Regionlarda 15 May - Beynəlxalq Ailə Günü münasibətilə silsilə tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən aidiyyəti qurumların dəstəyi ilə 15 May-Beynəlxalq Ailə Günü münasibətilə müxtəlif tədbirlər – maarifləndirici görüşlər, gənclər və yeni ailə quranlar üçün “Ailələrin qurulması və qorunması” mövzusunda təlim-seminarlar keçirilib, uzunömürlü, şəhid və qazi ailələrinə səfərlər təşkil edilib.
Tədbirlərdə çıxış edənlər Beynəlxalq Ailə Gününün tarixindən, bu günün qeyd edilməsinin əhəmiyyətindən, Azərbaycanda cəmiyyətin özəyi sayılan ailəyə həmişə böyük önəm verildiyindən, dövlətimiz tərəfindən ailələrə göstərilən diqqət və qayğıdan danışaraq cəmiyyətin formalaşmasında və saflaşmasında ailənin mühüm rolunu diqqətə çatdırıblar.
Mərkəzlərin əməkdaşları tərəfindən gənclərə, yeni ailə quranlara keçirilən təlimlərdə həyat yoldaşı seçimindən başlayaraq, ailə həyatının müxtəlif mərhələləri, ailə büdcəsinin idarə edilməsi, ailədə böyüklərlə ünsiyyət kimi vacib məsələlərə toxunulub, interaktiv tapşırıqlar icra olunub.