Növbəti “açıq qapı” günü keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə 23 may 2024-cü il tarixdə növbəti “açıq qapı” günü keçirilib.
“Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonunun Türkan, Ağdam rayonunun İmamqulubəyli, Saatlı rayonunun Hacıqasımlı və Kamallı, Sabirabad rayonunun Qaralar, Hacıqabul rayonunun Pirsaat, Goranboy rayonunun Şahməmmədli, Göygöl rayonunun Şəhriyar, Zərdab rayonunun Dəkkəoba, İsmayıllı rayonunun Gəraybəyli, Zaqatala rayonunun Yeni Suvagil kənd və qəsəbələrində səyyar şəkildə keçirilib.
“Açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, uşaqla ünsiyyət, psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, boşanma, aliment, müalicə, hüquqi yardım, sosial müavinətlər, işlə təmin olunma, özünüməşğulluqla bağlı müraciətlər yer alıb, uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib.
“Açıq qapı” günündə ümumilikdə 112 müraciət dinlənilib, onların həlli istiqamətində vətəndaşlara müvafiq dəstək göstərilib.