Regionlarda Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib

4 aprel 2025 10:03

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 1-4 aprel 2025-ci il tarixlərində təhsil müəssisələri, kitabxana və istirahət parklarında mərkəzlər və kitabxana əməkdaşları, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri, məktəblilər, müəllimlərin iştirakı ilə 2 Aprel - Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar maarifləndirici görüşlər və aksiyalar keçirilib.

Tədbirlərdə çıxış edənlər kitabların faydası, mütaliənin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, Beynəlxalq Uşaq Kitabı Günü uşaqları oxumağa təşviq etməklə yanaşı, həm də cəmiyyətin gələcəyini formalaşdıracaq gənc nəsillərə müsbət təsir göstərir.

Tədbirlərdə uşaqların mütaliə etdikləri kitablar ətrafında fikir mübadiləsi aparılıb, balaca oxuculara kitab hədiyyə olunub.