1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən “Mənim kitabxanam” layihəsi başa çatıb
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar arasında mütaliə bacarıqlarının inkişaf etdirilməsi, kitaba və məktəbə sevginin aşılanması məqsədilə 2024-cü ilin aprel-may aylarında “Mənim kitabxanam” adlı layihə həyata keçirilib.
Layihə çərçivəsində Komitənin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Goranboy, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin benefisiarları olan, eyni zamanda təhsildə fərqlənən, sosial cəhətdən həssas təbəqədən və aztəminatlı ailələrdən olan 110 məktəbli üçün oxu guşəsi (kitab rəfi və yazı masası dəsti, kitablar və dəftərxana ləvazimatları) yaradılıb.
Qeyd edək ki, layihənin icrası müddətində Mərkəzlərin fəaliyyət göstərdiyi rayonların məktəbliləri arasında “Ən sevdiyim kitab” onlayn-müsabiqə də keçirilib. Müsabiqənin şərtlərinə əsasən qalib gələn və fərqlənən iştirakçılara da oxu guşəsi hədiyyə edilib.