Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi

2024-cü il ərzində 342 nəfər tərəfindən müxtəlif mövzular üzrə müraciət daxil olub. Keçirilən 51 tədbirdən 1982 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 82 həssas ailəyə səfər edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 2471 nəfər bəhrələnib.
Ünvan: Qəbələ şəhəri, Nəsimi küçəsi 67.
Əlaqə nömrəsi: (02420) 5-44-29
Facebook linki: https://www.facebook.com/profile.php?id=100083371329008

Regionlarda növbəti dəfə “açıq qapı” günü keçirildi
28 fevral 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə “açıq qapı” günü keçirilib. Psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, uşaq hüquqlarının müdafiəsi, aliment, müalicə, hüquqi yardım, sosial müavinətlər, məşğulluq kimi məsələlər daxil olmaqla, ümumilikdə, 101 müraciət dinlənilib, problemlərin həlli istiqamətində vətəndaşlara müvafiq dəstək göstərilib. Eyni zamanda uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib. Qeyd edək ki, “açıq qapı” Ağdam rayonunun Təzəkənd qəsəbəsi, Goranboy rayonunun Qaramusalı, İsmayıllı rayonunun Sumağallı, Saatlı rayonunun Azadkənd, Zaqatala rayonunun Qazangül, Zərdab rayonunun Körpükənd kəndlərində səyyar şəkildə təşkil olunub.

Valideynlərlə maarifləndirici görüşlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Qəbələ, Göygöl, Zaqatala, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə təhsil müəssisələrində valideynlərin iştirakı ilə maarifləndirici görüşlər keçirilib.