Regionlarda Beynəlxalq Qızlar Günü münasibətilə tədbirlər keçirilib

12 oktyabr 2025 11:41

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “11 oktyabr  - Beynəlxalq Qızlar Günü” münasibətilə qəsəbə və kənd yerlərində (Bakının Xəzər rayonu, Goranboy, Göygöl, Ağdam, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı, Sabirabad və Hacıqabul) icma sakinləri ilə maarifləndirici görüşlər keçirilib.

Görüşlərdə çıxış edənlər  uşaqların doğulanadək cins seçiminin qarşısının alınması istiqamətində görülən işlər, bu sahədə mövcud olan qanunvericilik aktları haqqında məlumat veriblər, cins əsaslı seçimin ana və uşaqların sağlamlığına vurduğu zərərlərdən və bunun qarşısının alınmasının vacibliyindən danışıblar.

Tədbirdə qızların təhsil alması, sosial və emosional inkişafı, bütün sahələrdə bərabər imkanların yaradılması və stereotiplərin aradan qaldırılması kimi mövzular da müzakirə olunub. İştirakçıların sualları cavablandırılıb, maarifləndirici videoçarx nümayiş olunub və bukletlər paylanılıb.