Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Regionlarda ailə dəyərlərinin və ənənələrinin təbliği məqsədilə tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 7-11 aprel 2025-ci il tarixlərində mərkəzlərin, rayon icra hakimiyyətləri, idarə və müəssisələrin əməkdaşları, gənclər, gənc ailələr və icma sakinlərinin iştirakı ilə əhali, xüsusilə gənclər arasında ailə dəyərlərinin və ənənələrinin təbliği məqsədilə maarifləndirici görüşlər keçirilib. Tədbirlərdə çıxış edənlər ailə dəyərləri, ailə institutunun formalaşması və qorunub saxlanılmasının əhəmiyyətindən, bu istiqamətdə ölkəmizdə görülən işlərdən danışıblar. Qeyd edilib ki, ailənin möhkəm və sağlam olması üçün ailədə açıq və dürüst ünsiyyət qurmaq, birlikdə faydalı vaxt keçirmək, ailə üzvləri arasında anlayışlı olmaq, hörmət etmək, bir-birini dəstəkləmək, rolları və məsuliyyətləri bölüşdürmək vacibdir. Tədbirlərdə mövzu ilə əlaqəli təqdimat, sosial çarxlar nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ətraflı
“Gender bərabərliyi ana bətnindən başlayır! Gender əsaslı uşaq seçiminə YOX deyək!” mövzusu üzrə görüşlər keçirilib

Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması istiqamətində maarifləndirici görüşlərin davamı olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Təhsil Nazirliyinin dəstəyi və Səhiyyə Nazirliyinin ekspertinin iştirakı ilə  8 aprel 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Kollecində, 9 aprel 2025-ci il tarixində Şuşa Humanitar Kollecdə, 11 aprel 2025-ci il tarixində Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində tələbələrlə görüşlər keçirilib.  Görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsi müdirinin müavini Kamila Əliyeva, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova iştirak ediblər. Görüş zamanı ailələrdə oğlan uşaqlarına verilən üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılması və ailələrdə doğulan uşaqlar arasında cins  nisbətinin bioloji normaya uyğunlaşması istiqamətində ölkədə görülən işlər barədə məlumat verilib. Hamiləliyin süni yol ilə pozulmasının qadınların reproduktiv sağlamlığına və psixoloji durumuna göstərdiyi mənfi təsirlər, arzuolunmaz hamiləliyin qarşısının alınmasına dair mövcud olan müasir üsullar barədə müzakirələr aparılıb.  Görüşlərdə ümumilikdə, 300 nəfər yeniyetmə və gənc iştirak edib.  

Ətraflı
Regionlarda narkotik və psixotrop maddələrin zərərləri haqqında məlumatlılığın artırılması məqsədilə tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 7-11 aprel 2025-ci il tarixlərində mərkəzlər, rayon icra hakimiyyətləri, rayon polis şöbələrinin əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri, müəllim, şagird, tələbə və valideynlərin iştirakı ilə narkotik və psixotrop maddələrin zərərləri haqqında məlumatlılığın artırılması məqsədilə maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə çıxış edən ekspertlər narkomaniyanın fəsadlarından danşıblar. Qeyd edilib ki, narkotik və psixotrop maddələr orqanizmə daxil olduqdan sonra psixoloji və fiziki dəyişikliklərə səbəb ola və asılılıq yarada bilən maddələrdir.Narkotik vasitələr beyin funksiyalarına və bütün orqanizmə təsir edir, tədricən bütün orqanlara qalıcı ziyan vurur, zehni və davranış problemləri yaradaraq, insanın yaxın münasibətlərinə, təhsil, ictimai və peşə həyatına mənfi təsir göstərir. Məktəblilərə sağlam həyat tərzi sürmək, bilik və bacarıqlarını inkişaf etdirmək, valideynlərə övladlarını təhlükəsiz mühitdə və sağlam psixoloji ruhda böyütmək üçün onlarla etibarlı dostluq münasibətləri qurmaq, problem və qayğıları ilə yaxından maraqlanmaq tövsiyə edilib. Tədbirlərdə mövzu ilə əlaqəli təqdimat, video material nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirmə materialı paylanılıb.

Ətraflı
Astarada vətəndaşlar qəbul edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 11 aprel 2025-ci il tarixində Astara rayonunda vətəndaşları qəbul edib. Öncə Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib. Qəbul zamanı Lənkəran şəhəri, Lerik və Astara rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında alimentin ödənilməsi, hüquqi yardım, işlə təminolunma, müalicə, əmlak bölgüsü və digər məsələlər yer alıb. Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirak etdiyi qəbul zamanı qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həlli üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb. Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.

