Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
“Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsi” mövzusunda görüşlər davam edir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Bərabər İnkişaf Naminə” Koalisiyanın müraciətinə əsasən Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində Bakı şəhərində və regionlarda “Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsi” mövzusunda görüşlər davam etdirilir. Bu istiqamətdə növbəti görüşlər Bakı şəhərinin Xəzər rayonunda, Bərdə və Sumqayıtda davam etdirilib.  Görüşlərdə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, “Bərabər İnkişaf Naminə” Koalisiyanın rəhbəri, Gender və İqtisadiyyat İB-nin sədri Təranə Kərimova və Koalisiyanın üzvləri -“Gənc Demokratlar” İnstitutunun sədri, politoloq Yeganə Hacıyeva, “Kamillik” Cəmiyyətinin sədri Əsmətxanım Məmmədova, həmçinin yerli icma və bələdiyyə üzvləri iştirak edib. Qeyd edək ki, Bakı şəhəri və regionları əhatə edən görüşlər avqust ayının sonunadək davam edəcək

Ətraflı
Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən maarifləndirici görüşlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Goranboy, Göygöl, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 1-15 avqust 2024-cü il tarixlərində məktəbəqədər təhsil müəssisələrində uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə Denver II qiymətləndirmə testi, psixoloji və inkişafetdirici oyunlar, eyni zamanda valideyn və bağça kollektivinin iştirakı ilə uşaqlarla ünsiyyətin düzgün qurulması, davranış formaları, uşaqların məktəbə hazırlığı mövzularında maarifləndirici görüşlər keçirilib. Görüşlərdə mərkəzlərin əməkdaşları uşağın ünsiyyət tələbatının ailədən başladığını vurğulayaraq, düzgün ünsiyyət qurmağın uşaqda inam hissinin formalaşmasına, sosial inkişaf, özünüifadəetmə bacarığı, özünütəsdiq kimi müsbət keyfiyyətlərin yaranması və inkişafına müsbət təsirini qeyd ediblər. Uşaqlarda rast gəlinən ünsiyyət probleminin səbəbləri və həlli yolları haqqında danışaraq qeyd edilib ki, düzgün ünsiyyət üçün ilk addım dinləmək qabiliyyətinin formalaşmasıdır. Uşağı diqqətlə dinləmək, onunla göz təması qurmaq, uşağın fikirlərinə hörmət etmək düzgün ünsiyyət üçün vacib amillərdir. Bunlarla yanaşı, uşaqların məktəbə hazırlığının düzgün təşkil edilməsi mövzusunda valideynləri maraqlandıran suallar cavablandırılıb, tövsiyələr verilib. Qeyd edək ki, ümumilikdə 100 nəfər uşaqla Denver II qiymətləndirmə testi keçirilib və testin nəticələri valideynlərlə fərdi şəkildə müzakirə olunub, müvafiq məsləhətlər verilib.

Ətraflı
Siyəzəndə vətəndaş qəbulu keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 27 avqust 2024-cü il tarixində, saat 11:00-da Siyəzən rayonu Gənclər evində vətəndaşları qəbul edəcək. Qəbulda Siyəzən və Xızı rayon sakinlərinin müraciətlərinə baxılacaq.  

Ətraflı
Uşaqların VI Ümumrespublika Forumuna hazırlıq məqsədi ilə “Biz gələcəyik” adlı yay düşərgəsinə start verildi

