Regionlarda mətbuat nümayəndələri ilə görüşlər keçirilib

14 fevral 2025 17:50

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Göygöl, Hacıqabul, İsmayıllı, Qəbələ, Saatlı, Şüvəlan, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 14 fevral - Azərbaycan Televiziyasının yarandığı gün münasibətilə mətbuat nümayəndələri və mərkəzlərin ekspert qrupunun üzvləri ilə işgüzar görüşlər keçirilib.

Görüşlərdə mərkəzlərin fəaliyyət istiqamətləri, ötən il ərzində həyata keçirilən tədbirlər barədə iştirakçılara məlumat verilib, 2025-ci ilin iş planı müzakirə olunub.

Görüş zamanı ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən tədbirlərdə səmərəliliyin artırılması ilə bağlı təkliflər səsləndirilib.