Ətraflı
IV “Uşaq Kitab Festivalı”nın açılış mərasimi keçirilib

10 aprel 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə IV “Uşaq Kitab Festivalı” keçirilir. Festival Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən ANAİB-in sədri Şəmil Sadiq iştirakçıları salamlayıb. Ötən 4 il müddətində Azərbaycan uşaq nəşriyyatçılığının inkişafından bəhs edən Şəmil Sadiq, hazırda nəşriyyatlar tərəfindən Festivala marağın daha da artdığını bildirib, Festivalda uşaqların aktiv iştirakının sevindirici hal olduğunu qeyd edib. O, uşaqlarda çevik zəkanın formalaşmasında, onların dünyagörüşünün artmasında, zehni inkişafının gücləndirməsində kitabın əhəmiyyətindən danışıb. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, festival iştirakçılarını, xüsusilə də uşaqları salamlayaraq, festivalın işinə uğurlar arzu edib. Azərbaycan xalqının qədim tarixinin, şərəfli keçmişinin olduğunu xatırladan sədr, bu gün Zəfərdən doğan Azərbaycan və onun daha möhtəşəm, parlaq bir gələcəyinin olduğunu  deyib: “Bu gələcək bu gün ailələrimizdə, sabaha inamımız olan övladlarımızın timsalında yetişir. Zəfərin uşaqları yeni qələbələrə köklənirlər”. Mütaliəni, kitabı uşaqlara sevdirən festivalın əhəmiyyətindən danışan B.Muradova, belə tədbirlərin davamlı olması üçün atılan addımları yüksək qiymətləndirib və təşkilatçılara təşəkkürünü çatdırıb. “Kitab müəlliflərinin, nəşriyyatların və mətbəələrin belə tədbirləri təşkil etməsi qurumlararası əməkdaşlığa yüksək töhfə verir. Bununla biz təhsil müəssisələri, ailələr və cəmiyyət arasında qırılmaz tellərlə əlaqə yaratmış oluruq” - deyə o əlavə edib. İnsanın yaratdıqları içində kitabı ən dəyərli, ona ən yaxın varlıq adlandıran B. Muradova, ona sadiqliyin həm də özünə və dəyərlərinə sadiqlik olduğunu söyləyib. Uşaq kitablarının məzmunu məsələsinə toxunan sədr, onlara hansı dəyərləri və bilikləri aşıladığımıza, hazırlanan kitabların onların yaşına və psixologiyasına uyğunluğuna diqqət etməyin vacibliyindən danışıb. Bildirib ki, uşaqların informasiya ilə təmasının daha erkən yaşda başladığını nəzərə alaraq, informasiyanın onun psixologiyasına təsiri məsələlərinə daha çox əhəmiyyət verilməlidir. Milli Məclisin deputatı Elnarə Akimova çıxış edərək bildirib ki, artıq on ildir ölkədə ənənəvi olaraq kitab festivalı keçirilir. Çıxışında mütaliənin hər kəs üçün bir yaşam tərzinə çevrilməsinin vacibliyini qeyd edən deputat, festivalların bu baxımdan xüsusi əhəmiyyətli olduğunu vurğulayıb. O qeyd edib ki, artıq dördüncüsü təşkil olunan Uşaq Kitab Festivalı da məhz uşaqların inkişafına və maariflənməsinə hədəflənən ideyadır. Festival çərçivəsində uşaqlar həm kitablarla ünsiyyətdə olur, həm yazıçılarla görüşür, həm də kitabı bir əyləncə ruhunda qəbul edirlər. Son illər uşaqlar üçün kitab qapaqlarının üzərində yaş məhdudiyyətlərinin qeyd edildiyini bildirən E.Akimova, bu yaş sərhəddinin çox vacib olduğunu bildirib. Çıxış edən Milli Məclisin deputatı Mehriban Vəliyeva, ənənə halını alan Uşaq Kitab Festivalının davamlı olmasının sevindirici hal olduğunu qeyd edərək, 4 gün ərzində uşaqların kitablarla birlikdə maraqlı və gözəl bayram keçirəcəklərini vurğulayıb. O bildirib ki, festivalın ən önəmli tərəflərdən biri də uşaqlarda kitab almaq mədəniyyətini formalaşdıran bir element kimi kitab daxıllarının olmasıdır. Bununla da məktəblilər kiçik bir vəsaitlə belə kitab almağın mümkün olduğunu öyrənirlər. M. Vəliyeva, valideynlərə müraciət edərək, onları evdə kitab oxumaqla övladları üçün nümunə rolunu oynamağa çağırıb. Sosial medianın uşaqların prioritetinə çevrildiyi bir zamanda həm valideynlərin, həm də uşaqlara kitabı sevdirən bu cür kitab festivallarının rolundan bəhs edib.    Festival uşaqların ifasında müsiqilərin səsləndirilməsi ilə davam edib. ​ Qeyd edək ki, 4 gün davam edəcək Festival çərçivəsində hər gün minlərlə uşaq kitabının endirimli qiymətlərlə satışı, tanınmış ədiblərin təqdimat mərasimləri, imza günləri, əyləncəli kukla tamaşaları nümayiş etdiriləcək. Həmçinin festivalda uşaqlar üçün intellektual master-klasslar, əyləncəli müsabiqələr, oxu saatları və səhnəciklər təşkil ediləcək.  