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 11-17 avqust 2024-cü il tarixində Quba şəhərində “Biz gələcəyik” adlı növbəti yay düşərgəsinə start verilib. Ümumilikdə 5 komanda üzrə 42 nəfərdən ibarətUşaq Səfirlər Məclisinin üzvləri, könüllülər və fəalların iştirakı ilə Quba Olimpiya İdman Kompleksində baş tutacaq düşərgə uşaqların asudə vaxtının səmərəli təşkili, ictimai fəallığın artırılması, komanda ilə işləmə bacarıqları, eləcə də liderlik keyfiyyətlərinin formalaşmasına dəstək məqsədi daşıyır. Düşərgənin açılışında çıxış edən Dövlət Komitəsinin əməkdaşları Könül Tağızadə və Rafiq Mahmudov VI Ümumrespublika Uşaq Forumu ərəfəsində keçirilən yay düşərgəsinin xüsusi əhəmiyyətini qeyd edərək, Dövlət Komitəsinin daim uşaqların özlərini ifadə edə biləcəkləri sağlam platformalar yaratdığını və onların  inkişafı üçün çoxsaylı tədbirlər keçirdiyini vurğulayıblar. Düşərgənin ilk günü Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu ilə bağlı məlumatlandırma sessiyası keçirilib. Sessiyada çıxış edən Uşaq Səfirlər Məclisinin kordinatorları və ötən V Ümumrespublika Forumunun aparıcıları Əsmər İsmayılova və Nurlan Cəbrayılzadə foruma hazırlıq prosesindən və şəxsi təcrübələrindən söz açıblar. Günün sonunda forum materiallarını özündə əks etdirən videoçarx izlənilib. Qeyd edək ki, yeddi gün ərzində davam edəcək düşərgədə uşaqlara fərdi bacarıqlarının inkişafı, asudə vaxtın səmərəli təşkili, uşaq hüquqları və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoloji tarazlıq kimi mövzular üzrə təlimlər keçiriləcək, ekskursiya və əyləncəli oyunlar təşkil ediləcək. Sonda iştirakçılar sertifikatlarla təltif ediləcəklər.

Ətraflı
“Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsi” mövzusunda görüşlər keçirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Bərabər İnkişaf Naminə” Koalisiyanın müraciətinə əsasən Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində Bakı şəhərində və regionlarda “Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsi” mövzusunda görüşlər keçirilir. İlk olaraq Bakı şəhərinin Səbail, Sabunçu, Suraxanı, Pirallahı, Nizami və Qaradağ rayonlarında görüşlər keçirilib.  Görüşlərdə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, “Bərabər İnkişaf Naminə” Koalisiyanın rəhbəri, Gender və İqtisadiyyat İB-nin sədri Təranə Kərimova və Koalisiyanın üzvləri -“Gənc Demokratlar” İnstitutunun sədri, politoloq Yeganə Hacıyeva, “Kamillik” Cəmiyyətinin sədri Əsmətxanım Məmmədova, “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İB-nin təsisçisi Aygün Səmədova, AMEA-nın Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Sevinc Nuriyeva, həmçinin yerli icma və bələdiyyə üzvləri iştirak edib. Qeyd edək ki, Bakı şəhəri və regionları əhatə edən görüşlər avqust ayının sonunadək davam edəcək.  

