Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi

 

2023-cü il ərzində 396 nəfər tərəfindən müxtəlif mövzular üzrə müraciət daxil olub. Keçirilən 55 tədbirdən 2825 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 98 həssas ailəyə səfər edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 3355 nəfər bəhrələnib.

 

Ünvan: Qəbələ şəhəri, Nəsimi küçəsi 67.

Əlaqə nömrəsi: (02420) 5-44-29

Facebook linki: https://www.facebook.com/profile.php?id=100083371329008

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində regionlarda silsilə tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Zərdab, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən aidiyyəti qurumlarla birlikdə mərkəzlərdə və təhsil müəssisələrində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində silsilə tədbirlər keçirilib, həssas əhali qrupundan olan şəxslərə psixoloji dəstək göstərilib. Tədbirlərdə UADM-lərin, rayon idarə, təşkilat və müəssisələrinin, hüquq mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon icra hakimiyyətlərində yaradılmış məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu və mərkəzlərin ekspert qruplarının üzvləri, təhsil müəssisələrinin müəllim-şagird kollektivi, gənclər, valideynlər, icma sakinləri iştirak ediblər. Tədbirlər çərçivəsində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının məqsədi barədə ətraflı məlumat verilib, ölkəmizdə bu istiqamətdə görülən işlərdən, vətəndaşların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarından danışılıb. Ekspertlər gender əsaslı zorakılıq nədir, növləri və zorakılıq qurbanlarının yaşadığı psixoloji sarsıntılar barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıblar. Zorakılığa məruz qalmış qadın və qızlara göstərilən hüquqi və psixoloji yardımlar, Daxili İşlər Nazirliyi 102 – zəng mərkəzi, 860 Gender-əsaslı zorakılıqla bağlı Dəstək Xətti, həmçinin 116111 – Azərbaycan Uşaq Qaynar Xətti barədə danışılıb. Tədbir zamanı mövzu ilə bağlı sosial çarxlar nümayiş etdirilib, maarifləndirmə materialları paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” Kampaniyası hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) - 10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır. Bütün dünyada fərdi şəxslər və təşkilatlar bu kampaniya vasitəsilə hər kəsi qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırırlar.

Ətraflı
Regionlarda növbəti “açıq qapı” günü keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə 28 noyabr 2024-cü il tarixində növbəti “açıq qapı” günü keçirilib. Bakı şəhəri Xəzər rayonunun Şağan, Ağdam rayonunun Quzanlı, Goranboy rayonunun Dəliməmmədli, Hacıqabul rayonunun Şorbaçı, Göygöl rayonunun Xəqani, İsmayıllı rayonunun Tircan, Qəbələ rayonunun Zarağan, Saatlı rayonunun Sarıcalar, Sabirabad rayonunun Nizami, Zaqatala rayonunun Faldar, Zərdab rayonunun Şıxbağlı kənd və qəsəbələrində səyyar şəkildə keçirilən “Açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, uşaqla ünsiyyət, psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, aliment, müalicə, əlilliyi olan şəxslər üçün reabilitasiya vasitəsi ilə təmin olunma, hüquqi yardım, sosial müavinətlər, işlə təmin olunma ilə bağlı müraciətlər yer alıb, uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib. “Açıq qapı” günündə vətəndaşların müraciəti dinlənilib, onların həlli istiqamətində müvafiq dəstək göstərilib.  

Ətraflı
Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününü keçirəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününü keçirəcək. “Açıq qapı” günü  28 noyabr 2024-cü il tarixində, saat 10:00-dan 15:00-dək Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə keçiriləcəkdir. Ünvan və telefonlar

Ətraflı
Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur. “Açıq qapı” günü 26 sentyabr 2024-cü il tarixində, saat 10:00-dan 15:00-dək Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə keçiriləcəkdir. Ünvan və telefonlar

Ətraflı
Regionlarda növbəti “Açıq qapı” günü keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur. “Açıq qapı” günü 25 iyul 2024-cü il tarixində, saat 09:00-dan 13:00-dək Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə keçiriləcəkdir. Ünvan və telefonlar

Ətraflı
Dövlət Komitəsi vakansiya elan edir

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində olan Qəbələ, Goranboy, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (UADM) aşağıdakı vakant vəzifələr üzrə işə qəbul müsabiqəsi elan edir. 1) Baş mühasib-Qəbələ UADM 2) Psixoloq-Goranboy UADM 3) Fiziki tərbiyə rəhbəri (təlimatçı)-İsmayıllı UADM Vəzifələr barədə ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz. Vəzifə təlimatları Qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 20 iyun – 19 iyul 2024-cü il tarixlərində şəxsi məlumatlar anketini (CV) region@family.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. Müsahibə nəticələrinə uyğun olaraq, seçilmiş şəxsə bu barədə məlumat veriləcək. Qeyd: Baş mühasib vəzifəsinə namizədlər müvafiq peşəkar mühasib sertifikatına malik olmalıdır. Əlaqə: Ailə məsələləri şöbəsi Mərkəzlərlə iş sektoru şəh. (+99412) 493-79-62 mob. (+99451) 230-54-87

Ətraflı
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən “Mənim kitabxanam” layihəsi başa çatıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar arasında mütaliə bacarıqlarının inkişaf etdirilməsi, kitaba və məktəbə sevginin aşılanması məqsədilə 2024-cü ilin aprel-may aylarında “Mənim kitabxanam” adlı layihə həyata keçirilib. Layihə çərçivəsində Komitənin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Goranboy, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin benefisiarları olan, eyni zamanda təhsildə fərqlənən, sosial cəhətdən həssas təbəqədən və aztəminatlı ailələrdən olan 110 məktəbli üçün oxu guşəsi (kitab rəfi və yazı masası dəsti, kitablar və dəftərxana ləvazimatları) yaradılıb. Qeyd edək ki, layihənin icrası müddətində Mərkəzlərin fəaliyyət göstərdiyi rayonların məktəbliləri arasında “Ən sevdiyim kitab” onlayn-müsabiqə də keçirilib. Müsabiqənin şərtlərinə əsasən qalib gələn və fərqlənən iştirakçılara da oxu guşəsi hədiyyə edilib.  

Ətraflı
Növbəti “açıq qapı” günü keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə 23 may 2024-cü il tarixdə növbəti “açıq qapı” günü keçirilib. “Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonunun Türkan, Ağdam rayonunun İmamqulubəyli, Saatlı rayonunun Hacıqasımlı və Kamallı, Sabirabad rayonunun Qaralar, Hacıqabul rayonunun Pirsaat, Goranboy rayonunun Şahməmmədli, Göygöl rayonunun Şəhriyar, Zərdab rayonunun Dəkkəoba, İsmayıllı rayonunun Gəraybəyli, Zaqatala rayonunun Yeni Suvagil kənd və qəsəbələrində səyyar şəkildə keçirilib. “Açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, uşaqla ünsiyyət, psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, boşanma, aliment, müalicə, hüquqi yardım, sosial müavinətlər, işlə təmin olunma, özünüməşğulluqla bağlı müraciətlər yer alıb, uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib. “Açıq qapı” günündə ümumilikdə 112 müraciət dinlənilib, onların həlli istiqamətində vətəndaşlara müvafiq dəstək göstərilib.

Ətraflı
Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur. “Açıq qapı” günü 23 may 2024-cü il tarixdə, saat 10:00-dan 17:00-dək Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə keçiriləcəkdir. Ünvan və telefonlar

Ətraflı