Ətraflı
Erkən evlilik və qohum evliliklərinin mənfi nəticələrinə dair növbəti görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təhsil müəssisələrində yeniyetmə və gənclərin müxtəlif mövzular ətrafında məlumatlandırılması istiqamətində görüşlərin davamı olaraq 10 aprel 2025-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri ilə erkən evlilik və qohum evliliklərinin mənfi nəticələri mövzusundagörüş keçirilib. Görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsi müdirinin müavini Kamila Əliyeva  mövzu ətrafında danışaraq, belə evliliklərin səbəbləri, törətdiyi mənfi nəticələri, onların qarşısının alınmasına dair dövlət, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən görülən işlər, qanunvericiliyə edilən son dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verib. K.Əliyeva yanlış stereotiplər əsasında yaranan erkən və qohum evlilikləri ilə mübarizədəbütün cəmiyyət üzvlərinin, yeniyetmə və gənclərin fəal olmalarının vacibliyini vurğulayıb. Sonra Maliyyə-İqtisad Kollecinin Təlim-tərbiyə işləri üzrə direktor müavini Murad Muradov tələbələrə öz tövsiyələrini verib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  

Ətraflı
“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində İmişli rayonunda görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə davam edən layihənin məqsədi regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, ictimai fəallığını təşviq etmək, eləcə də gənc qızların rəqəmsal bacarıqlarının artırılmasıdır. 10 aprel 2025-ci il tarixində baş tutan görüşdə İmişli Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rüfət Muradov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva, Regional İnkişaf İctimai Birliyinin Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova çıxış edib. Qeyd edilib ki, layihə qadın hüquqlarının təşviqi və gender bərabərliyinin təmin olunmasına töhfə verməyi hədəfləyir. Bu istiqamətdə görülən işlər qadınların və qızların sosial, iqtisadi və texnoloji imkanlardan bərabər şəkildə yararlanmasına şərait yaradacaqdır. Görüşdə Elm və Təhsil Nazirliyində Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri, AFFA icraiyyə komitəsinin üzvü, 2019-cu il “Yüksəliş” Müsabiqəsinin qalibi Leyla Xəlilova-Rzazadənin və “Lunchef Catering” MMC və “Hİ Events” Azerbaijan şirkətlərinin təsisçisi Nilufər Qaranın TEDx formatında çıxışları dinlənilib. Sonda fikir mübadiləsi aparılıb.  

Ətraflı
Kitabların sehrli dünyasına səyahətə çıxmağa hazırsınız?

📢Əziz uşaqlar və valideynlər!Azərbaycan Respublikası  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, sizi IV Uşaq Kitab Festivalında iştirak etməyə dəvət edirik!Festival Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi və Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı, eləcə Express bankın sponsorluğu ilə baş tutacaq.Bu festivalda sizi nələr gözləyir? 📖 Minlərlə uşaq kitabının endirimli satışı 🎭 Əyləncəli kukla tamaşaları✍️ Sevimli yazıçılarla görüş və imza saatları🤹🏻 Əyləncəli şou proqramlar🪇 Mahnı və rəqs ifaları🎨 Yaradıcılıq fəaliyyətləri📅 Tarix: 10,11,12,13 aprel⏰ 10:00-20:00📍 Məkan: Bakı İdman Sarayı ( DənizMallın yanı)

Ətraflı
Kitabların sehrli dünyasına səyahətə çıxmağa hazırsınız?

📢Əziz uşaqlar və valideynlər!Azərbaycan Respublikası  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, sizi IV Uşaq Kitab Festivalında iştirak etməyə dəvət edirik!Festival Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi və Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı, eləcə Express bankın sponsorluğu ilə baş tutacaq.Bu festivalda sizi nələr gözləyir? 📖 Minlərlə uşaq kitabının endirimli satışı 🎭 Əyləncəli kukla tamaşaları✍️ Sevimli yazıçılarla görüş və imza saatları🤹🏻 Əyləncəli şou proqramlar🪇 Mahnı və rəqs ifaları🎨 Yaradıcılıq fəaliyyətləri📅 Tarix: 10,11,12,13 aprel⏰ 10:00-20:00📍 Məkan: Bakı İdman Sarayı ( DənizMallın yanı)

Ətraflı