Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Bahar Muradova UNESCAP-ın icraçı katibi ilə görüşüb

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatı Baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana ilə görüşüb. Görüşdə növbəti ilin aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan UNESCAP-ın 82-ci sessiyasına hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, Xankəndində keçirilən Zirvə görüşünün əhəmiyyətini qeyd edərək, bu mühüm tədbirdə A.Alişahbananın fəal iştirakını yüksək qiymətləndirib. O, çıxışında Asiya və ona yaxın regionlarda gedən iqtisadi, sosial və digər proseslərin beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı zəruri etdiyini vurğulayıb, Azərbaycanın bu istiqamətdə fəal mövqe sərgilədiyini diqqətə çatdırıb. Komitə ilə BMT-nin bir sıra regional qurumları arasında əməkdaşlıqdan söz açan sədr, Təşkilatın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində səmərəli işbirliyinin davam etdirilməsinin əhəmiyyəti vurğulayıb. 2026-cı ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan növbəti beynəlxalq tədbirdə iştirakın Dövlət Komitəsi üçün önəmi qeyd edilib, bu kimi təşəbbüslərin Azərbaycanın uğurlarını beynəlxalq tərəfdaşlarla bölüşmək baxımından mühüm platforma olduğu bildirilib. İcraçı katib A.S.Alişahbana Azərbaycan ilə UNESCAP arasında uzunmüddətli yüksək səviyyəli tərəfdaşlıqdan məmnunluğunu ifadə edib. Qadınların iqtisadi səlahiyyətləndirilməsinin ESCAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu qeyd edən katib, sürətlə dəyişən və rəqəmsallaşan dünyada qadınlar üçün yeni bacarıqların əldə edilməsinin əhəmiyyətindən danışıb. Növbəti ildə keçiriləcək 82-ci sessiyada da bu məsələlərin diqqət mərkəzində olacağını vurğulayaraq, Komitənin yaxından iştirakının mühüm töhfə verə biləcəyini deyib. Görüş zamanı Azərbaycanın regionda və beynəlxalq platformalarda artan rolu yüksək qiymətləndirilib, BMT missiyasına verdiyi töhfələr, xüsusilə də BMT-nin İqlim Dəyişikliyi Konfransı – COP29-a uğurlu ev sahibliyi və məhsuldar sədrliyi məmnunluqla xatırlanıb. Tərəflər iştirakçı ölkələr arasında qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də iqlim dəyişikliyi, qadın və uşaq məsələlərinə dair ortaq layihələrin icrası perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər qlobal çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.

Ətraflı
Regionlarda erkən evliliklər və qohum evliliklərinin qarşısının alınması məqsədilə maarifləndirici tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Göygöl, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Zaqatala, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 30 iyun - 4 iyul 2025-ci il tarixlərində rayon mərkəzləri, kənd və qəsəbələrdə mərkəzlər, rayon icra hakimiyyətləri, rayon polis şöbələrinin əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət işçiləri, psixoloqlar, mərkəzlərin ekspert qrupunun üzvləri, icma sakinlərinin iştirakı ilə erkən evliliklər və qohum evliliklərinin qarşısının alınması məqsədilə maarifləndirmə işinin gücləndirilməsi, bu sahədə qanunvericiliyə edilən dəyişikliklər barədə əhalinin məlumatlandırılması məqsədilə tədbirlər keçirilib. Tədbirlərdə çıxış edən ekspertlər qanunvericiliyə “erkən evlilik” anlayışının daxil edilməsi, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynlərinin məsuliyyətə cəlb olunması barədə məlumat veriblər. Müvafiq sahədə qanunvericiliyə edilən dəyişikliklərin cari ilin 1 iyul tarixindən qüvvəyə mindiyini iştirakçıların diqqətinə çatdırıblar.  Tədbirlərdə həmçinin erkən evlilik və qohum evliliklərin zərərlərindən danışılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ətraflı
Quba rayonunda uşaq iştirakçılığının təmin olunması istiqamətində təlim proqramları təşkil edilib

