Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Dövlət Komitəsi və İslam Təhsil, Elm və Mədəniyyət Təkilatı (İCESCO) arasında Niyyət Protokolu imzalanıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində 18 noyabr 2024-cü il tarixində imzalanan protokolda qadın və uşaq məsələləri sahəsində birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi; həmin istiqamətlərdə müxtəlif seminarların, təlimlərin, konfransların və simpoziumların keçirilməsi, təcrübə və ekspert mübadiləsinin aparılması, qarşılıqlı səfərlərin təşkili imkanlarının nəzərdən keçirilməsi, həmçinin tərəflər arasında əməkdaşlığın inkişafı üçün səylərin göstərilməsi və aidiyyəti strukturları arasında mütəmadi görüşlərin keçirilməsi məsələləri əks olunub. Protokolu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və İCESCO-nun baş direktoru Salim M. Əl Malik imzalayıb.

Ətraflı
Bahar Muradova Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkan ilə görüşüb

18 noyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkanla görüşü keçirilib. Görüşdə “Azərbaycan və Türkiyə Hökumətləri arasında imzalanmış ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı” barədə söhbət aparılıb. Qeyd edilib ki, Fəaliyyət Planı  bərabərlik və qarşılıqlı fayda əsasında tərəflərin ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində qarşılıqlı əməkdaşlığının inkişafına töhfə verir.   Görüş zamanı iki qurum arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın perspektivləri vurğulanıb, gələcək birgə fəaliyyət imkanları müzakirə edilib.

Ətraflı
18 noyabr – Uşaqların Cinsi Istismardan və Cinsi Zorakılıqdan Müdafiə Günüdür

“Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyası ("Lanzarote Konvensiyası") 2019-cu il oktyabrın 22-də ratifikasiya edilib.

Ətraflı
17 Noyabr Milli Dirçəliş Günüdür

17 Noyabr Milli Dirçəliş Günüdür!  

Ətraflı
16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür

16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür.  

Ətraflı
Regionlarda “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbirlər keçirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 20 oktyabr - 20 noyabr “Uşaq Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər, o cümlədən “Mənim hüquqlarım” və “Yadda saxla, balaca!” adlı interaktiv və öyrədici təlimlər, maarifləndirici görüşlər, viktorinalar, ekoloji layihələr həyata keçirilib. Rayon İcra Hakimiyyətləri, idarə, müəssisə və təşkilatlar, təhsil müəssisələrinin dəstəyi ilə keçirilən tədbirlərdə müvafiq qurumların əməkdaşları, Uşaq Səfirlər Məclisinin rayonlar üzrə nümayəndələri, müəllimlər, şagirdlər, məktəbəqədər yaşlı uşaqlar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirlərdə mərkəzlərin əməkdaşları, ekspertlər tərəfindən iştirakçılara “Uşaq hüquqları haqqında” Konvensiyanın yaranma tarixi, mahiyyəti, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib, həmçinin “Uşaq Hüquqları Aylığı”nın keçirilməsinin məqsədi, uşaq hüquqları sahəsində fəaliyyət göstərən qurumların, ümumilikdə vətəndaş cəmiyyətinin üzərinə düşən öhdəliklərindən bəhs edilib. İnteraktiv şəkildə keçirilən təlimlərdə uşaqlar hüquq və vəzifələrlə bağlı müzakirələrə qoşulub, qrup işlərində fəal iştirak ediblər. Azyaşlı uşaqlara təhlükəsizlik qaydaları, həyatda qarşılaşa biləcəkləri təhlükələr və bu təhlükələrdən müdafiə yollarından bəhs edilib, onlarla müxtəlif aktiv oyunlar oynanılıb, rəsmlər çəkilib və öyrədici materiallar hədiyyə edilib. Eyni zamanda, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ətraf mühitin qorunmasına cəmiyyətin diqqətini çəkmək, ekoloji şüurun formalaşmasına töhfə vermək, yaşıllıq ərazilərin artırılması vasitəsilə ekoloji balansın bərpasına nail olmaq məqsədilə uşaqların iştirakı ilə iməciliklər və ağacəkmə aksiyaları da keçirilib.

Ətraflı
“Yeni Yaranan Texnologiyalar: uşaqların cinsi istismar və zorakılıqdan müdafiəsi üçün təhlükələr və imkanlar” adlı tədbir və Lanzarota Konvensiyası Tərəflər Komitəsinin  43-cü iclası keçirilib

