Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Hacıqabulda vətəndaşları qəbul edib
Paylaş:
1 noyabr 2024-cü il tarixində keçirilən qəbul zamanı Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin müraciətləri dinlənilib.
Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilərək, abidəsi önünə gül dəstələri qoyulub.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında işlə təmin olunma, müalicə, təhsil imkanları, uşaq hüquqları və digər məsələlər yer alıb.
Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.
Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.