Quba rayonunda  uşaq iştirakçılığının təmin olunması istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Regional İnkişaf” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində 1 iyul 2025-ci il tarixində təlim proqramları təşkil edilib. Təlimlər Uşaq Səfirlər Məclisinin Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonları üzrə regional nümayəndələri və fəalları üçün “Konstitusiya və Suverenlik İl”i çərçivəsində “Uşaq iştirakçılığı”, “Uşaqlar üçün təhlükəsiz internet mühiti. Mövcud təhlükələr və hüquqi aspektlər”, “Zərərli vərdişlərin uşaqların orqanizminə təsiri”, “Erkən nikahın fəsadları”, “Rəqəmsal Təhlükəsizlik” mövzularında keçirilib. Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova “Uşaqdan-uşağa” layihəsi haqqında məlumat verərək, uşaqdan-uşağa prinsipi ilə keçirilən bu cür təlimlərin daha faydalı və məhsuldar nəticələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, dövlət uşaq siyasətini həyata keçirən Dövlət Komitəsi uşaqların birbaşa iştirakçılıq prosesinə dəstəyi və şəbəkələşməsini təmin etməyi əsas məqsəd kimi müəyyən edib. Günümüzün aktual məsələlərinin uşaqlara aşılanması, onların bu proseslərdə iştirakçılığının təmin edilməsi diqqət edilməsi vacib məqamlardandır uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir. Çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova-Hacıyeva dövlət qurumlarının dəstəyi ilə keçirilən “Hüquqlarınla Parla!” layihəsi ilə bağlı geniş məlumat verib və uşaqlara uğurlar arzulayıb. Daha sonra “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Müslüm Məmmədov çıxış edərək, təşkilat haqqında iştirakçıları məlumatlandırıb. Uşaqların cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafına töhfə verməsini təmin etməyi əsas məqsədi kimi müəyyən edən Platformanın günün tələblərinə cavab verən və uşaqların fərdi inkişafına töhfə olan müasir mühiti formalaşdıracağını bildirib. Uşaq Səfirlər Məclisinin üzvləri Fatimə Fətəliyeva və Tərlan Əhədzadə uşaq iştirakçılığı, məclisin fəaliyyəti, uşaq hüquqları ilə bağlı məlumat veriblər. Onlar uşaqların inkişafında rol oynayan ailə və cəmiyyət faktorlarından söz açaraq bildiriblər ki, uşaqlar öz üzərində işləməyi və təsiretmə bacarıqlarını formalaşdırmalıdır. Təlimlərin davamı olaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İlkin səhiyyə və ailə təbabəti şöbəsinin müdir müavini Lalə Məmmədova, Quba rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis baş leytenantı Aynur Şahbazova, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Tədqiqat və inkişaf şöbəsinin müdiri Təbriz Cəfərov öz təqdimatları ilə çıxış edib və uşaqları maraqlandıran sualları cavablandırıblar. İnteraktiv şəkildə davam edən təlimdə iştirakçılar komandalar quraraq, keçirilən təlimlərdən öyrəndikləri bilikləri intellektual oyun vasitəsilə daha da möhkəmləndiriblər. Qalib gələn komandaya simvolik hədiyyələr təqdim olunub. Yekunda uşaqlar fəal iştiraklarına görə sertifikatlarla təmin olunub.

