Uşaq və Ailələrə Dəstək Mərkəzləri
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin regionlarda 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir.
Ölkə Prezidentinin Sərəncamı ilə 2007- ci ildə Şüvəlan və Goranboy Mərkəzləri, 2010-cü ilin dekabrında isə daha 9 mərkəz (Zaqatala, Qəbələ, İsmayıllı, Göygöl, Ağdam, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab) Dövlət Komitəsinin tabeçiliyinə verilib.
Dəstək Mərkəzləri həssas ailələrə və şəxslərə yönəlmiş dəstək tədbirləri həyata keçirir, ailə, qadın və uşaq məsələləri ilə bağlı müxtəlif sosial layihələr və proqramlar hazırlayaraq icra edir, məişət zorakılığı, erkən nikah, narkomaniyanın qarşısının alınması, həmçinin ailə dəyərlərinin, sağlam həyat tərzinin təbliği, gender mədəniyyətinin formalaşdırılması üzrə əhalinin maarifləndirilməsi işləri aparır, valideynlərin və mütəxəssislərin bacarıqlarının artırılması məqsədilə təlimlər təşkil edir. Mərkəzlərdə direktor, baş mühasib, psixoloq, sosial iş üzrə mütəxəssis-psixoloq, sosial iş üzrə mütəxəssis və sosial pedaqoqlar çalışır.
2025-ci il ərzində Mərkəzlərin fəaliyyətindən 29 746 nəfər faydalanıb.

Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi
2025-ci il ərzində müxtəlif mövzular üzrə 283 müraciət daxil olub. Keçirilən 72 tədbirdən 2650 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 128 ailə səfəri edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 3174 nəfər bəhrələnib. 2024-cü il ərzində 285 nəfər tərəfindən müxtəlif mövzular üzrə müraciət daxil olub. Keçirilən 65 tədbirdən 1927 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 128 həssas ailəyə səfər edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 2751 nəfər bəhrələnib. Ünvan: Bakı ş., Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, döngə 1, dalan 1. Əlaqə nömrələri: (012) 454 95 52, (012) 454 89 60 Facebook linki: Şüvəlan UADM

Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi
2025-ci il ərzində müxtəlif mövzular üzrə 131 müraciət daxil olub. Keçirilən 64 tədbirdən 2077 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 121 ailə səfəri edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 2354 nəfər bəhrələnib 2024-cü il ərzində 172 nəfər tərəfindən müxtəlif mövzular üzrə müraciət daxil olub. Keçirilən 53 tədbirdən 2327 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 81 həssas ailəyə səfər edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 2588 nəfər bəhrələnib Ünvan: Goranboy rayonu, S.Civəzadə küçəsi 9. Əlaqə nömrəsi: (02224) 2-30-13 Facebook linki: Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi

Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi
2025-ci il ərzində müxtəlif mövzular üzrə 147 müraciət daxil olub. Keçirilən 48 tədbirdən 1472 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 79 ailə səfəri edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 1918 nəfər bəhrələnib. 2024-cü il ərzində 223 nəfər tərəfindən müxtəlif mövzular üzrə müraciət daxil olub. Keçirilən 55 tədbirdən 1523 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 49 həssas ailəyə səfər edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 1993 nəfər bəhrələnib. Ünvan: Göygöl şəhəri, Hümmel küçəsi 33. Əlaqə nömrəsi: (02220) 5-04-03 Facebook linki: Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi

Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi
2025-ci il ərzində müxtəlif mövzular üzrə 182 müraciət daxil olub. Keçirilən 56 tədbirdən 2695 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 183 ailə səfəri edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 3013 nəfər bəhrələnib. 2024-cü il ərzində 186 nəfər tərəfindən müxtəlif mövzular üzrə müraciət daxil olub. Keçirilən 62 tədbirdən 2623 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 116 həssas ailəyə səfər edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 2919 nəfər bəhrələnib. Ünvan: Ağdam rayonu, Birinci Dördyol qəsəbəsi. Əlaqə nömrəsi: (02632) 4-20-13 Facebook linki: Ağdam UADM

Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi
2025-ci il ərzində müxtəlif mövzular üzrə 141 müraciət daxil olub. Keçirilən 66 tədbirdən 1750 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 85 ailə səfəri edilib.Ümumilikdə mərkəz fəaliyyətindən 1946 nəfər bəhrələnib. 2024-cü il ərzində 158 nəfər tərəfindən müxtəlif mövzular üzrə müraciət daxil olub. Keçirilən 52 tədbirdən 1407 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 77 həssas ailəyə səfər edilib.Ümumilikdə mərkəz fəaliyyətindən 1596 nəfər bəhrələnib. Ünvan: Zərdab şəhəri, H.Əliyev prospekti 9, (H.Əliyev parkı) . Əlaqə nömrəsi: (02029) 7-63-61 Facebook linki: Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi

Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi
2025-ci il ərzində müxtəlif mövzular üzrə 152 müraciət daxil olub. Keçirilən 51 tədbirdən 1762 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 53 ailə səfəri edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 1980 nəfər bəhrələnib. 2024-cü il ərzində 182 nəfər tərəfindən müxtəlif mövzular üzrə müraciət daxil olub. Keçirilən 43 tədbirdən 1373 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 84 həssas ailəyə səfər edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 1555 nəfər bəhrələnib. Ünvan: Sabirabad şəhəri, 20 yanvar küçəsi 16. Əlaqə nömrəsi: (02123) 8-84-13 Facebook linki: Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi

Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi
2025-ci il ərzində müxtəlif mövzular üzrə 186 müraciət daxil olub.Keçirilən 61 tədbirdən 2547 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 128 ailə səfəri edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 2827 nəfər bəhrələnib. 2024-cü il ərzində 227 nəfər tərəfindən müxtəlif mövzular üzrə müraciət daxil olub. Keçirilən 69 tədbirdən 2362 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 91 həssas ailəyə səfər edilib.Ümumilikdə mərkəz fəaliyyətindən 2690 nəfər bəhrələnib. Ünvan: Saatlı şəhəri, H.Zərdabi 71a Əlaqə nömrəsi: (02128) 1-33-06 Facebook linki: Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi

Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi
2025-ci il ərzində müxtəlif mövzular üzrə 87 müraciət daxil olub.Keçirilən 60 tədbirdən 1824 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 89 ailə səfəri edilib.Ümumilikdə mərkəz fəaliyyətindən 1977 nəfər bəhrələnib. 2024-cü il ərzində 133 nəfər tərəfindən müxtəlif mövzular üzrə müraciət daxil olub. Keçirilən 59 tədbirdən 1450 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 69 həssas ailəyə səfər edilib.Ümumilikdə mərkəz fəaliyyətindən 1671 nəfər bəhrələnib. Ünvan: Hacıqabul rayonu, İsmət Qayıbov küçəsi 9. Əlaqə nömrəsi: (02120) 4-44-70 Facebook linki: Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi
2025-ci il ərzində müxtəlif mövzular üzrə 126 müraciət daxil olub Keçirilən 53 tədbirdən 2880 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 68 ailə səfəri edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 3084 nəfər bəhrələnib. 2024-cü il ərzində 159 nəfər tərəfindən müxtəlif mövzular üzrə müraciət daxil olub. Keçirilən 44 tədbirdən 1301 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 31 həssas ailəyə səfər edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 1583 nəfər bəhrələnib. Ünvan: Zaqatala şəhəri, Heydər Əliyev prospekti 3. Əlaqə nömrəsi: (02422) 5-51-88 Facebook linki: Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi
2025-ci il ərzində müxtəlif mövzular üzrə 204 müraciət daxil olub. Keçirilən 74 tədbirdən 2033 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 118 ailə səfəri edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 2590 nəfər bəhrələnib. 2024-cü il ərzində 342 nəfər tərəfindən müxtəlif mövzular üzrə müraciət daxil olub. Keçirilən 51 tədbirdən 1982 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 82 həssas ailəyə səfər edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 2471 nəfər bəhrələnib. Ünvan: Qəbələ şəhəri, Nəsimi küçəsi 67. Əlaqə nömrəsi: (02420) 4-44-29 Facebook linki: Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi
2025-ci il ərzində müxtəlif mövzular üzrə 249 müraciət daxil olub.Keçirilən 96 tədbirdən 4342 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 107 ailə səfəri edilib.Ümumilikdə mərkəz fəaliyyətindən 4883 nəfər bəhrələnib. 2024-cü il ərzində 303 nəfər tərəfindən müxtəlif mövzular üzrə müraciət daxil olub. Keçirilən 73 tədbirdən 2982 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 82 həssas ailəyə səfər edilib.Ümumilikdə mərkəz fəaliyyətindən 3537 nəfər bəhrələnib. Ünvan: İsmayıllı şəhəri, A.Aslanov küçəsi 6. Əlaqə nömrələri: (02028) 2-10-46, (02028) 2-14-46 Facebook linki: İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi