvləri seçilmiş səfirlərlə fikir mübadiləsi aparılıb. Sədr müavini yeni səfirlərə Məclisin fəaliyyətində fəal iştirak etmələri, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə töhfə vermələri və uşaqların hüquqlarının müdafiəsi istiqamətində təşəbbüslərlə çıxış etmələri ilə bağlı tövsiyələrini verib. Səfirlər göstərilən etimada görə təşəkkürlərini bildirərək Azərbaycan uşaqlarının səsi olacaqlarını, onların hüquq və mənafelərinin müdafiəsində fəal iştirak edəcəklərini, eləcə də uşaqların qarşılaşdıqları problemlərin həllinə öz töhfələrini verəcəklərini qeyd ediblər. Yeni səfirlər, həmçinin müxtəlif layihə və təşəbbüslərin həyata keçirilməsi istiqamətində fəal iştirak edəcəklərini bildiriblər. Yekunda yeni səfirlərə üzvlük kartları təqdim edilib,xatirə fotosu çəkilib.  

Ətraflı
Növbəti səyyar “Açıq qapı” günü keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 4 avqust 2026-cı il tarixində Mərkəzlərin psixoloq, sosial işçiləri və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkillərinin birgə iştirakı ilə növbəti səyyar “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi, İsmayıllı, Goranboy rayonu, Göygöl rayonunun Çaylı, Qəbələ rayonunun Qaradeyin, Ağdam rayonunun Xındırıstan, Hacıqabul rayonunun Qubalı Baloğlan, Saatlı rayonunun Heydərabad, Sabirabad rayonunun Azadkənd, Zaqatala rayonunun Mamrux, Zərdab rayonunun Məlikumudlu kənd və qəsəbələrini əhatə edib. “Açıq qapı” günündə UADM-lərin xidmətləri (psixoloji konsultasiya, Denver II qiymətləndirmə testi), Mərkəzlərlə əməkdaşlıq, aliment, müalicə və sosial müavinətlər, işlə təminat, özünüməşğulluq proqramı, hüquqi məsələlər üzrə 67 nəfər vətəndaşın müraciəti dinlənilib, müraciətlərin bir qismi təmin edilib, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, həlli araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb, eyni zamanda vəkillər tərəfindən sosial cəhətdən həssas qruplardan olan qadınlara hüquqi yardım göstərilib.

Ətraflı
“Ailəm könüllüləri” proqramı çərçivəsində növbəti könüllü qəbulu elan edilir

Ailə, Qadın və Uşaq Problemləri üzər Dövlət Komitəsi növbəti dəfə “Ailəm könüllüləri” proqramı çərçivəsində könüllü qəbulunu elan edir. Proqramının məqsədi gənclərin potensialından daha səmərəli istifadə edərək, peşə vərdişlərini aşılamaq, təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmaq və ölkədə könüllülük hərəkatının inkişafına töhfə verməkdir. “Ailəm könüllüləri” proqramında: − 16-29 yaşlı; − Ali təhsilli (hazırda təhsilini davam edənlər də daxil olmaqla);− İntizamlı;− Təşkilatçılıq bacarığı olan;− Kollektivdə işləmək bacarığına sahib;− Operativ;− Kompüter və xarici dil bilikləri olan;− Təşəbbüskar gənclər iştirak edə bilər. Proqram həftədə 2 dəfə, 2 saat olmaqla, 3 ay davam edəcək. Könüllülük fəaliyyətini uğurla başa vuranlar Dövlət Komitəsi tərəfindən sertifikatla təltif olunacaqlar.  Könüllülük proqramı Komitədə, eyni zamanda 11 Uşaq və Ailələrə Dəstək Mərkəzində (Bakının Xəzər rayonu, Goranboy, Zaqatala, Qəbələ, İsmayıllı, Göygöl, Ağdam, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab rayonları) keçiriləcək. Müraciət üçün son tarix: 23 avqust 2026-cı il. Qeydiyyat linki:https://docs.google.com/forms/d/e/1FAIpQLSdL3CinXLDXqiN6I5uonxNX6O9yN1dVylpKZrAKyylLB1Hfzw/viewform?usp=header “Komitəsində könüllü fəaliyyətin təşkili haqqında” Qaydalar Əlaqə: +99412 493 49 62 E-poçt: scfwcavolunteers@gmail.com            

