Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi

2025-ci il ərzində müxtəlif mövzular üzrə 147 müraciət daxil olub. Keçirilən 48 tədbirdən 1472 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 79 ailə səfəri edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 1918 nəfər bəhrələnib.

2024-cü il ərzində 223 nəfər tərəfindən müxtəlif mövzular üzrə müraciət daxil olub. Keçirilən 55 tədbirdən 1523 nəfər  faydalanıb. Mərkəz əməkdaşları tərəfindən  49 həssas ailəyə səfər edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 1993 nəfər bəhrələnib.

Ünvan: Göygöl şəhəri, Hümmel küçəsi 33.

Əlaqə nömrəsi: (02220) 5-04-03

Facebook linki: Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi

Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur. “Açıq qapı” günü 24 aprel 2024-cü il tarixdə, saat 10:00-dan 17:00-dək Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə keçiriləcəkdir. Ünvan və telefonlar

Ətraflı
Regionlarda növbəti dəfə “açıq qapı” günü keçirildi

28 fevral 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə “açıq qapı” günü keçirilib. Psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, uşaq hüquqlarının müdafiəsi, aliment, müalicə, hüquqi yardım, sosial müavinətlər, məşğulluq kimi məsələlər daxil olmaqla, ümumilikdə, 101 müraciət dinlənilib, problemlərin həlli istiqamətində vətəndaşlara müvafiq dəstək göstərilib. Eyni zamanda uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib. Qeyd edək ki, “açıq qapı” Ağdam rayonunun Təzəkənd qəsəbəsi, Goranboy rayonunun Qaramusalı, İsmayıllı rayonunun Sumağallı, Saatlı rayonunun Azadkənd, Zaqatala rayonunun Qazangül, Zərdab rayonunun Körpükənd kəndlərində səyyar şəkildə təşkil olunub.

Ətraflı
Valideynlərlə maarifləndirici görüşlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Qəbələ, Göygöl, Zaqatala, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə təhsil müəssisələrində valideynlərin iştirakı ilə maarifləndirici görüşlər keçirilib.

Ətraflı