BMT nin Vyana Ofisində baş tutan iclas və tədbirdə ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva təmsil edib. 5 noyabr 2024-cü il tarixdə Avstriya hökumətinin Ədliyyə Nazirliyinin təşkilatçılığı və Tərəflər Komitəsinin  üzvü olan milli və müstəqil ekspertlər, eyni zamanda akademik dairələrin nümayəndələrinin iştirakı ilə keçirilən bacarıqların artırılması tədbiri plenar sessiya, daha sonra “İnkişaf edən Texnologiyalar”, “Təhdidlərin  və cinayətkarın davranışının əhatə dairəsi”, “Texniki həllərin araşdırılması” və “Cavabların müəyyən edilməsi” adlı 4 panel sessiya ilə davam edib. İclas Avstriyanın ədliyyə naziri xanım Alma Zadikin video-mesajı ilə başlayıb. Daha sonra Lanzarota Komitəsinin sədri Maria Josenin və Avstriyanın Xarici İşlər Nazirliyinin Hüquq departamentinin rəhbəri və səfir Gregor Şusterçitin açılış nitqləri dinlənilib. Panel sessiyalarda Kibercinayətkarlıq üzrə Avropa Komissiyasının, Evropolun, NecMec təşkilatının nümayəndələri bir sıra təqdimatlarla çıxış edərək uşaqlara qarşı artan “online” zorakılıq halları barədə məlumat veriblər. İnterpolun nümayəndəsi “Qurban uşaqların məhkəmə dinləmələri” mövzusunda təqdimatla çıxış edərək bu proseslərdə yeni texnologiyaların, xüsusilə süni intellektdən istifadənin mümkünlüyünü diqqətə çatdırıb. Nyu York Universitetinin professoru, Vyana Tibb Universitetinin Pediatriya üzrə Virtual Reallıq Laboratoriyasının rəhbəri və İsveçrənin Səhiyyə və Sosial Müdafiə Nazirliyinin rəhbər nümayəndəsi real keyslərdən istifadə edərək məsələnin psixoloji və sosial aspektlərindən bəhs edib, həmçinin reabilitasiya və ailə ilə işin aparılması barədə məlumat verib. Komitənin aparat rəhbəti Ceyran Rəhmətullayeva tədbir barədə qeydlərini bildirərək, uşaqlara qarşı artan “online” cinayət hallarının qarşısının alınması üçün milli mexanizmlərin  və intenet təhlükəsizliyi sisteminin gücləndirilməsinin önəmini qeyd edib. Eyni zamanda baş vermiş hallarla bağlı məktəb proqramlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Sonra Lanzarota Komitəsinin 43-cü iclası öz işini Konvensiyanın milli səviyyədə icrası və ilk monitorinq nəticələrinin müzakirəsi ilə davam etdirib. Həmçinin inkişaf etməkdə olan texnologiyaların köməyi ilə uşaqların cinsi istismar və zorakılıqdan qorunmasına dair Bəyənnaməyə dair layihə müzakirə edilib.  İclas müddətində ölkələrdə Konvensiyanın icrası istiqamətində aparılan işlər və müsbət irəliləyişlər barədə paneldə çıxış edən C. Rəhmətullayeva, Uşaq Streategiyası çərçivəsində hazırlanmış və yeni qəbul olunmuş sənədlər, qanunvericilikdə edilən ən son dəyişikliklər barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb. Qeyd edək ki, iclas öz işini 9 noyabradək davam etdirəcək.

Ətraflı
Prezidentin təltif etdiyi Komitə əməkdaşına mükafatı təqdim olunub

Prezident Sərəncamına əsasən təltif olunmuş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Emma Xankişiyevaya “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib. Dövlət Komitəsinin sədri Bahar Muradova E.Xankişiyevanı fəaliyyətinin yüksək qiymətləndirilməsi münasibətlə təbrik edərək, ona olan etimadı doğruldacağına inandığını qeyd edib və uğurlar arzulayıb. E.Xankişiyeva mükafata layiq görüldüyünə və göstərilən diqqətə görə ölkə başçısına minnətdarlığını çatdırıb. Qeyd edək ki, E.Xankişiyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilib.

Ətraflı
Zəfər Günü münasibətilə regionlarda silsilə tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən Zəfər Günü münasibətilə silsilə tədbirlər, o cümlədən mərkəzlərdə və təhsil müəssisələrində vətənpərvərlik mövzusunda görüşlər keçirilib, şəhid və qazi ailələrinə səfərlər, Şəhidlər xiyabanlarına ziyarətlər təşkil edilib. Mərkəzlərin, Rayon İcra Hakimiyyətlərinin, təhsil müəssisələrinin əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdiyi tədbirlərdə Zəfər Gününün tarixi əhəmiyyətindən, Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışılıb. Qeyd edilib ki, Zəfər Günü Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyət kəsb edir. Bu qələbə xalqımızın birliyini bir daha bütün dünyaya nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun rəşadətinin, əsgərlərimizin cəsarətinin, vətən sevgisinin bugünkü və gələcək nəsillər üçün ən gözəl vətəndaşlıq nümunəsi olduğu xüsusi vurğulanıb. Çıxışlarda işğaldan azad olmuş ərazilərdə həyata keçirilən yenidənqurma, bərpa və quruculuq işlərindən, sakinlərin ata-baba yurdlarına qayıtması məsələlərindən danışılıb. Vətən müharibəsi iştirakçıları keçdikləri döyüş yolundan söz açıb, tədbir iştirakçılarının müharibə xatirələri ilə bağlı suallarını cavablandırıblar. Görüşlərdə şagirdlər tərəfindən qələbəyə həsr olunmuş şeirlər səsləndirilib, bədii kompozisiyalar nümayiş etdirilib. Ailə səfərləri zamanı igidlərimizin keçdiyi Zəfər yolu haqqında söhbətlər aparılıb. Qeyd edilib ki, şəhidlərimizin əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq, bu gün hər birimiz onların qəhrəmanlığı nəticəsində qalib dövlətin qalib vətəndaşları kimi yaşayırıq. Ailələrə mərkəzlər tərəfindən xatirə hədiyyələri təqdim edilib.

Ətraflı