Ətraflı
“Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin uşaqları üçün təşkil olunan “Yay Macərası” düşərgəsi başa çatıb

“Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin uşaqları üçün təşkil olunan “Yay Macərası” düşərgəsi başa çatıb. Bir neçə gün davam edən düşərgə müddətində uşaqlar üçün onların asudə vaxtının səmərəli təşkili, sosial bacarıqlarının inkişafı, yaradıcılıq imkanlarının dəstəklənməsi və yeni təcrübələr qazanması məqsədilə müxtəlif fəaliyyətlər təşkil olunub. Düşərgə iştirakçıları maarifləndirici və interaktiv məşğələlərdə iştirak edib, birgə oyunlar oynayıb, musiqi və rəqs proqramlarına qoşulub, yeni dostluqlar quraraq xoş və yaddaqalan anlar yaşayıblar. Düşərgənin son günündə mərkəzin üç uşağının doğum günü də birgə qeyd olunub. Uşaqlara hədiyyələr təqdim edilib, onların sevincinə şərik olunub.   Düşərgənin uşaqlar üçün zəngin, təhlükəsiz və yaddaqalan təcrübəyə çevrilməsinə göstərdikləri dəyərli dəstəyə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, Səməd Vurğun adına İstirahət və Sağlamlıq Mərkəzinin rəhbərliyinə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Nigar Vahabzadəyə təşəkkür plaketi təqdim edilib. Qeyd edək ki, belə layihələr uşaqların asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların sosiallaşmasına, yeni bacarıqlar qazanmasına, özünüifadə imkanlarının genişlənməsinə və müsbət emosional təcrübə əldə etməsinə mühüm töhfə verir.

Ətraflı
“Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin uşaqları üçün təşkil olunan Yay Düşərgəsi davam edir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin uşaqları üçün təşkil olunan Yay Düşərgəsində maarifləndirici, sosial və inkişafyönümlü tədbirlər davam edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva düşərgə iştirakçıları ilə görüşüb, uşaqlar üçün yaradılmış şərait və həyata keçirilən fəaliyyətlərlə tanış olub, onların istirahəti və düşərgə ilə bağlı təəssüratlarını dinləyib. C.Rəhmətullayeva görüş zamanı uşaqlarla səmimi söhbət aparıb, onlarla birgə musiqi nömrələri ifa edib və müxtəlif interaktiv fəaliyyətlərdə iştirak edib. Düşərgə proqramı çərçivəsində iştirakçılar üçün uşaq hüquqlarının qorunması mövzusunda maarifləndirici təlim keçirilib. Təlim zamanı iştirakçılara uşaq hüquqları, təhlükəsiz davranış qaydaları, hüquqlarının pozulduğu hallarda müraciət edə biləcəkləri dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin fəaliyyəti, xidmətə hansı hallarda və necə müraciət edilməsi yolları izah olunub. Təlimin praktik hissəsində uşaqlar Uşaq Qaynar Xətt Xidmətinə zəng edərək müraciət prosesini yaxından izləyib, xidmətin fəaliyyət mexanizmi ilə tanış olub və öz hüquqlarının müdafiəsi sahəsində biliklərini artırıblar. Düşərgə proqramının davamında uşaqlar komanda işi və ünsiyyət bacarıqlarının inkişafına yönəlmiş interaktiv məşğələlərdə iştirak ediblər. Onlar müxtəlif yaradıcılıq fəaliyyətlərinə qoşularaq rəqs və musiqi nömrələri hazırlayıb, istedadlarını nümayiş etdiriblər. Milli-mədəni irsimizin təbliği məqsədilə Azərbaycan filmlərinə baxış təşkil olunub, filmlər ətrafında müzakirələr aparılıb. Bununla yanaşı, uşaqlarla ətraf mühitin mühafizəsi, ekoloji çirklənmənin qarşısının alınması və gündəlik həyatda ekoloji davranış vərdişlərinin formalaşdırılması mövzusunda maarifləndirici söhbətlər keçirilib. Yaradıcılıq məşğələləri zamanı iştirakçılar ekoloji mövzuda əl işləri hazırlayaraq təbiətin qorunmasının əhəmiyyətinə dair fikirlərini ifadə ediblər. Həmçinin düşərgə iştirakçıları arasında şahmat turniri təşkil olunub. Turnir uşaqların məntiqi təfəkkürünün, diqqətinin, strateji düşünmə və qərarvermə bacarıqlarının inkişafına töhfə verib.

