Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi

 

2023-cü il ərzində 287 nəfər tərəfindən müxtəlif mövzular üzrə müraciət daxil olub. Keçirilən 55 tədbirdən 2403 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 109 həssas ailəyə səfər edilib.Ümumilikdə mərkəz fəaliyyətindən 2722 nəfər bəhrələnib.

 

Ünvan: Saatlı şəhəri, Heydər Əliyev prospekti 91.

Əlaqə nömrəsi: (02128) 5-28-06

Facebook linki: https://www.facebook.com/profile.php?id=100082455842071

Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur. “Açıq qapı” günü 26 sentyabr 2024-cü il tarixində, saat 10:00-dan 15:00-dək Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə keçiriləcəkdir. Ünvan və telefonlar

Ətraflı
Regionlarda növbəti “Açıq qapı” günü keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur. “Açıq qapı” günü 25 iyul 2024-cü il tarixində, saat 09:00-dan 13:00-dək Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə keçiriləcəkdir. Ünvan və telefonlar

Ətraflı
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən “Mənim kitabxanam” layihəsi başa çatıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar arasında mütaliə bacarıqlarının inkişaf etdirilməsi, kitaba və məktəbə sevginin aşılanması məqsədilə 2024-cü ilin aprel-may aylarında “Mənim kitabxanam” adlı layihə həyata keçirilib. Layihə çərçivəsində Komitənin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Goranboy, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin benefisiarları olan, eyni zamanda təhsildə fərqlənən, sosial cəhətdən həssas təbəqədən və aztəminatlı ailələrdən olan 110 məktəbli üçün oxu guşəsi (kitab rəfi və yazı masası dəsti, kitablar və dəftərxana ləvazimatları) yaradılıb. Qeyd edək ki, layihənin icrası müddətində Mərkəzlərin fəaliyyət göstərdiyi rayonların məktəbliləri arasında “Ən sevdiyim kitab” onlayn-müsabiqə də keçirilib. Müsabiqənin şərtlərinə əsasən qalib gələn və fərqlənən iştirakçılara da oxu guşəsi hədiyyə edilib.  

Ətraflı
Növbəti “açıq qapı” günü keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə 23 may 2024-cü il tarixdə növbəti “açıq qapı” günü keçirilib. “Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonunun Türkan, Ağdam rayonunun İmamqulubəyli, Saatlı rayonunun Hacıqasımlı və Kamallı, Sabirabad rayonunun Qaralar, Hacıqabul rayonunun Pirsaat, Goranboy rayonunun Şahməmmədli, Göygöl rayonunun Şəhriyar, Zərdab rayonunun Dəkkəoba, İsmayıllı rayonunun Gəraybəyli, Zaqatala rayonunun Yeni Suvagil kənd və qəsəbələrində səyyar şəkildə keçirilib. “Açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, uşaqla ünsiyyət, psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, boşanma, aliment, müalicə, hüquqi yardım, sosial müavinətlər, işlə təmin olunma, özünüməşğulluqla bağlı müraciətlər yer alıb, uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib. “Açıq qapı” günündə ümumilikdə 112 müraciət dinlənilib, onların həlli istiqamətində vətəndaşlara müvafiq dəstək göstərilib.

Ətraflı
Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur. “Açıq qapı” günü 23 may 2024-cü il tarixdə, saat 10:00-dan 17:00-dək Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə keçiriləcəkdir. Ünvan və telefonlar

Ətraflı
Regionlarda 15 May - Beynəlxalq Ailə Günü münasibətilə silsilə tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən aidiyyəti qurumların dəstəyi ilə 15 May-Beynəlxalq Ailə Günü münasibətilə müxtəlif tədbirlər – maarifləndirici görüşlər, gənclər və yeni ailə quranlar üçün “Ailələrin qurulması və qorunması” mövzusunda təlim-seminarlar keçirilib, uzunömürlü, şəhid və qazi ailələrinə səfərlər təşkil edilib. Tədbirlərdə çıxış edənlər Beynəlxalq Ailə Gününün tarixindən, bu günün qeyd edilməsinin əhəmiyyətindən, Azərbaycanda cəmiyyətin özəyi sayılan ailəyə həmişə böyük önəm verildiyindən, dövlətimiz tərəfindən ailələrə göstərilən diqqət və qayğıdan danışaraq cəmiyyətin formalaşmasında və saflaşmasında ailənin mühüm rolunu diqqətə çatdırıblar. Mərkəzlərin əməkdaşları tərəfindən gənclərə, yeni ailə quranlara keçirilən təlimlərdə həyat yoldaşı seçimindən başlayaraq, ailə həyatının müxtəlif mərhələləri, ailə büdcəsinin idarə edilməsi, ailədə böyüklərlə ünsiyyət kimi vacib məsələlərə toxunulub, interaktiv tapşırıqlar icra olunub.

Ətraflı
Regionlarda aktiv məşğulluq tədbirləri keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Goranboy, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən aidiyyəti dövlət qurumları, müəssisə və təşkilatların dəstəyi ilə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi, insan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan şəxslərin yeni peşələrə yiyələnməsi məqsədilə silsilə maarifləndirici tədbirlər keçirilib, inteqrasiya təlimli internat tipli gimnaziyanın şagirdlərinə sosial-psixoloji xidmətlər göstərilib. Mərkəzlərdə və təhsil müəssisələrində keçirilmiş tədbirlərdə UADM-lər və müvafiq qurumların nümayəndələri, mərkəzlərin benefisiarları, müəllimlər, yeniyetmə və gənclər, tələbələr, işaxtaran və işsiz şəxslər iştirak ediblər. Tədbirlərdə əhalinin məşğulluğunun təmin edilməsi, işsizlik probleminin həlli istiqamətində ölkəmizdə görülən işlərdən danışılıb. Ekspertlər tərəfindən peşə təhsili, peşə seçiminə təsir edən amillər və düzgün seçim etmək üçün diqqət edilməli olan əsas məqamlar, ödənişli və ödənişsiz peşə kursları, iş axtarmaq qaydaları, CV-lərin hazırlanması, iş müsahibəsi zamanı özünütəqdimetmə bacarıqları barədə məlumatlar verilib, iştirakçıları maraqlandıran sualları cavablandırılıb. 

Ətraflı
Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur. “Açıq qapı” günü 24 aprel 2024-cü il tarixdə, saat 10:00-dan 17:00-dək Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə keçiriləcəkdir. Ünvan və telefonlar

Ətraflı
Regionlarda növbəti dəfə “açıq qapı” günü keçirildi

28 fevral 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə “açıq qapı” günü keçirilib. Psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, uşaq hüquqlarının müdafiəsi, aliment, müalicə, hüquqi yardım, sosial müavinətlər, məşğulluq kimi məsələlər daxil olmaqla, ümumilikdə, 101 müraciət dinlənilib, problemlərin həlli istiqamətində vətəndaşlara müvafiq dəstək göstərilib. Eyni zamanda uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib. Qeyd edək ki, “açıq qapı” Ağdam rayonunun Təzəkənd qəsəbəsi, Goranboy rayonunun Qaramusalı, İsmayıllı rayonunun Sumağallı, Saatlı rayonunun Azadkənd, Zaqatala rayonunun Qazangül, Zərdab rayonunun Körpükənd kəndlərində səyyar şəkildə təşkil olunub.

Ətraflı