Ətraflı
“İƏT Həftəsi” çərçivəsində keçirilən Qadınlar Forumu uğurla yekunlaşdı

Laçın şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Qadınlar Forumunun bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycanın ev sahibliyi ilə keçirilən tədbirdə yüksək səviyyədə iştiraka və fəal müzakirələrə görə təşəkkürünü bildirib. Komitə sədri vurğulayıb ki, Qadınlar Forumu fərqli mövzularda baş tutan və sektorlararası əməkdaşlığı təşviq edən yeni, faydalı dialoq formatına çevrilməklə, qadınların regional və qlobal inkişaf proseslərində lider rolunun gücləndirilməsi naminə baxışımızın, ortaq iradəmizin formalaşmasına təkan verdi və regional həmrəyliyin parlaq təcəssümü oldu; “Biz-müxtəlif ölkələrdən gələn fikir liderləri, siyasətçilər, beynəlxalq qurumların nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçiləri  bir araya gələrək, qadınların yaşıl gələcək naminə potensialını necə daha yaxşı səfərbər edə biləcəyimizi müzakirə etdik. Ortaq dəyərlər üzərində ortaq gələcək üçün birgə niyyətlərimizi müəyyənləşdirdik”. Panel sessiyalarda səslənən fikirlərə və tövsiyələrə diqqət çəkən B.Muradova vurğulayıb ki, təhsil, sağlamlıq, yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya və şəhərsalma kimi sahələrdə qadınların liderliyinin təşviqi sosial və iqtisadi rifahın təminatı üçün əsas şərtdir. Qeyd olunub ki, Forumun ən dəyərli nəticələrindən biri də burada irəli sürülən təşəbbüslərin İƏT-in gələcək fəaliyyəti, xüsusilə də 2026–2035-ci illəri əhatə edəcək yeni İnkişaf Sənədində öz əksini tapacaq olmasıdır. Bu, regionumuz üçün qadınların daha güclü təmsilçiliyi və iştirakı ilə bağlı ortaq iradəmizin göstəricisi olacaqdır. Qadınların gücləndirilməsinin həm milli inkişaf, həm də bugünkü qlobal çağırışlara cavab vermək baxımından vacib olduğunu bildirən sədr, Azərbaycanın bu prinsiplərə sadiq olduğunu və bu istiqamətlərdə səyləri davam etdirərək, irəli sürülən təşəbbüsləri konkret nəticələrə çevirməyə çalışacağıq: “Biz COP29 iqlimə davamlılıq naminə insan inkişafı üzrə Bakı Təşəbüsü və İqlimə dayanıqlı və sağlam şəhərlər üçün multisektoral fəaliyyət yolları üzrə COP29 Bəyannaməsi çərçivələrinə əsaslanaraq möhkəm, adaptiv və gələcəyə hazır cəmiyyətlərin qurulmasında qadınların rolunu daha da ön plana çıxarmağa davam edəcəyik”. B.Muradova çıxışının sonunda Forumun uğurlu keçirilməsinə verdikləri dəstəyə görə beynəlxalq təşkilatlara və onların müvafiq qurumlarına, eləcə də İƏT üzv dövlətlərindən gələn nümayəndələrə təşəkkürünü bildirib. O, burada başlanan dialoqun davam edəcəyinə, həmçinin əməkdaşlığın yeni platformalarda və daha geniş regional təşəbbüslərlə zənginləşəcəyinə əminliyini ifadə edib.  Daha sonra çıxış edən İƏT-in Baş katibi Əsəd Məcid Xan Forumun təşəbbüskarı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və yüksək səviyyədə təşkilatçılığa, xüsusilə səmimi qonaqpərvərliyə görə Azərbaycan hökumətinə  təşəkkürünü bildirib. İqtisadi Əməkdaşlıq Təşkilatının yaranma tarixinə nəzər salan Baş katib, İƏT çərçivəsində ilk dəfə keçirilən Qadınlar Forumunun təşkilat üçün mühüm mərhələ olduğunu vurğulayıb. O, qarşıdakı 10 il üçün qəbul ediləcək İƏT-in fəaliyyət planına Forum iştirakçıları tərəfindən səsləndirilən fikirlərin və təqdim olunan tövsiyələrin həmin sənədin hazırlanmasında yer alacağını bildirib. İƏT rəsmisi qeyd edib ki, qadınların təşəbbüslərə cəlb olunması və onların baxışlarının nəzərə alınması təşkilat daxilində yeni yanaşmaların formalaşmasına da töhfə verəcək. Baş katib bildirib ki, ötən il üzv dövlətimiz Azərbaycanın uğurlu ev sahibliyi ilə COP29 konfransı keçirildi. O qeyd edib ki, bu böyük təcrübə idi. İƏT rəsmisi çıxışı zamanı dayanıqlı inkişaf məsələlərinə də toxunaraq, bu sahədə qadınların rolunun artırılmasının zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, inklüziv yanaşma çərçivəsində qadınların inkişafı və cəmiyyətin bütün sahələrində fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Ə. Məcid Xan əlavə edib ki, qadınların xüsusilə yerli idarəetmə strukturlarında təmsil olunması, xidmətlərin və infrastrukturun planlaşdırılmasında iştirakı onların ehtiyac və maraqlarının nəzərə alınmasına imkan verir. Forumun İƏT tarixində mühüm mərhələ olduğunu vurğulayan  Ə. Məcid Xan, Təşkilatın gələcək fəaliyyətində də ciddi dönüş nöqtəsi olacağını əlavə edib.   Yekunda xatirə fotosu çəkdirilib.