Ətraflı
Dövlət Komitəsinin təşəbbüsü ilə “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin və “Ailəm” Könüllülərinin ziyalılarla görüşü keçirildi

7 avqust 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar” mövzusunda konfrans keçirilib. AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə dövlət və ictimai qurumların nümayəndələri, millət vəkili, alimlər, ziyalılar, media və incəsənət nümayəndələri, həmçinin məktəblilər və gənclər iştirak ediblər. Görüşdə “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin, eləcə də Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri və “Ailəm” Könüllüləri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, Azərbaycan dili bizim milli kimliyimiz, tarixi yaddaşımız və mədəni irsimizin ən mühüm daşıyıcısıdır. Ulu Öndər Heydər Əliyev ana dilimizin dövlət dili kimi möhkəmlənməsinə, qorunmasına və inkişafına daim diqqətlə yanaşıb və bu siyasət bu gün ardıcıl şəkildə davam edir. Prezident İlham Əliyev də Azərbaycan dilinin qorunmasını daim diqqət mərkəzində saxlayır və dövlətimizin başçısı ana dilimizi “toxunulmaz sərvətimiz” adlandıraraq onun xarici təsirlərdən qorunmasının və saflığının mühafizə edilməsinin vacibliyini hər zaman vurğulayır. O bildirib ki, Ölkə başçısının 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı Azərbaycan dilinin saflığının qorunmasının hər bir Azərbaycan vətəndaşının işi olması ilə bağlı çox önəmli bir çağırışı oldu. Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktor müavini Şəhla Quliyevanın sözlərinə görə, xarici dil elementlərinin nizamsız şəkildə istifadəsi, sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması və ünsiyyət mədəniyyətində müşahidə olunan meyillər elmi yanaşma tələb edir. Bu baxımdan elm, təhsil, media və ailə institutlarının birgə fəaliyyəti Azərbaycan ədəbi dilinin qorunmasının əsas təminatıdır: "Dövlət dili yalnız hüquqi statusla deyil, həm də gündəlik istifadədə yüksək mədəniyyət nümunəsi ilə yaşayır. Dilimizi yaşatmaq üçün onu düzgün danışmaq, yazmaq və elmi əsaslarla inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur. Bu, həm də ictimai məsuliyyətdir, peşə etikasıdır, milli mədəniyyətin qorunmasına töhfədir". Daha sonra “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin üzvü Nuray Şahsuvarlı tərəfindən böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Ana dili” şeiri səsləndirilib. Tədbir panel sessiya ilə davam edib. Panel müzakirənin moderatoru “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov olub. Panel sessiyası çərçivəsində Azərbaycan dilinin milli kimliyin formalaşmasında rolu, uşaqlar və gənclər arasında ana dilinə sevginin aşılanması, dilin saflığının qorunması, media və təhsil mühitində Azərbaycan dilindən düzgün istifadə, eləcə də müasir dövrdə qarşıya çıxan linqvistik çağırışlar ətrafında fikir mübadiləsi aparılıb. Panel sessiyada Milli Məclisin deputatı Ceyhun Məmmədov “Uşaq və gənclərdə ana dilinə sevginin formalaşdırılmasında təhsilin rolu” mövzusunda çıxış edərək, təhsil müəssisələrinin və müəllimlərin gənc nəslin ana dilinə münasibətinin formalaşmasındakı rolundan danışıb. O, ana dilinin uşaqlar arasında sevdirilməsində ailənin rolunu xüsusi vurğulayıb. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva “Azərbaycan dilinin saflığının qorunmasında monitorinq mexanizmləri” mövzusunda çıxış edərək, Azərbaycan dilinin istifadəsində mövcud vəziyyət, dil normalarının qorunması və monitorinq mexanizmlərinin əhəmiyyəti barədə fikirlərini bölüşüb. Xalq artisti Nurəddin Mehdixanlı “Ana dili – Milli kimliyin və mədəni irsin əsas sütunu” mövzusunda çıxışında ana dilinin milli şüurun, mədəni yaddaşın və mənəvi dəyərlərin yaşadılmasındakı rolundan bəhs edib. ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının təsisçi direktoru, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva “Kütləvi informasiya vasitələrinin Azərbaycan dilinin saflığının qorunmasında rolu” mövzusunda çıxış edərək, media mühitində Azərbaycan dilinin düzgün və məsuliyyətli istifadəsinin, xüsusilə rəqəmsal platformalarda dil mədəniyyətinin qorunmasının vacibliyini diqqətə çatdırıb. Sonda iştirakçıların sualları cavablandırılıb, Azərbaycan dilinin qorunması, inkişafı və gələcək nəsillərə zəngin və saf şəkildə ötürülməsi istiqamətində görüləcək işlərin əhəmiyyəti vurğulanıb.

