Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Regionlarda erkən evliliklər və qohum nikahlarının fəsadları mövzusunda görüşlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Goranboy, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 3-7 fevral 2025-ci il tarixlərində təhsil müəssisələrində erkən evliliklərin və qohum nikahlarının qarşısının alınması məqsədilə qanunvericiliyə edilən dəyişikliklər, bu kimi halların insanların fiziki və psixi sağlamlığına vurduğu zərərlər barədə maarifləndirici görüşlər keçirilib. Tədbirlərdə Rayon İcra Hakimiyyətləri, rayon polis şöbələri, mediasiya təşkilatı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölməsinin nümayəndələri, təhsil və tibb işçiləri, məktəblərin müəllim və şagird kollektivi, tələbələr, valideynlər, icma sakinləri iştirak ediblər. Çıxış edən ekspertlər qanunvericiliyə “erkən evlilik” anlayışının daxil edilməsi, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynlərinin məsuliyyətə cəlb olunması barədə müzakirələr aparıblar. Tədbirlərdə həmçinin erkən evlilik və qohum nikahlarının fəsadlarından danışılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirmə materialları paylanılıb.

Ətraflı
Yevlaxda vətəndaş qəbulu keçiriləcək

Yevlaxda vətəndaş qəbulu keçiriləcək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 14 fevral 2025-ci il tarixində, saat 11:00-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Qəbulda Yevlax və Mingəçevir şəhər sakinlərinin müraciətlərinə baxılacaq.  

Ətraflı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün namizədlərin qəbulunu elan edir

Dövlət Komitəsi yanında İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə 7 fevral 2025-ci il tarixindən başlanılacaq. Komitə yanında İctimai Şuraya üzv seçilmək üçün namizədlərin sənədləri hər bir vətəndaş cəmiyyəti orqanından bir nəfər olmaqla 11 mart 2025-ci il tarixinədək Komitənin seçki komissiyasına təqdim olunmalıdır. İctimai Şuranın üzvlüyünə irəli sürülən namizəd aşağıdakı sənədləri təqdim etməlidir: 1. İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə); 2. namizədin şəxsiyyət vəsiqəsinin surəti; 3. namizədin tərcümeyi-halı; 4. namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin surəti; 5. şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər) Sənədlərin qəbulu və baxılması Namizədlərin və seçicilərin qeydiyyatı məsələsinə Seçki Komissiyası tərəfindən baxılır. Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.  Namizədlər qeyd olunan sənədləri 2025-ci il 7 fevral - 11 mart tarixləri arasında, iş günləri saat 10:00-dan 17:00-dək Dövlət Komitəsinə şəxsən təqdim edə və ya ictimaishura@family.gov.az  elektron ünvan vasitəsilə onlayn formada müraciət edə bilər.  Əlavə məlumat üçün Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinə (tel: 012 498-80-93) müraciət edə bilərsiniz. 

Ətraflı
Regionlarda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbirlər həyata keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Goranboy, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən gənclərlə işləyən yerli idarə və müəssiələrlə birlikdə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənclər, gənc ailələrin iştirakı ilə əyləncəli viktorinalar keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən natiqlər iştirakçıları Gənclər Günü münasibətilə təbrik edib, ölkəmizdə gənclərlə iş sahəsində, o cümlədən gənclərin ailə həyatına hazırlanması, reproduktiv sağlamlıq, ailə planlaşdırılması, valideyn məsuliyyətinin artırılması istiqamətində həyata keçirilən layihələrdən, gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsindən bəhs edib, gənc valideynlərə övladlarını milli, vətənpərvərlik ruhunda tərbiyə etməyi tövsiyə ediblər. Viktorinada iştirakçılar onlara ünvanlanmış sualları cavablandırıb, maraqlı tapşırıqları icra edib, birlikdə yaddaqalan vaxt keçiriblər. Yekunda fərqlənən iştirakçılara hədiyyələr təqdim olunub.