Ətraflı
“Ailələrimizi tanıyaq” layihəsinin qonağı Sabirabad rayonundan olan Rüstəmovlar ailəsidir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır.  Növbəti qonağımız Sabirabad rayonundan olan Rüstəmovlar ailəsidir. Ailənin başçısı Dadaş Rüstəmov 1958-ci ildə orta məktəbi bitirib və 1960-1964-ci illərdə Azərbaycan Pedaqoji Universitetində ibtidai fakültədə təhsil alıb. 1973-1978-ci illərdə həmin universitetin filologiya fakültəsində oxuyub. D.Rüstəmov 1964-ci ildə Sabirabad rayonunun Qəzli kənd 8 illik məktəbində pedaqoji fəaliyyətə başlayıb, 1968-1976-ci illərdə həmin məktəbdə müavin, 1993-1994-cü illərdə direktor olaraq fəaliyyət göstərib. 2010-cu ildə ilin ən yaxşı “Vətənpərvər direktoru” adlı qızıl medalı ilə təltif olunub. D.Rüstəmov həm də yaradıcılıqla məşğuldur. Həyat yoldaşı Tərbiyə xanım evdar qadındır. 55 ildən çoxdur ki, birgə ömür sürürlər. Bu evlilikdən 4 övlad, 8 nəvə, 6 nəticələri var. Oğlanları – Vasif Rüstəmov 12 saylı peşə məktəbində təhsil alıb, 1994-cü ildə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olub, GündüzRüstəmov müharibə veteranıdır, Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib məktəbdə laborant işləyir, Heydər Rüstəmov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib, 2012-ci ildən Qəzli kənd orta məktəbində direktor işləyir. Qızı Şəfəq Quliyeva evlidir, 3 oğlu var. Bu zəhmətkeş, uzun və nümunəvi ömür yolları ilə seçilən ailə ilə müsahibəmizi Sizə təqdim edirik. Hörmətli Dadaş müəllim və Tərbiyə xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə, səmimi və mehriban qarşıladığınıza görə təşəkkürümüzü bildiririk. İstərdik ki, 56 ilə yaxın davam edən xoşbəxt evliliyinizin sirri nədir sualını cavablandırasınız. Dadaş müəllim, əvvəlcə sizdən başlayaq. Ailə xoşbəxtliyimizin sirrini səbr və ağılda görürəm. Sağlam ailənin təməli sevgi, səmimi münasibətlərə söykənir. Ömür-gün yoldaşımla həyatımızı anlayışlı, bir-birimizə hörmət edərək yaşayırıq. Övladlarımıza örnək olmağa, mehriban, deyib-gülən ailə nümunəsi göstərməyə çalışırıq. Onlar da bu yolu davam etdirirlər. Bütün bunlar isə ailə dayaqlarını daha da möhkəmləndirir, ömrümüzü uzadır. Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Anlaşılmazlıqlar olduqda bir-birimizin fikirlərinə hörmətlə yanaşırıq, eyni zamanda aramızdakı inam və güvən hissinin güclü olması xırda problemlərin böyüməsinin qarşısını alır. Dadaş müəllim, Sizin bir övladınız Vasif şəhid olub, digər övladınız Gündüz müharibə veteranıdır. Siz onların vətənə, dövlətə layiqli övladlar olması üçün nə etmisiniz? Həmişə onlara vətəni sevmələrini demişik.  Hər zaman övladlarımıza aşılamışıq ki, anasını sevən ilk əvvəl torpağını, vətənini sevməlidir. Vətən bizim həm ana, həm atamız, həm də torpağımızdır. Valideyn-övlad münasibətləri  ailənizdə necə tənzimlənir? Övladlarımızla aramızda çox möhkəm dostluq münasibətimiz var. Övladlarımız görəcəkləri işlər barədə hər zaman bizimlə məsləhətləşirlər. Ailə kiçik dövlətdir və övladlarımız bizim balaca ordumuzdur, ordunun möhkəmliyi üçün ailə arasında güvən hissi önəmlidir. Ailə qurmaq istəyən gənclərə nə tövsiyə edərdiniz? Yeni ailə quran gənclərə tövsiyəmiz odur ki, bir-birlərinə hörmət etsinlər, hər zaman başa düşməyə çalışsınlar. Hər bir çətinliyin öhdəsindən birlikdə gəlməyi bacarmalıdırlar. Bacardıqları qədər problemlərini ailədən kənara çıxarmamalıdırlar. Güc birlikdədir atalar sözünü hər zaman yaddaşlarına həkk etməlidirlər.Bütün ailələrə xoşbəxtlik arzulayırıq. Fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə Rüstəmovlar ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.

Ətraflı
“Mənim hüquqlarım” təşviqat avtobusu layihəsi çərçivəsində yekun səfər Qax rayonuna təşkil olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə keçirilən “Mənim hüquqlarım” təşviqat avtobusu layihəsi çərçivəsində yekun səfər Qax rayonuna təşkil olunub. Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qum, İlisu, Ağçay, Əmbərçay və Qaşqaçay kəndlərində, 125 uşağın iştirakı ilə “Uşaq hüquqları” və “Uşaq inkişafı” mövzularında təlimlər keçirilib. Təlimlər zamanı Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Təranə Piriyeva və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təlimçiləri tərəfindən müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb. Təlimlərin sonunda uşaqlara hüquqlarla bağlı maarifləndirici çap materialları paylanılıb, həmçinin bədii kitablar hədiyyə olunub. Qeyd edək ki, bundan öncə 5-7 iyun tarixlərində Cəlilabad rayonunun Zopun, Vənlik, Fətullaqışlaq, Oğrubulaq və Komanlı kəndlərinə, 11-13 iyun tarixlərində Daşkəsən rayonunun Bayan, Quşçu, Xoşbulaq, Qabaqtəpə kəndlərinə və Daşkəsən qəsəbəsinə, 10-12 iyul 2024-cü il tarixlərində Quba rayonunun Qımılqazma, Rustov, Püstəqasım, Təngəaltı və Birinci Nügədi kəndlərinə, 24-26 iyul tarixlərində Tovuz rayonunun Ağbulaq, Çatax, Böyük Qışlaq, Çeşməli və Qəribli kəndlərinə səfərlər təşkil edilmişdir. Layihə çərçivəsində təşkil edilən görüşlərdə ümumilikdə 600-dən çox uşaq iştirak edib.