Ətraflı
İsmayıllı rayonunda “Uşaq hüquqları: İnkişaf üçün Birləşək!” və “İnternetdən təhlükəsiz istifadə edək!” mövzularında təlim proqramları təşkil edilib

İsmayıllı rayonunda  “Uşaqdan-uşağa” layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 4 avqust 2026-cı il tarixində Uşaq Səfirlər Məclisinin İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonları üzrə nümayəndələri və fəalları üçün “Uşaq hüquqları: İnkişaf üçün Birləşək!” və “İnternetdən təhlükəsiz istifadə edək!” mövzularında təlim proqramları təşkil edilib. Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova uşaqdan-uşağa prinsipi ilə keçirilən bu cür təlimlərin daha faydalı və məhsuldar nəticələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, dövlət uşaq siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların birbaşa iştirakçılıq prosesinə dəstəyi və şəbəkələşməsini təmin etməyi əsas məqsəd kimi müəyyən edib. Günümüzün aktual məsələlərinin uşaqlara aşılanması, onların bu proseslərdə iştirakçılığının təmin edilməsi diqqət edilməsi vacib məqamlardandır və  uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir. O bildirib ki, “Uşaqdan-uşağa” layihəsi çərçivəsində təlimlərin keçirilməsində əsas məqsəd internetdən istifadə zamanı təhlükəsizliyin və məlumatların qorunmasını təmin etmək, uşaqlara inkişaf hüquqlarının təmin edilməsində təşəbbüs irəli sürmək, iştirakçılıq bacarıqlarının formalaşdırılması üçün şərait yaratmaq, eyni zamanda uşaqlarda komanda ilə işləmək bacarıqlarını inkişaf etdirməkdir. Daha sonra Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Əli Rəhimov çıxış edərək Dövlət Komitəsi tərəfindən həyata keçirilən bu layihənin uşaqların həmyaşıdlarından öyrənməsi, fəal vətəndaşlıq mövqeyinin formalaşması və sosial bacarıqlarının inkişafı baxımından əhəmiyyətini vurğulayıb, layihə çərçivəsində uşaqların nümayiş etdirdiyi fəallığı və təşəbbüskarlığı yüksək qiymətləndirib. Ardınca Uşaq Səfirlər Məclisinin üzvləri Məhəmməd Salmanov və Nuray Bağışova uşaqların hüquqları və onların müdafiəsi ilə bağlı mexanizmləri əhatə edən təlim keçiblər. Həmçinin, uşaq iştirakçılığı, məclisin fəaliyyəti ilə bağlı ətraflı məlumat veriblər. Təlimlərin davamı olaraq, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov tərəfindən internetdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etməklə fərdi məlumatların qorunması qaydalarını iştirakçılara çatdırıb. İnteraktiv şəkildə davam edən təlimlərdən sonra iştirakçılar komandalar quraraq, intellektual oyun vasitəsilə öz biliklərini nümayiş etdiriblər. Qalib gələn komandaya simvolik hədiyyə təqdim olunub. Yekunda uşaqlar fəal iştiraklarına görə sertifikatla təmin olunub.  

Ətraflı