Ətraflı
Regionlarda “açıq qapı” günü keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə 31 yanvar 2025-ci il tarixində növbəti “açıq qapı” günü keçirilib. Bakı şəhəri Xəzər rayonunun Türkan, Ağdam rayonunun Qasımbəyli, Goranboy rayonunun Tapqaraqoyunlu, Hacıqabul rayonunun Navahı, Göygöl rayonunun Quşqara, Qəbələ rayonunun Böyük Pirəlli, İsmayıllı rayonunun Günəşli, Saatlı rayonunun Mircəlalkənd, Sabirabad rayonunun Qaralar, Zaqatala rayonunun Lahıc, Zərdab rayonunun Əlvənd kənd və qəsəbələrində səyyar şəkildə keçirilən “açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, aliment, müalicə, hüquqi yardım, sosial müavinətlər, işlə təmin olunma, məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətlər yer alıb. Həmçinin, uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib. “Açıq qapı” günündə vətəndaşların müraciətləri dinlənilib, onların həlli istiqamətində müvafiq dəstək göstərilib.

Ətraflı
2 Fevral - Azərbaycan Gəncləri Günüdür

Əziz gənclər, hər birinizi 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edir, uğurlu həyat yolu arzu edirik.

Ətraflı
Məhkum qadınlarla görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əməkdaşlıq çərçivəsində qadın məhkumlarının problemlərinin öyrənilməsi, hüquqi maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 31 yanvar 2025-ci il tarixində Komitə əməkdaşları Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadınlarla görüşüblər.Görüş zamanı 20 məhkum qadın ərizə ilə müraciət edib. Müraciətlər arasında məhkumların internat və uşaq evlərində təhsil alan uşaqlarının, özləri və ailələrinin sosial vəziyyəti, ailələ ilə ünsiyyət, əlillik, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı problemlər və digər məsələlər yer alıb.Qeyd edək ki, müraciətlər Komitə tərəfindən araşdırılaraq, müvafiq qurumlara yönləndiriləcək

Ətraflı
Məişət zorakılığı ilə bağlı qanunvericilik təkmilləşdirilib

Azərbaycan Respublikasında məişət zorakılığının qarşısının alınması sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi prosesi davam edir. Belə ki, Azərbaycan Respublikası Prezidenti “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu 27 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiq edib. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda yerli icra hakimiyyəti orqanları tərəfindən şikayətlərə baxılması ilə bağlı yeni dəyişikliklərə əsasən aşağdakı prosedurlar müəyyən edilib: 1. Məişət zorakılığı ilə bağlı şikayətə baxılarkən 24 saat keçənədək qısamüddətli mühafizə orderinin verilməsi və şikayətə 5 (beş) gün müddətində baxılması təmin  olunur; 2. Zərər çəkmiş şəxsin tələbi ilə dinləmədə vəkil və psixoloqun iştirakı təmin edilir. Azərbaycan dilini bilmədikdə isə tərcüməçi xidmətlərindən istifadə etmək hüququ təmin olunur; 3. Məişət zorakılığından zərər çəkmiş şəxslərdən biri 16 yaşınadək və ya əlilliyi olan şəxs olduqda araşdırma və dinləmələrdə pedaqoqun və ya psixoloqun iştirakının təmin olunması nəzərdə tutulur; 4. Eyni zamanda yeni dəyişikliyə əsasən məişət zorakılığı barədə şikayətə baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunur: - məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi; - əməllərində cinayət və ya inzibati xəta tərkibi olan şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi; - zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi; - zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi.  Qanuna edilmiş dəyişikliklər məişət zorakılığı ilə bağlı müraciətlərə baxılarkən sui-istifadə hallarının qarşısının alınması və zərərçəkmiş şəxslərin hüquqlarının daha səmərəli müdafiəsinə səbəb olacaqdır. 

Ətraflı
Nümunəvi ailələrin foto şəkillərindən ibarət xüsusi konstruksiyalı fotostend nümayiş etdirilir

Ailə dəyərlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi və cəmiyyətə təqdim olunması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, müxtəlif sosial layihələr, maarifləndirici tədbirlər həyata keçirilir. Bu istiqamətdə aparılan işlərin davamı olaraq, əhali, xüsusilə gənclər arasında ailə dəyərlərinin və ənənələrin təbliği, uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi və bu sahələrdə maarifləndirmə işinin genişləndirilməsi məqsədilə respublikanın müxtəlif bölgələrində yaşayan nümunəvi ailələrin foto şəkillərindən ibarət xüsusi konstruksiyalı fotostend hazırlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə İsmayıllı rayonunda yerləşən Zərifə Əliyeva adına parkda quraşdırılan fotostend sakinlər tərəfindən maraqla qarşılanıb.

Ətraflı