Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən Anım Günü ilə əlaqədar tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy və Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 27 sentyabr – Anım Günü ilə əlaqədar aidiyyəti qurumların əməkdaşları, Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə müxtəlif tədbirlər və ağacəkmə aksiyası keçirilib.
Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər tarixi Zəfərimizdən danışıb, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramlarını bildirib, əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıblar. Şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda ədəbi - bədii kompozisiyalar nümayiş etdirilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi