Bələdiyyə seçkilərində qadınların fəallığının artırılması ilə əlaqədar görüşlər davam edir

13 yanvar 2025 15:02

Paylaş:

10 yanvar 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası və “Bərabər İnkişaf Naminə” Koalisiyanın birgə əməkdaşlığı ilə, Xaçmaz Qadın Resurs Mərkəzinin iştirakı ilə "Bələdiyyə seçkilərində qadınların fəallığının yüksəldilməsi" mövzusunda görüş keçirilib.

Tədbirdə “Bərabər İnkişaf Naminə” Koalisiyanın sədri Təranə Kərimova, Xaçmaz Dairə Seçki Komissiyasının sədri Bəhram Ömərov, Xaçmazda fəaliyyət göstərən Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehtiyeva, Dövlət Arxivinin müdiri Kəmalə Əhmədova, Qadın Resurs Mərkəzinin rəhbəri İntizar Qurbanova çıxış edərək, qadınların bələdiyyə seçkilərində iştirakının onların cəmiyyətin müxtəlif sahələrində daha fəal və təsirli olmasına xidmət edəcəyini bildiriblər.

57 saylı DSK-da 46 seçki məntəqəsi üzrə 45,942 nəfər seçicidən 23,634 nəfərin qadın olduğu vurğulanaraq, onların bələdiyyə seçkilərində fəallıq nümayiş etdirəcəklərinə inam ifadə edilib. Qadın seçicilər 29 yanvarda keçiriləcək bələdiyyə seçkilərində fəal iştiraka dəvət edilib.

Görüşdə iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.