Ətraflı
Sonuncu paneldə dayanıqlı inkişafda qadınların rolundan danışıldı

İƏT Təmiz Enerji Mərkəzinin müvəqqəti icraçı direktoru Aysel Yaqubovanın moderatorluq etdiyi “Dayanıqlı inkişafda qadınların rolu” mövzusunda baş tutan sonuncu paneldə İƏT ölkələrində qadınların rəhbərlik etdiyi yaşıl biznesləri gücləndirmək üçün effektiv iqtisadi alətlər, həmçinin rəqəmsal inklüzivlik və innovasiyaların birgə əməkdaşlıq çərçivəsində daha da sürətləndirilməsi mövzusu müzakirə edilib. Sessiyada Qırğızıstan Respublikasının Əmək, Sosial Müdafiə və Miqrasiya nazirinin müavini Aliza Soltonbekova, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər nazirinin müavini Ləman Yenigün, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin İƏT və çoxşaxəli iqtisadi əməkdaşlıq məsələləri üzrə departamentinin direktoru Behzad Azars, İƏT Elm Fondunun Prezidenti Seyid Komail Təyyibi, BMT Sənaye İnkişafı Təşkilatının (UNIDO) Sənaye İnkişafı üzrə mütəxəssisi Tatyana Çernyavskayanın çıxışları dinlənilib. Müzakirələr zamanı qadınlar üçün süni intellekt sahəsində təhsilin təşviqi və təşkil olunması, eləcə də onların innovasiya ekosistemlərinə çıxışının dəstəklənməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, qadınların tədqiqat, elm və texnologiya sahələrində gücləndirilməsi, “yaşıl bacarıqlar”a çıxış imkanlarının genişləndirilməsi, təmiz enerji sektorunda qadınların iştirakının artırılmasının təşviq edilməsi, həmçinin qadınların maliyyə resurslarına çıxışının təmin olunması istiqamətində fikirlər səsləndirilib.                          

Ətraflı
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Qadınlar Forumunda “Şəhərsalmanın inkişafında qadınların rolu” mövzusunda növbəti panel müzakirə təşkil edilib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədovun moderatorluğu ilə keçirilən paneldə Pakistan İslam Respublikasının Qadınların Statusu üzrə Milli Komissiyanın sədri Ume Laila Azhar, Tacikistan Respublikasının Qadın və Ailə Məsələləri Komitəsinin sədr müavini Çamanoro Odinazoda, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva, Türkmənistan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdir müavini Maral Yayliyeva, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nəsar Hayat, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı çıxış ediblər. Paneldə İƏT regionunda inklüziv şəhər siyasətlərinin təşviq edilməsi, eləcə də iqlim dəyişikliyinə qarşı dayanıqlı və sağlam şəhərlərin qurulmasında qadınların rolunun gücləndirilməsi və müvafiq sahə üzrə digər məsələlər müzakirə edilib. Çıxışçılar 2026–2035-ci illər üçün İƏT-in yeni inkişaf sənədinin hazırlanması və həyata keçirilməsində qadınların iştirakının təmin edilməsi, İƏT çərçivəsində dayanıqlı şəhərlərlə bağlı yeni bir platformanın yaradılmasının əhəmiyyəti, qadınların davamlı şəhər iqtisadiyyatı layihələrinə, o cümlədən dövri iqtisadiyyat layihələrinə fəal cəlb olunmasını və onların maliyyə resurslarına, o cümlədən iqlim maliyyəsinə çıxışının dəstəklənməsi ilə bağlı fikirlərini səsləndiriblər. Panel zamanı, həmçinin ölkəmizdə Qarabağ və Şərgi Zəngəzurda aparılan yenidənqurma və bərpa işlərində qadınların töhfəsindən bəhs edilib. Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilər də daxil olmaqla, şəhərlərin inklüzivliyinin yüksək olmasına səy göstərilir. Panel sessiya mövzu üzrə müzakirə və sual-cavabla davam edib.

Ətraflı
“Mənim hüquqlarım” adlı təşviqat avtobusuna yenidən start verildi

Regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və uşaqların öz hüquqları ilə bağlı maarifləndirilməsi məqsədilə “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsinə yenidən start verilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi çərçivəsində təşkil olunan təlimlər Zaqatala rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qazangül, Maqov, Mazıx, Yengiyan və Car kəndlərində keçirilib. Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev, mütəxəssis Ülkər Nəcməddinova və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təlimçiləri tərəfindən uşaqlara onların hüquqlarının qorunması, uşaqların maraqlarına toxunan məsələlərdə onların fəaliyyətinin gücləndirilməsi, liderlik bacarıqlarının artırılması məqsədilə ətraflı məlumatlar verilib, qrup işləri təşkil olunub, müzakirələr aparılıb. Təlimlər zamanı uşaqları maraqlandıran suallar cavablandırılıb və təlimlərin yekununda uşaqlara kitablar hədiyyə edilib.

