Regionlarda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbirlər həyata keçirilib

3 fevral 2025 17:31

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Goranboy, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən gənclərlə işləyən yerli idarə və müəssiələrlə birlikdə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənclər, gənc ailələrin iştirakı ilə əyləncəli viktorinalar keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən natiqlər iştirakçıları Gənclər Günü münasibətilə təbrik edib, ölkəmizdə gənclərlə iş sahəsində, o cümlədən gənclərin ailə həyatına hazırlanması, reproduktiv sağlamlıq, ailə planlaşdırılması, valideyn məsuliyyətinin artırılması istiqamətində həyata keçirilən layihələrdən, gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsindən bəhs edib, gənc valideynlərə övladlarını milli, vətənpərvərlik ruhunda tərbiyə etməyi tövsiyə ediblər.

Viktorinada iştirakçılar onlara ünvanlanmış sualları cavablandırıb, maraqlı tapşırıqları icra edib, birlikdə yaddaqalan vaxt keçiriblər. Yekunda fərqlənən iştirakçılara hədiyyələr təqdim olunub.