“Mənim hüquqlarım” adlı təşviqat avtobusuna yenidən start verildi
Paylaş:
Regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və uşaqların öz hüquqları ilə bağlı maarifləndirilməsi məqsədilə “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsinə yenidən start verilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi çərçivəsində təşkil olunan təlimlər Zaqatala rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qazangül, Maqov, Mazıx, Yengiyan və Car kəndlərində keçirilib.
Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev, mütəxəssis Ülkər Nəcməddinova və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təlimçiləri tərəfindən uşaqlara onların hüquqlarının qorunması, uşaqların maraqlarına toxunan məsələlərdə onların fəaliyyətinin gücləndirilməsi, liderlik bacarıqlarının artırılması məqsədilə ətraflı məlumatlar verilib, qrup işləri təşkil olunub, müzakirələr aparılıb.
Təlimlər zamanı uşaqları maraqlandıran suallar cavablandırılıb və təlimlərin yekununda uşaqlara kitablar hədiyyə edilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi