Regionlarda növbəti “açıq qapı” günü keçirilib

29 noyabr 2024 17:30

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə 28 noyabr 2024-cü il tarixində növbəti “açıq qapı” günü keçirilib.

Bakı şəhəri Xəzər rayonunun Şağan, Ağdam rayonunun Quzanlı, Goranboy rayonunun Dəliməmmədli, Hacıqabul rayonunun Şorbaçı, Göygöl rayonunun Xəqani, İsmayıllı rayonunun Tircan, Qəbələ rayonunun Zarağan, Saatlı rayonunun Sarıcalar, Sabirabad rayonunun Nizami, Zaqatala rayonunun Faldar, Zərdab rayonunun Şıxbağlı kənd və qəsəbələrində səyyar şəkildə keçirilən “Açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, uşaqla ünsiyyət, psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, aliment, müalicə, əlilliyi olan şəxslər üçün reabilitasiya vasitəsi ilə təmin olunma, hüquqi yardım, sosial müavinətlər, işlə təmin olunma ilə bağlı müraciətlər yer alıb, uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib.

“Açıq qapı” günündə vətəndaşların müraciəti dinlənilib, onların həlli istiqamətində müvafiq dəstək göstərilib.