Bakı şəhəri və regionlarda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbirlər keçirilib

21 avqust 2026 12:34

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 17-21 avqust 2026-cı il tarixlərində uşaqların iştirakı ilə “Bizim bölgə” adlı ustad dərsi və rəsm sərgisi keçirilib.

 

Tədbirlərin keçirilməsində məqsəd uşaqların yay tətilində asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yaşadıqları bölgənin təbiətinə, tarixinə və mədəni irsinə maraqlarının artırılmasıdır.

 

Rəssamlar tərəfindən keçirilən ustad dərslərində uşaqlara rəsm çəkmək texnikaları, təbiətin, ətraf mühitin təsviri, rənglərin düzgün seçilməsi, eləcə də kompozisiyanın qurulması ilə bağlı məlumat verilib, suallar cavablandırılıb. Uşaqlar yaşadıqları bölgənin təbiətini, mənzərəsini və gözəlliklərini öz rəsmlərində əks etdiriblər.

 

Yekunda təşkil olunan sərgidə rəsm əsərlərinə baxış keçirilib, fəal uşaqlara təşəkkürnamə və hədiyyələr təqdim edilib.

 

Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan sərgidə Mərkəzlərin əməkdaşları, yerli idarələrin nümayəndələri, rəsm müəllimləri, uşaqlar iştirak ediblər.