Ətraflı
Laçında iqlim dəyişikliklərinə qarşı dayanıqlılıqda qadınların rolu müzakirə edilib

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Qadınlar Forumu çərçivəsində panellərdən biri iqlim dəyişikliklərinə qarşı dayanıqlılıqda qadınların rolu mövzusuna həsr olunub. BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreevanın moderatorluğu ilə keçirilmiş bu paneldə Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər nazirinin müavini Ləman Yenigün, Qazaxıstan Respublikasının Parlamentinin üzvü, Qadın və Ailə-Demoqrafik Siyasət üzrə Milli Komissiyanın üzvü Juldız Süleymenova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov və İƏT Təhsil İnstitutunun rəhbəri professor Mehmet Akif Kireççi, BMT Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional ofisinin nümayəndəsi Mihaela İonesku və Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin əməkdaşı Fərəc Hüseynbəyov iştirak ediblər. Sessiyada İƏT üzv dövlətlərində qızlar və qadınlar üçün təhsil imkanlarının təşviq edilməsi və genişlənən əmək bazarında yaşıl bacarıqların əldə edilməsində qadınlara dəstək ola biləcək strategiyalardan danışılıb. Çıxış edənlər qadınların və qızların səlahiyyətləndirilməsinin iqlimə iqlim dəyişikliklərinə qarşı dayanıqlılıq üçün əsas şərt olduğunu qeyd ediblər. Vurğulanıb ki, bunun üçün qadınların təhsilə, maliyyə resurslarına və qərar qəbul etmə proseslərinə bərabər çıxışını təmin edən sistemli islahatlara ehtiyac vardır. Bildirilib ki, BMT-nin “Gələcək üçün Paktı”, COP29-un nəticələri və BMT-nin İnkişaf üçün Maliyyələşdirmə Konfransının məqsədləri, inklüziv iqlim siyasətlərinin təşviqi, inklüziv maliyyə mexanizmlərinin qurulması və transformativ təhsilin daha geniş tətbiqi üçün mühüm zəmin yaradır. Panelin sonunda İƏT regionunda bütün qadın və qızların öyrənmək, liderlik etmək və iqlim dəyişikliyinə qarşı dayanıqlı bir gələcək formalaşdırmaq imkanına malik olmaları üçün üzv dövlətlər, beynəlxalq təşkilatlar, inkişaf bankları, akademik qurumlar və vətəndaş cəmiyyətinə birgə fəaliyyətlərini davam etdirilməsi ilə bağlı çağırış edilib.

Ətraflı
İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunun açılış mərasimi keçirilib

