Regionlarda növbəti “açıq qapı” günü keçirilib

1 noyabr 2024 17:15

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə 31 oktyabr 2024-cü il tarixində növbəti “açıq qapı” günü keçirilib.

“Açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, uşaqla ünsiyyət, psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, boşanma, müalicə, hüquqi yardım, sosial müavinətlər, işlə təmin olunma ilə bağlı müraciətlər yer alıb, uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib.

Qeyd edək ki, açıq qapı günü eyni zamanda Bakı şəhəri Xəzər rayonunun Qala, Ağdam rayonunun Baharlı 1, Goranboy rayonunun Qurbanzadə, Hacıqabul rayonunun Talış, Göygöl rayonunun Şəhriyar, İsmayıllı rayonunun Topçu, Qəbələ rayonunun Mıxlıqovaq, Saatlı rayonunun Məmmədabad, Sabirabad rayonunun Qaragüney, Zaqatala rayonunun Mazıx, Zərdab rayonunun Körpükənd kənd və qəsəbələrində səyyar şəkildə keçirilib.

Ümumilikdə 90 nəfər vətəndaşın müraciəti dinlənilib, onların həlli istiqamətində müvafiq dəstək göstərilib.