Ətraflı
Dövlət Komitəsində görüş keçirilib

8 avqust 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) Gürcüstan üzrə ölkə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava ilə görüşüb. Qonaqları salamlayan sədr müavini S.Qəhrəmanova bildirib ki, bu gün Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların sosial, iqtisadi və siyasi həyatda iştirakçılığının artmasına yönələn siyasət uğurla həyata keçirilir. Gender bərabərliyinin təmin edilməsi ilə bağlı qanunvericilik istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər haqqında məlumatları diqqətə çatdıran S.Qəhrəmanova Komitənin hər il “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı Milli Məclisə hesabat verdiyini bildirib. Bələdiyyələrdə yaradılan Gender Komissiyalarının fəaliyyətinin əhəmiyyətindən  danışan sədr müavini əlavə edib ki, bu komissiyalar risk qrupundan olan ailələri müəyyən edərək, bilavasitə həmin ailələrdə gender münasibətlərinin formalaşmasına töhfə verir.  Sədr müavini qadın hüquqlarının təmin olunması və sosial, iqtisadi və ictimai-siyasi həyatda iştirakçılığının artırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışaraq, qanunvericiliyin daim təkmilləşdirildiyini qeyd edib. Qanunvericiliyə edilmiş son dəyişiklikləri diqqətə çatdıran S.Qəhrəmanova, Dövlət Komitəsi tərəfindən eyni zamanda qadınların hüquqlarının təmin olunmasına yönələn yeni sənəd layihələrinin hazırlandığını qeyd edib. Komitənin qadınların iqtisadi səlahiyyətləndirilməsi istiqamətində beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığından bəhs edən S.Qəhrəmanova, həyata keçirilmiş layihələr çərçivəsində ölkənin müxtəlif regionlarında Qadın Resurs Mərkəzlərinin yaradıldığını, yüzlərlə qadının bu prosesə cəlb olunduğunu, sahibkara çevrildiyini söyləyib.  Səmimi qəbula görə təşəkkürünü bildirən BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) Gürcüstan üzrə ölkə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava qarşılıqlı əlaqələrin bundan sonra da səmərəli inkişaf edəcəyinə inamını ifadə edib. Gender bərabərliyinin və qadınların səlahiyyətlərinin gücləndirilməsinin təmin edilməsinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün əsas məsələlərdən biri olduğunu qeyd edən BMT rəsmisi, Dövlət Komitəsinin bu sahədə həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirərək, səylərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb, birgə əməkdaşlığa açıq olduqlarını qeyd edib. Görüş zamanı qadınların ictimai-siyasi həyatda fəal iştirakı, onların dövlət idarəçiliyində təmsilçiliyi, iqtisadi cəhətdən gücləndirilməsi, məişət zorakılığı ilə mübarizə istiqamətində mümkün əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.  Görüşdə hər iki tərəfdən rəsmi şəxslər iştirak edib.  

Ətraflı
“Uşaqdan-uşağa” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət gəstərən Uşaq Səfirlər Məclisininin “Uşaqdan-uşağa” layihəsi çərçivəsində növbəti təlim Pirallahı Gənclər Mərkəzində keçirilib.Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Təranə Piriyeva görüşdə çıxış edərək, iştirakçıları salamlayıb, onlara Uşaq Səfirlər Məclisi, onun fəaliyyət istiqamətləri və “Uşaqdan-uşağa” layihəsi barədə məlumat verib. Tədbirdə, eyni zamanda Pirallahı Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəsmi nümayəndələri iştirak edib.Uşaq Səfirlər Məclisinin üzvləri Aşurbəy Məmmədzadə, Tunar Məmmədli və Rüfət Əzizzadə tərəfindən keçirilən təlim “İxtisas seçimində İT sahələri” mövzusuna həsr edilib.Təlimdə interaktiv üsullarla uşaqların fəallığı təmin edilib, keçirilmiş intellektual oyunun qalibləri təltif edilib.      

Ətraflı