Məhkum qadınlarla görüş keçirilib

31 yanvar 2025 10:38

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əməkdaşlıq çərçivəsində qadın məhkumlarının problemlərinin öyrənilməsi, hüquqi maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 31 yanvar 2025-ci il tarixində Komitə əməkdaşları Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadınlarla görüşüblər.
Görüş zamanı 20 məhkum qadın ərizə ilə müraciət edib. Müraciətlər arasında məhkumların internat və uşaq evlərində təhsil alan uşaqlarının, özləri və ailələrinin sosial vəziyyəti, ailələ ilə ünsiyyət, əlillik, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı problemlər və digər məsələlər yer alıb.
Qeyd edək ki, müraciətlər Komitə tərəfindən araşdırılaraq, müvafiq qurumlara yönləndiriləcək