İyulun 2-də Laçın şəhərində “İƏT Həftəsi” çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunun açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ilk dəfə olaraq İƏT Həftəsinin və Qadınlar Forumunun Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda təşkil edilməsini tarixi hadisə adlandırıb.  Qadınların iqtisadi imkanlarının artırılması və sosial rifahının təmin olunmasının cəmiyyətin ümumi inkişaf səviyyəsinin göstəricisi olduğunu vurğulayan Komitə sədri əlavə edib ki, Azərbaycan daim bu sahədə mühüm təşəbbüslərlə çıxış edir və müsbət təcrübəsini paylaşmağa hazırdır. O, ölkəmizdə qadın sahibkarlığının inkişafı ilə yanaşı, qadınların təhsilə çıxışı, elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində də ciddi nəticələr əldə edildiyini qeyd edib. Əlavə edib ki, Laçın da daxil olmaqla azad edilmiş bölgələrdə qadınların bilavasitə iştirakı ilə reallaşan sosial-iqtisadi layihələr bu siyasətin praktik nəticəsidir. Tarixən də Azərbaycan qadınının güclü ictimai mövqeyə malik olduğunu vurğulayan B.Muradova, hələ 1919-cu ildə Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququnu tanıyan dövlət olduğunu bildirib: “Məşhur xeyriyyəçi və maarifçi Hacı Zeynalabdin Tağıyev “Qızı oxutsan, bir ailəni savadlandırmış olarsan” kimi mühüm fikiri təşviq edirdi. Onun qızların təhsilinə verdiyi töhfə əvəzsizdir”. B.Muradova bildirib ki, “Cəmiyyətin inkişafını qadınsız təsəvvür etmək olmaz” deyən Ulu öndər Heydər Əliyev müasir Azərbaycanda dövlət qadın siyasətinin müəllifi və banisidir. Məhz Ümummilli liderin hakimiyyətə gəlişindən sonra Azərbaycanda dövlət strukturlarında  və ictimai işlərdə qadınların irəli çəkildiyini dilə gətirən Komitə sədri qeyd edib ki,  1998-ci ildə Ulu öndərimiz Azərbaycanda qadınlarla bağlı siyasətin məzrkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzalamışdır. B.Muradova əlavə edib ki, qadın məsələlərinin həlli sahəsində cənab Prezident İlham Əliyevin,  eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdiyi diqqət və qayğı, ölkəmizdə qadınların ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakını təşviq edən nümunəvi dövlət siyasətinin təzahürüdür.  Azərbaycanın digər çoxtərəfli formatlar çərçivəsində olduğu kimi, İƏT müstəvisində də qadınların dayanıqlı inkişaf sahəsində əməkdaşlığın tərəfdarı olduğunu vurğulayan sədr, bu platformanı 2025-ci ildə başa çatan İƏT-in Baxış sənədinin davamı kimi və 2026–2035 dövrünü əhatə edəcək yeni inkişaf strategiyasının işlənib hazırlanmasında mühüm rol oynaya bilər. Daha sonra İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Silapberdi Nurberdiyev çıxış edərək, ev sahibliyinə və Forumun yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib. İƏT rəsmisi Forumun həm üzv dövlətlərin öz təcrübələrini bölüşməsi, həm də beynəlxalq təşkilatların töhfə verməsi baxımından mühüm platforma olduğunu qeyd edib. O, güclü iqtisadiyyatın və inklüziv cəmiyyətin qurulmasında, eləcə də dayanıqlı müqavimətin formalaşdırılmasında qadınların vacib rolunu vurğulayıb. S. Nurberdiyev, iqlim fəaliyyətində rəhbər səylərin gücləndirilməsini, həmçinin iqlim dəyişmələrinə qarşı mübarizə aparılmasında daha çox imkanların yaradılmasının vacibliyini bildirib. O, qadınların qeyri-ənənəvi sahələrdə biliklərin mənimsənilməsi və iştirakının artırılması üçün bir sıra planların olduğunu qeyd edib və əlavə edib ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün düzgün maliyyələşdirməni və məlumatları toplamağı təmin etməliyik. İƏT rəsmisi qadınların elmi, texnoloji və riyazi sahələrdə iştirakı artırılmasını və gender əsaslı zorakılığın qarşısının alınması sahəsində daha tutarlı tədbirlər görülməsinin prioritet istiqamətlər olduğunu da diqqətə çatdırıb. Daha sonra BMT Baş Katibinin müavini, BMT-nin Dayanıqlı İnkişaf Qrupunun Sədri Amina J. Mohammed və BMT Baş Katibinin müavini, BMT Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının İcraçı Katibi Armida Salsiah Alisjahbananın video müraciətləri dinlənilib. Özbəkistan Respublikasının Ailə və Qadın Komitəsinin sədri Zulayxo Maxkamovanın çıxış edərək bildirib ki, Forum İƏT regionuna daxil olan ölkələrin və beynəlxalq tərəfdaş dövlətlərin qadın rəhbərləri arasında konstruktiv dialoq, eləcə də gələcək əməkdaşlıq üçün etibarlı platforma çevriləcəkdir. Özbəkistanda ailə və qadınların dəstəklənməsinə yönəlmiş Milli proqramın fəal və ardıcıl şəkildə həyata keçirildiyini vurğulayan Z. Maxkamova qeyd edib ki, bu proqram qadınların cəmiyyətdəki rolunun artırılmasına, qərarqəbuletmə proseslərində iştiraklarının və töhfələrinin gücləndirilməsinə, qadın sahibkarlığının və innovativ fəaliyyətin inkişafına, eləcə də resurslar və xidmətlərə geniş əlçatanlığın təmin edilməsinə yönəlib. O çıxışının sonunda qeyd edib ki, regional gender göstəricilərini inkişaf etdirmək, monitorinq sistemi tətbiq etmək, qadınların ekoloji fəaliyyətinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qiymətləndirilməsi mexanizminin, eləcə də yaşıl iqtisadiyyatın təşviqi, iqlim dəyişikliyi ilə mübarizə, ekoloji təhsil və yenilikçi "yaşıl" texnologiyalar sahəsində ixtisaslaşması məqsədi ilə Mərkəzi Asiyada "Eco-hub" vahid mərkəzin yaradılması vacibdir. Sonra “Qızların təhsilinə dəstək gələcəyə sərmayədir” adlı film nümayiş etdirilib. Forum panel sessiyalar ilə davam edir.  

Ətraflı