Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
“Uşaqdan-uşağa” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin “Uşaqdan-uşağa” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim Bakı şəhəri 56 nömrəli tam orta məktəbdə keçirilib. Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Təranə Piriyeva, tədbir iştirakçılarına dövlət uşaq siyasəti, Komitənin bu istiqamətdə fəaliyyəti, Uşaq Səfirlər Məclisi və layihə barədə məlumat verib. Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri Məryəm Hüseynova, İnci Hüseynli və Mətləb Orucov tərəfindən yektinlik yaşına çatmayanlar arasında aqressiv davranış hallarının qarşısının alınması istiqamətində təlim keçirilib. Təlimdə interaktiv üsullarla uşaqların fəallığı təmin edilib, həmçinin onlar arasında mövzuya dair anonim sorğu keçirilib. Sonda təlimçilər tərəfindən iştirakçıların sualları cavablandırılıb.

Ətraflı
Yeniyetmə və gənclərlə maarifləndirici görüşlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təhsil müəssisələrində yeniyetmə və gənclərin müxtəlif mövzular ətrafında məlumatlandırılması məqsədilə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci və  1 nömrəli Bakı Tibb Kollecinin tələbələri üçün “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri”, “Qohum nikahların yaratdığı fəsadlar” mövzusunda görüşlər keçirilib. Görüşlərdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva erkən və qohumlar arasında bağlanan nikahların digər ölkələrdə olduğu kimi bizim cəmiyyətdə də narahatlıq doğuran aktual ailə məsələlərindən biri olduğunu qeyd edərək, belə nikahların törətdiyi mənfi nəticələrdən, onların qarşısının alınmasına dair qəbul edilən normativ-hüquqi sənədlərdən danışıb.  Komitə tərəfindən görülən işlər barədə iştirakçılara ətraflı məlumat verən K.Əliyeva yalnış stereotiplərlə mübarizədə bütün cəmiyyət üzvlərinin fəallğının vacibliyini vurğulayıb, yeniyetmə və gənclərə öz tövsiyələrini verib. Görüşlərdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin ekpertləri Pərvin Quliyeva və Zümrüd Kazımova iştirak ediblər. Ekspertlər erkən nikahın reproduktiv sağlamlığa mənfi təsirləri, qohum nikahlar nəticəsində sağlamlıq imkanları məhdud uşaqların doğulması riski, bu nikahlardan dünyaya gələn uşaqlarda ən çox rast gəlinən xəstəliklər barədə danışıblar. Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı sosial çarx nümayiş etdirilib, çap vəsaitləri paylanılıb. Görüşlərdən ümumilikdə 300 nəfər yeniyetmə və gənc faydalanıb.

Ətraflı
Region məktəbliləri arasında “Ən sevdiyim kitab” adlı onlayn müsabiqəyə start verilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) fəaliyyət göstərdiyi rayonlarda (Bakı şəhərinin Xəzər rayonu, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Ağdam, Zaqatala) yaşayan və təhsil alan 1-11-ci sinif şagirdləri arasında mütaliə bacarıqlarının inkişaf etdirilməsi və kitablara sevginin aşılanması məqsədilə onlayn müsabiqəyə start verilir. Müsabiqədə iştirak etmək istəyən hər bir məktəbli özü haqqında məlumatları (adı, soyadı, atasının adı, oxuduğu məktəb və sinif, videoda haqqında danışdığı kitabın müəllifi və adı) və videonu (videoda iştirakçı oxuduğu, sevdiyi bir kitab haqqında məlumat verərək, həmin kitabın əhəmiyyətini və başqa şəxslərə oxumaq üçün tövsiyə etməsinin səbəbini izah edəcək) regionmerkez@gmail.com elektron poçt ünvanına göndərəcək və müsabiqənin yekununda hər rayon üzrə qalib seçilən 5 nəfər iştirakçının evində “Oxu guşəsi” (kitab rəfi, yazı masası, yazı masası üçün stul, kitablar və dəftərxana ləvazimatlarından ibarət) yaradılacaq.  Yuxarıda qeyd edilən rayonlar üzrə məktəbliləri müsabiqədə iştirak etməyə, bilik və bacarıqlarını həmyaşıdları ilə bölüşməyə, mütaliənin, kitab oxumağın əhəmiyyətini daha geniş auditoriyaya çatdırılmasına dəstək göstərməyə dəvət edirik. Ətraflı məlumat üçün linklər:   Müsabiqənin elanı Əsasnamə

Ətraflı
2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar tədbirlər keçirilib

2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zərdab, Saatlı, Sabirabad, İsmayıllı, Hacıqabul, Şüvəlan, Zaqatala, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən aidiyyəti qurumların və sosial tərəfdaşların dəstəyi ilə təhsil müəssisələrində valideynlərin, təhsil və tibb işçilərinin iştirakı ilə maarifləndirici görüşlər keçirilib, uşaqlar üçün musiqili-əyləncəli tədbirlər təşkil edilib. Qeyd edək ki, bu istiqamətdə tədbirlərin keçirilməsində məqsəd autizm spektr pozuntusu olan şəxslərə kömək etmək, onlar üçün cəmiyyətdə bərabər imkanların yaradılması, inklüziv təhsilə, sosial xidmətlərə çıxışın əlçatanlığına nail olmaqdır. 

Ətraflı
Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri görüş keçirib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya idarəsinin rəisi, ədliyyə müşaviri Aynur Sabitova və bir sıra idarələrin məsul əməkdaşları ilə görüşüblər. Görüş zamanı erkən nikah, qohum nikahları, aliment məsələləri ilə bağlı problemlər, həmçinin uşaq və qadın hüquqlarının qorunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıqla bağlı fəaliyyət istiqamətləri müzakirə edilib.

Ətraflı
İctimai Şuranın üzvləri Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri və şöbə müdirləri ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov və aparatın şöbə müdirləri ilə görüşüblər. Görüşdə televiziyalarda yayımlanan sosial proqramlarda uşaq və qadınların hüquqlarının qorunması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıqla bağlı fəaliyyət istiqamətləri müzakirə olunub.

Ətraflı
Növbəti “açıq qapı” günü keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə 28 mart 2024-cü il tarixdə növbəti “açıq qapı” günü keçirilib.“Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbəsi, Ağdam rayonunun İmamqulubəyli qəsəbəsi, Goranboy rayonunun Borsunlu, Saatlı rayonunun Qıraqlı kəndlərində isə səyyar şəkildə keçirilib. “Açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, uşaqla ünsiyyət, psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, mediasiya, aliment, müalicə, hüquqi yardım, sosial müavinətlər, məşğulluq, könüllü fəaliyyətlə məşğul olmaq kimi müraciətlər yer alıb, uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib. “Açıq qapı” günündə ümumilikdə 97 müraciət dinlənilib, onların həlli istiqamətində vətəndaşlara müvafiq dəstək göstərilib.

Ətraflı
İctimai Şuranın üzvləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovla görüşüblər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovla görüşüblər. Görüşdə qohum nikahları, erkən nikahlar və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıqla bağlı fəaliyyət istiqamətləri müzakirə olunub.

Ətraflı
Regionlarda növbəti “Açıq qapı” günü keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur.   “Açıq qapı” günü 28 mart 2024-cü il tarixdə, saat 10:00-dan-17:00-dək Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə keçiriləcəkdir.

Ətraflı